Icma.az
close
up
RU
İmtahanda uğur qazanmağın yolları Vacib TÖVSİYƏLƏR

İmtahanda uğur qazanmağın yolları Vacib TÖVSİYƏLƏR

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, sabah DİM tərəfindən XI illik attestasiya imtahanı keçiriləcək. İmtahana hazırlaşan şəxslər və xüsusən də yüksək nəticəni hədəfləyənlər gərginlik keçirə və narahatlıq yaşaya bilərlər. Hər kəs imtahan zamanı hansısa məqamda özünü stressli və yaxud narahat hiss edir. Stressin öhdəsindən gəlməyə imkan verən bir sıra şeylər var. 

Sfera.az bu məqalədə sizə imtahandan öncə, imtahan zamanı və sonra nələrə diqqət etməli olduğunuzu təqdim edəcək.  Ən vacib məqam diqqətinizi cəmləməyi və uğur qazana bilmək üçün emosiyalarınızı idarə etməyi öyrənməkdir. İmtahan mövsümü sürətlə yaxınlaşdıqca, stress və narahatlığın öhdəsindən gəlməyə kömək edəcək strategiyalara baxaq: 

Düzgün qidalanmaq: Bədəninizin düzgün işləməsini təmin etmək üçün qidadan aldığı vitaminlərə ehtiyacı var. Yediyiniz yeməklər həm emosional, həm də fiziki olaraq necə hiss etdiyinizə təsir göstərir. Məsələn, çoxlu yağ və ya şəkər olan qidalar sizi ağır və ya ləng hiss etdirə bilər. Bədəniniz ehtiyac duyduğu qida maddələrinə sahib olduqda, stress və narahatlıq hisslərini idarə etməyi çox asanlaşdırır.  
Yaxşı yatmaq: Yaxşı yuxu öyrəndiklərinizi yadda saxlamağa kömək edir. Xüsusən də imtahanlardan əvvəlki günlərdə yuxunuzu yaxşı alın.  
Enerjinin düzgün istifadə olunması: Bu, ilk baxışdan qeyri-adi görünə bilər, amma istifadə etdikdən sonra həqiqətən işə yaradığını görəcəksiniz. Uzanın və ayaq barmaqlarınızdan başınıza qədər yuxarı qalxan bir işıq təsəvvür edin. İşığın hərəkət etdiyini təsəvvür edərkən, bədəninizin hər bir hissəsinə diqqət yetirin. Bu, sizi təpədən dırnağa qədər rahatlaşdıracaq. 

İdman etmək: Qaçış və üzgüçülük kimi fiziki fəaliyyət sizi saatlarla sakit və enerjili hiss etdirəcək. Əgər bunlara ayıracaq vaxtınız yoxdursa, ən azı gündə 10 dəqiqənizi gəzintiyə sərf edə bilərsiniz.   

Müsbət düşüncələr və ya ifadələr: “Mən uğursuz olacağam” və ya “Mən bunu edə bilmərəm” kimi mənfi düşüncələr sizi daha çox stressə salır. Onun əvəzinə, “Mən bunu əldə etdim” və ya “Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam, bacaracağımı bilirəm” kimi müsbət fikirlərlə enerjinizi yüksək tutun. Bu müsbət ifadələri yazın və onları davamlı görə biləcəyiniz yerlərə yerləşdirin. 

Biri ilə danışmaq: Əgər siz hələ də həddindən artıq stressli olduğunuzu hiss edirsinizsə, etibar etdiyiniz biri ilə danışın; istər valideyn, istər müəllim, istər məsləhətçi, istərsə də dost. Bəzən sadəcə bir şeylər haqqında danışmaq sizi xeyli yüngülləşdirə bilər və danışdığınız insan hər şeyi perspektivə çevirməyə kömək edə bilər.   

İmtahandan öncəki 3 gün daha önəmlidir. Bu müddətdə bəzi şeylərə diqqət etməlisiniz . 
• İmtahan otağına girmədən öncə kənar narahatlıq mənbələrini əvvəlcədən müəyyənləşdirərək aradan qaldırılmalı. 
• İmtahanlar zamanı diqqətinizi nəyin yayındırdığını düşünün (məsələn: tez-tez saata baxmaq, digər tələbələrin səsi və s.) və bu diqqəti yayındıran amillərlə mübarizə aparmaq üçün əvvəlcədən strategiyalar hazırlayın. 
• İmtahandan bir gecə əvvəl mümkün qədər çox istirahət edin. 
• Vaxtınızı idarə etmək üçün saat taxın. 
• İmtahan zamanı temperaturunuza nəzarət edə bilmək üçün çox qalın paltar geyinməyin. 
• Narahat insanlarla qarşılaşmamaq üçün imtahan otağına bir neçə dəqiqə tez gedin. 
İmtahan zamanı isə diqqət edilməsi vacib məqamlar aşağıdakılardır:  
• Başlanğıcda imtahan suallarının hamısını nəzərdən keçirin və hər suala nə qədər vaxt sərf edəcəyinizi müəyyənləşdirin. 
• Özünə inam yaratmaq üçün bildiyiniz suallarla başlayın. 
• Digər suallara cavab verməyə kömək edə biləcək ipucları əldə etmək üçün hər hansı çoxseçimli və ya Doğru/Yanlış bölməsi ilə başlamaq məqsədəuyğun olacaqdır. 
• Gözlərinizi yummaq, əllərinizi rahatlaşdırmaq və dərindən nəfəs almaq kimi rahatlama strategiyasından istifadə etmək üçün imtahan zamanı müəyyən vaxtlarda 30 saniyəlik “mini fasilələr” edin.  

Firuzə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 Mart 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri