Icma.az
close
up
RU
İmtahanların mart ayında keçirilməsi dərs prosesini pozur Ekspertdən ETİRAZ

İmtahanların mart ayında keçirilməsi dərs prosesini pozur Ekspertdən ETİRAZ

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən gün 2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub. Belə ki, bu il tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.

Modern.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov buraxılış imtahanlarının mart ayında keçirilməsinin dərs prosesini poza biləcəyini qeyd edib.

"Mart ayında keçirilən buraxılış imtahanlarından sonra 11-ci siniflərdə dərs prosesi demək olar ki, tamamilə pozulur. Şagirdlər üçün buraxılış imtahanı ümumtəhsil mərhələsinin yekun qiymətləndirməsi kimi qəbul edilir və bu imtahandan sonra onların tədris prosesinə marağı kəskin şəkildə azalır. Əksər hallarda şagirdlər məktəbə yalnız formal şəkildə gəlir və dərslərdə iştirak etsələr belə, onların dərsə diqqəti və aktivliyi minimuma enir. Bu hal sinif rəhbərləri və fənn müəllimləri üçün də ciddi çətinliklər yaradır, çünki artıq tədris mühitində şagirdlərin öyrənmə marağını qorumaq mümkün olmur", - o bildirib.

Ekspertin sözlərinə görə, mart imtahanından sonra sinif rəhbərlərinin öhdəlikləri formal olaraq qüvvədə qalır:

"Şagirdlərin dərslərə davamiyyətinin təmin olunması, məktəbə gələnlərin inzibati qeydiyyatı və davranış məsələləri sinif rəhbərinin üzərində qalmağa davam edir. Lakin real vəziyyət ondan ibarətdir ki, şagirdlər dərs prosesindən kənarda qalır, bəzi hallarda isə ümumiyyətlə məktəbə gəlmir. Bu isə məktəblərin resurslarının və müəllimlərin vaxtının səmərəsiz istifadəsinə gətirib çıxarır.

Aprel, may və iyun aylarında 11-ci siniflərdə dərs mühiti pozulduğundan tədris proqramlarının icrası formal xarakter alır. Şagirdlərin motivasiyasızlığı və məktəbə gəlməməsi tədrisin keyfiyyətinə birbaşa təsir göstərir. Müəllimlər tədris proqramını bitirsələr belə, şagirdlərin öyrənmə nəticələrinin effektivliyinə nail olmaq mümkün olmur. Bundan əlavə, məktəbdə qalan azsaylı şagirdlər arasında intizam problemləri yaranır, çünki buraxılış imtahanını artıq verdiklərini və tədris ilinin faktiki olaraq başa çatdığını düşünən şagirdlər məktəb qaydalarına riayət etməkdə də passivlik göstərir.

Bu vəziyyət həm təhsil sisteminin məntiqinə, həm də resursların səmərəli istifadəsinə uyğun gəlmir. Mart ayında keçirilən buraxılış imtahanı şagirdlər üçün “yekun” kimi qəbul edildiyindən, onların sonrakı aylarda məktəbə gəlməsi tədris prosesinin formal davamından başqa bir şey deyil. Təhsil sisteminin bu problemi həll etməsi üçün ya buraxılış imtahanlarının tədris ilinin sonunda keçirilməsi, ya da mart ayında imtahan verdikdən sonra 11-ci sinif şagirdlərinin məktəbə gəlmə öhdəliyinin aradan qaldırılması kimi tədbirlər nəzərdən keçirilməlidir. Əks halda, mövcud praktika təhsil prosesində intizam və keyfiyyət problemlərini daha da dərinləşdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Yanvar 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri