İmtahanlarda qayda pozan nəzarətçilərin sayı açıqlandı
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən tədris ilində keçirilən qəbul və buraxılış imtahanlarında kompüter proqramı vasitəsi ilə köçürməyə (ağır və orta dərəcədə) yol verdiyi müəyyənləşdirilən nəzarətçilərin ümumi sayı 253 nəfər olub.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.
Bundan başqa, imtahan rəhbərləri tərəfindən və imtahanda baş verən xüsusi halların araşdırılması zamanı digər təlimat pozuntularına yol verdiyi müəyyənləşdirilən nəzarətçilərin ümumi sayı isə 210 nəfərdir. Bunlardan ağır köçürməyə yol verən nəzarətçilərin sayı 73, digər ciddi təlimat pozuntularına yol verən nəzarətçilərin sayı 76 nəfərdir.
Bu göstəricilər buraxılış imtahanları üzrə uyğun olaraq 76, 149, 23 və 46, qəbul imtahanları üzrə 177, 61, 50 və 30-dur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 03 İyun 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















