Icma.az
close
up
RU
İmtahanlarda texniki problem: Əgər aradan qaldırılmasa...

İmtahanlarda texniki problem: Əgər aradan qaldırılmasa...

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə keçirilən qəbul və fəlsəfə doktoru imtahanında dinləyib-anlama (listening) bölməsində səs sistemində yaranan nasazlıqlar iştirakçıların narazılığına səbəb olub.

İddiaya görə, bir çox imtahan mərkəzində səsləndirilən monoloq və dialoqlar ya çox zəif eşidilib, ya da anlaşılmayıb.Bəzi imtahan iştirakçıları bildiriblər ki, “Səsin keyfiyyəti çox aşağı idi, elə bil səs-küy içində birini dinləyirsən. Belə bir vəziyyətdə düzgün cavab vermək mümkün deyil”. 

İştirakçılar test tapşırıqları və yazı blokunun da əvvəlki illərlə müqayisədə xeyli çətin olduğunu vurğulayıblar. Xüsusilə dildən istifadə və esse (Bir mövzuya dair şəxsi düşüncə və baxışları ifadə edən yazılı ədəbi formadır) bölməsində təqdim olunan materialların yüksək səviyyədə dil bilikləri tələb etməsi iştirakçılarda narazılıq yaradıb.
Qeyd edək ki, bu, ilk narazılıq deyil.

Ümumiyyətlə, DİM-in imtahanlarında niyə bu kimi problemlər ğzünü göstərir?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, 2025-ci ildə doktorantura və dissertantura səviyyəsində xarici dil imtahanının gedişində texniki problemlərin baş verməsi Dövlət İmtahan Mərkəzində (DİM) sistemli islahatlara, xüsusilə də texnoloji infrastrukturun gücləndirilməsinə ciddi ehtiyac olduğunu bir daha sübut etdi: 

“Problem sadəcə kompüterin donması, ya da sistemin çökməsi ilə bitmir. Bu, bütövlükdə imtahan iştirakçılarının hüquqlarının pozulması, onların akademik və elmi fəaliyyət planlarının alt-üst olması, etimadın sarsılması və ən əsası dövlət imtahan mexanizminin keyfiyyətinə olan ictimai şübhənin daha da dərinləşməsi deməkdir.

Statistik məlumatlara əsaslansaq, 2022–2024-cü illər arasında DİM tərəfindən keçirilən müxtəlif səviyyəli imtahanlarda, o cümlədən sertifikasiya, magistratura, buraxılış və qəbul imtahanlarında 12-dən çox texniki problem qeydə alınıb və bu hallar ictimai qınaqla müşayiət olunub. 

Məsələn, 2023-cü ildə keçirilən müəllimlərin sertifikasiya imtahanı zamanı bəzi bölgələrdə sistemin zamansız dayanması, nəticələrin isə səhv hesablanması ilə təqdim olunması ciddi narazılıq doğurmuşdu.

2024-cü ildə isə magistraturaya qəbul imtahanında bəzi iştirakçılar texniki səbəbdən imtahanı yarımçıq tərk etməli olmuşdu. Bu tendensiya artıq təsadüfi deyil, struktur və idarəetmə səviyyəsində problemlərin olduğuna açıq işarədir. 

Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ var və dövlət bu hüququ təmin etməlidir.

Eyni zamanda, “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsində qeyd olunur ki, elmi fəaliyyətə qəbul şəffaf və rəqabətli şəkildə həyata keçirilməlidir.

Lakin texniki nasazlıqlar fonunda bu hüquqlar pozulur, çünki şəffaflıq yalnız prosedurun qanuni olması ilə deyil, həm də onun texniki baxımdan qüsursuz və bərabər imkanlar şəraitində keçirilməsi ilə təmin olunur”.

