Icma.az
close
up
RU
Yaşlılıqdakı xəstəlik: Əlamətləri, səbəbləri və riskin azaldılması yolları Vacib TÖVSİYƏLƏR

Yaşlılıqdakı xəstəlik: Əlamətləri, səbəbləri və riskin azaldılması yolları Vacib TÖVSİYƏLƏR

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beyin hüceyrələrinin məhvinə, eyni zamanda, düşüncə, yaddaş və davranış funksiyalarının azalmasına səbəb olan Alzheimer xəstəliyi əsas etibarilə 60-65 yaşdan sonra inkişaf edən və idrak qabiliyyətinin tamamilə itirilməsinə səbəb olan ağıl zəifliyinin proqressivləşən formasıdır.

1906-cı ildən elmə məlum olan bu xəstəlik alman psixiatrı Alois Alzheimerin (1864-1915) soyadından götürülüb.
Bəzi mütəxəssislərin fikrincə, Alzheimer genetik faktorlardan qaynaqlanır.

Geniş yayılmış bu xəstəlik haqqında dünya ölkələrində hər 3 nəfərdən ikisi ya az məlumata sahibdir, ya da heç bir məlumatı yoxdur.

Həkim-nevroloq, EEG mütəxəssisi Nərmin Abdulayeva Gununsesi.info-ya açıqlamasında deyib ki, Alzheimer xəstəliyi sosial və iş həyatına önəmli dərəcədə təsir edən, koqnitiv və davranış pozulmaları ilə xarakterizə olunan neyrodegenerativ xəstəlikdir.

“Uzun bir klinik öncəsi dönəmə, ilərləyici müalicəsi olmayan bir xəstəlikdir. Alzheimer xəstəliyində beynin dərinliklərində hadisələri kodlamaya köməkçi olan hipokampda və beyin korteksində düşünmə və qərar verməyə kömək olan digər nahiyələrdə plaklar formalaşır. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Xəstəlik kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. Aparılan tədqiqatlar göstərir ki, 85 yaşdan yuxarı insanların təxminən 50 faizi bu xəstəlikdən əziyyət çəkir”, – deyə mütəxəssis bildirib.

N. Abdullayeva əlavə edib ki, Alzheimer xəstəliyinin səbəbi tam bilinməsə də, tədqiqatlar göstərir ki, genetik faktorlar, yaşlanma, həyat tərzi və ətraf mühitin təsirləri bu xəstəliyin inkişafında rol oynayır: “Ən çox görülən erkən simptom son hadisələri xatırlamaqda çətinlik çəkməkdir. Nitq problemləri, əhval dəyişikliyi, motivasiyanın itirilməsi, özünə etinasızlıq və davranış problemləri xəstəliyin əsas əlamətləri hesab edilir. Xəstənin vəziyyəti ağırlaşdıqca çox vaxt ailədən və cəmiyyətdən uzaqlaşsalar da, onlar evdə tək gəzə bilməzlər və evdən kənarda itə bilərlər.

Xəstəliyin diaqnozu koqnitiv və nevroloji qiymətləndirmələrlə başlayır. Xəstənin anamnezi və simptomları diqqətlə araşdırılır, həmçinin koqnitiv testlərdən istifadə edilir. Xüsusilə, MMSE (mini-psixi dövlət imtahanı) və MoCa (monreal koqnitiv qiymətləndirmə) testləri koqnitiv çatışmazlıqları aşkar etmək üçün tez-tez istifadə edilir.

Bundan əlavə, KT (kompüter tomoqrafiya), MRT (maqnetik rezonans tomoqrafiya) görüntüləmə üsulları beyin toxumasındakı dəyişiklikləri aşkar etməyə kömək edir”.

Həkim vurğulayıb ki, Alzheimer xəstəliyinin kəsin bir müalicəsi olmasa da, dərman və simptomatik müalicə xəstəlik zamanı meydana çıxan simptomların azalmasına kömək edir.

“Bu xəstəliyin müalicəsində istifadə olunan dərmanlar arasında memantin, donezepil, rivastigmin preparatları yer alır. Müalicə planı hər xəstənin fərdi ehtiyaclarına uyğun müəyyən edilir.

Alzheimer xəstəliyinin riskini azaltmaq, xəstəlikdən qorunmaq və ya heç tutulmamaq mümkün olmasa da, riski ola bildiyi qədər minimum endirmək üçün həyat tərzimizdə bəzi dəyişikliklər etmək mümkündür.

Lakin fiziki aktivlik, sağlam qidalanma, zehni fəaliyyət, sosial aktivlik, ürək sağlamlığını qorumaq, siqaret və alkol istifadəsindən uzaq, düzənli yuxu rejimi və stressdən uzaq olmaqla bu xəstəliyin riskini azaltmaq mümkün olar”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri