Icma.az
close
up
RU
İmtahanlarda maksimum bal toplayanların sayı niyə azalır?

İmtahanlarda maksimum bal toplayanların sayı niyə azalır?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Belə ki, imtahan iştirakçıları arasında 2 nəfər - Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bundan əlavə, ADA məktəbinin ingilis dilində tədris alan məzunu Fərəcov Mikayıl Elşən oğlu 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. 

Maraqlıdır, martın 15-də keçiriləcək buraxılış imtahanlarınının nəticələrinin ümumi mənzərəsi martın 9-da keçirilən imtahanlardan necə fərqlənəcək və maksimal bal toplayanlar olacaqmı?

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev ilk olaraq xatırladıb ki, buraxılış imtahanlarından sonra xüsusilə Azərbaycan dili və riyaziyyat fənləri üzrə sualların çətin və vaxtaparan olması ictimaiyyət tərəfindən geniş şəkildə qeyd olunub.

“Dövlət İmtahan Mərkəzi bu iddiaları təkzib etsə də, nəticələr açıqlandıqdan sonra mənzərə aydın görünür. Belə ki, ötən il 1-ci zona üzrə keçirilən buraxılış imtahanlarında 23 nəfər maksimal - 300 bal toplamışdısa, bu il martın 9-da keçirilən imtahanda cəmi 2 nəfər bu nəticəni əldə edib. Bu isə əvvəlki illə müqayisədə 90 faizdən çox azalma deməkdir. Əlavə olaraq, ötən il 290 bal toplayanların sayı 50-70 nəfər arasında idisə, bu il həmin göstəricinin təxminən 15-20 nəfər civarında olacağı gözlənilir. 

Ümumilikdə, bu tendensiya qəbul prosesinə təsirsiz ötüşmür. Yüksək bal toplayan abituriyentlərin sayı azalırsa, bu, ümumi nəticələrə də öz təsirini göstərir. Nümunə olaraq, ötən il 250 baldan yuxarı nəticə göstərənlərin sayı 1000 nəfər idisə, bu il həmin rəqəmin təxminən 500 nəfərə düşəcəyi gözlənilir”.

Ekspert vurğulayıb ki, əgər blok imtahanlarının keçid balları ötən ilki səviyyədə qalarsa, bu, faktiki olaraq blok imtahanlarında balların aşağı düşməsi anlamına gələcək:

“Çünki buraxılış imtahanlarının çətin olması ümumi nəticələrə birbaşa təsir edir və nəticədə bal göstəriciləri azalır. Bu baxımdan, martın 15-də keçiriləcək imtahanda da maksimal nəticə göstərənlərin sayında ciddi artımın olacağı gözlənilmir. Ən yaxşı halda isə bu rəqəm 4-5 nəfər civarında ola bilər”.

R.Nurəliyev hesab edir ki, buraxılış imtahanları daha əlçatan səviyyədə olmalıdır:

“Bu imtahanlarda yalnız ali məktəblərə deyil, həm də kolleclərə, eləcə də xaricdə təhsil almaq, yaxud musiqi, idman və təsviri incəsənət sahələrinə yönəlmək istəyənlər iştirak edir. Buna görə də buraxılış mərhələsi daha balanslı olmalı, əsas fərqləndirmə və rəqabət mühiti isə blok imtahanlarında aparılmalıdır.

Ümumilikdə, buraxılış imtahanlarının çətinliyi maksimum nəticə göstərənlərin sayının azalmasına gətirib çıxarır və bu da ümumi qəbul mənzərəsinə təsirsiz ötüşmür. Bütövlükdə isə, qənaət ondan ibarətdir ki, imtahanların çətinlik səviyyəsi ötən illə eyni olsaydı, nəticələr daha stabil və proqnozlaşdırıla bilən olardı. Ümumiyyətlə, imtahan çətin olduqda ballar enir, nisbətən asan olduqda isə yüksəlir”.

Təhsil eksperti Elçin Əfəndi isə qeyd edib ki, buraxılış imtahanlarının nəticələri ilə bağlı gözləntilər bu il daha yüksək olsa da, açıqlanan rəqəmlər həmin proqnozları doğrultmayıb:

“58 minə yaxın şagirddən cəmi 3 nəfərin maksimal nəticə əldə etməsi əvvəlki illərlə müqayisədə xeyli aşağı göstəricidir. Bu məzunlar iki il əvvəl keçirilmiş buraxılış imtahanlarında 26 nəfərin maksimum nəticə göstərdiyi qrup idi və bu səbəbdən ən azı 10-15, hətta 30-a yaxın maksimal nəticə gözlənilirdi”.

Ekspertin sözlərinə görə, martın 15-də keçirilən imtahanlar isə əvvəlkilə müqayisədə bir qədər asan hesab olunurdu və burada yüksək nəticələrin sayının artacağı gözlənilirdi:

“Hazırda isə ümumi mənzərə göstərir ki, maksimal nəticə əldə edənlərin sayı ilkin proqnozlardan aşağıdır. Ola bilsin ki, 9 mart, 15 mart və 19 aprel tarixlərində keçirilmiş imtahanların yekununda bu göstərici minimum 15 nəfər civarında formalaşsın”.

E.Əfəndi onu da əlavə edib ki, imtahanların çətinlik səviyyəsini yalnız maksimal nəticə göstərənlərin sayı ilə qiymətləndirmək düzgün yanaşma deyil:

“Ümumilikdə imtahanlarda təxminən 130 minə yaxın abituriyent iştirak edir. Bu qədər böyük kütlə fonunda cəmi 30-50 nəfərin maksimum nəticə göstərməsi, qalanların isə 150-200 bal intervalında nəticə əldə etməsi ümumi mənzərəni müsbət qiymətləndirməyə əsas vermir. Əsas göstərici orta baldır. Əgər orta nəticə 140-160 bal üzərində olarsa, bu zaman imtahan nəticələrini qənaətbəxş hesab etmək mümkündür”, - deyə ekspert bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Aprel 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see347

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see290

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see284

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see279

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see269

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see264

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see256

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see249

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see237

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see229

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see221

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see203

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see203

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see196

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see196

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see195

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see194

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see183

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri