İmtahanlarda iştirak edən müəllimlər mükafatlandırılırlar MÜTDA rəsmisi
Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Müəllimlərin inkişafı üçün təşkil olunan imtahan və qiymətləndirmə prosesinin əsas məqsədi onların bilik və bacarıqlarını təkmilləşdirmək, təhsilin keyfiyyətini artırmaqdır”.
Sfera.az xəbər verir ki, bunu müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təşkil olunan brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, bu proses könüllülük prinsipi əsasında həyata keçirilir və müəllimlərin öz üzərində işləməsinə, təhsillərini davam etdirməsinə şərait yaradır. Prosesin ən vacib məqsədlərindən biri müəllimlərin peşəkar inkişafını təmin etməkdir.
“Bunun üçün müəllimlərə ödənişsiz resurslar təqdim olunur. Həmçinin təlimlər, qiymətləndirmə sınaqları və nəticəyə əsaslanan dəstək tədbirləri həyata keçirilir. İmtahanlarda iştirak edən müəllimlər, əldə etdikləri nəticələrə görə müxtəlif maddi stimullar və əlavə imkanlarla mükafatlandırılırlar”.
Firuzə Əliyeva
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 17 İyun 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