Onun sözlərinə görə, ən ciddi mənfi tərəf odur ki, bu cür nasazlıqlar doktorantura və dissertantura kimi yüksək akademik mərhələyə daxil olmaq istəyən şəxslərin motivasiyasını azaldır, elmi fəaliyyətə olan marağı zəiflədir: 

“Həmçinin, akademik tədqiqatların gecikməsi ölkənin elmi potensialının inkişafına da mənfi təsir göstərir. Dövlət büdcəsindən ayrılan vəsaitlə formalaşdırılan bu imtahan sisteminin belə zəif texniki əsasla idarə olunması resursların səmərəsiz istifadəsinə səbəb olur. 

Müsbət tərəf isə odur ki, imtahanların mərkəzləşdirilmiş və sistematik qaydada həyata keçirilməsi imtahan prosesində subyektiv müdaxilələrin qarşısını müəyyən qədər alır. 

Lakin texnoloji zəiflik bu üstünlüyü kölgədə qoyur. Çünki prosesin ədalətli olması üçün yalnız insan amili deyil, texnoloji vasitələrin də dürüst və sabit işləməsi vacibdir.

Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, beynəlxalq imtahan sistemləri texniki infrastruktur baxımından çox yüksək standartlarla işləyir.

Məsələn, ABŞ-də Təhsildə Qiymətləndirmə Xidməti (Educational Testing Service) tərəfindən keçirilən TOEFL və GRE imtahanlarında imtahan mərkəzləri real vaxtda monitorinq olunur, ehtiyat sistemlər və paralel texniki dəstək komandaları fəaliyyət göstərir. 

Hindistanın NTA (National Testing Agency) sistemi hər imtahandan əvvəl 100 mindən çox kompüterdə test sınaqları həyata keçirir. Böyük Britaniyada UCAS imtahan mərkəzlərində isə texniki nasazlıq baş verərsə, həmin anda ehtiyat salona köçürülmə və ya imtahanın eyni gün başqa saatda təkrarlanma protokolu avtomatik olaraq aktivləşdirilir”.

Ekspert qeyd edir ki, Azərbaycan bu sistemlərdən yalnız terminoloji və formal baxımdan faydalanır, lakin məzmunda, xüsusilə texniki infrastrukturun planlaşdırılması, proaktiv risk idarəetməsi və real vaxtda cavabvermə qabiliyyətində ciddi geridə qalır: 

“DİM-in informasiya sistemlərinin təhlükəsizliyi və sabitliyi ilə bağlı ictimaiyyətə heç bir illik hesabat təqdim olunmur.Bu da şəffaflığın yalnız nəticələrlə məhdudlaşdığını, prosesin arxa planının isə bağlı qutu olaraq qaldığını göstərir.

Əgər bu texniki problemlər aradan qaldırılmazsa, yaxın gələcəkdə DİM-in imtahan sisteminə olan etibar ciddi şəkildə sarsılacaq. İmtahan iştirakçılarının sayında azalma, etirazların artması və hüquqi mübahisələrin çoxalması bu prosesin qaçılmaz nəticəsi olacaq. 

Amma texniki auditlər aparılarsa, proqram təminatı beynəlxalq səviyyədə akkreditasiyadan keçirilərsə, imtahandan əvvəl pilot test mexanizmləri tətbiq edilərsə və imtahan günü texniki dəstək üçün canlı nəzarət qrupu ayrılarsa, bu problemlər minimallaşdırıla bilər.

Təhsil və elm sahəsində keyfiyyət yalnız nəticələrlə deyil, nəticəyə aparan yolun şəffaflığı və sabitliyi ilə ölçülür. Bu yolun hər mərhələsində texnologiya, peşəkarlıq və məsuliyyət əsas olmalıdır. DİM bu prinsipləri mənimsəmədikcə, texniki nasazlıqlar davam edəcək və bu da nəinki imtahan iştirakçısının uğuruna, həm də Azərbaycanın elmi gələcəyinə zərbə vuracaq”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: İmtahan texnikiproblem Kamran Əsədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyun 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri