MÜTDA rəsmisi: Texnologiyadan istifadədə çətinlik çəkən müəllimlər var
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Texnologiyadan istifadədə çətinlik çəkən müəllimlər var".
Oxu.Az xəbər verir ki, bu sözləri APA-ya müsahibəsi zamanı Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Rəqəmsal idarəetmə sektorunun müdiri Fidan Nəcəfova deyib:
"Amma hər bir müəssisədə platformadan tam istifadə edə bilən İnformasiya Kommunikasiya Texnologiyaları üzrə laborant, yaxud da informatika müəllimləri var. İlkin mərhələdə bir neçə ay onlar platformadan istifadədə çətinlik çəkənlərə dəstək göstərəcəklər. Qeyd etməliyəm ki, hazırda platformadan istifadə zamanı müəllimlərdən tələb edilən funksiyalar geniş deyil. Başqa sözlə desək, müəllimlər hazırkı mərhələdə özlərinin dərs dedikləri şagirdləri sistemdə aktivləşdirir, davamiyyət və qiymətləndirmə ilə bağlı qeydlərini aparır. Tədris ili başlayanadək müəllimlər üçün bir ay müddətində intensiv təlimlər təşkil etmişdik. Yekunda müəllimlərə tapşırıldı ki, onlar da çalışdıqları təhsil müəssisələrində eyni formatda təlimlər təşkil etsinlər və həmkarlarına platformadan istifadə üçün dəstək olsunlar".


