Icma.az
close
up
RU
“1 saat da dərs keçən müəllim sayılır!” Ekspertdən nazirə ETİRAZ

“1 saat da dərs keçən müəllim sayılır!” Ekspertdən nazirə ETİRAZ

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, 4 saat dərs keçən müəllim, müəllim deyil.

Təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirdi ki, açıqlanan fikir özlüyündə müəyyən qədər ziddiyyət təşkil edir.

"Amma dörd saat dərs də çox az dərs saatıdır. Müəllim auditoriyaya daxil olursa, ən azından demək olar ki, bir 18 saat minimal dərs saatını idarə etməlidir. Amma indi elə vəziyyət yaranıb ki, biz artıq onlara müəllim yox, birbaşa repetitor deyirik. Çünki onlar bilərəkdən dörd saat götürüb, məktəbdə daha az vaxt keçirib, qalan vaxtı evdə və yaxud hansısa bir obyektdə hazırlığa sərf edirlər. Fikrimcə, nazir də bir növ bunu vurğulamaq istəyirdi. Dörd saat dərs deyən elə müəllimlər var ki, konkret orada ancaq dörd saatdır, adamın da ixtisası pedaqoji olaraq müəllimlikdir və əlacsız vəziyyətdə gəlib, o dərs saatını deyirsə, yəni, biz onu müəllim adlandırmaya bilmərik. Yəni, müəllimdir o. Sözün həqiqi mənasında müəllimdir".

E.Əfəndinin sözlərinə görə, dörd saata qatlaşır, əziyyət çəkir, o dərs uşaqlara təhsil verirsə, biz ona, əlbəttə ki, müəllim deməliyik:

"Hətta dörd saat yox, bir saat belə kiməsə nəsə öyrədə bilirsə, əlbəttə, yenə o müəllimdir, biz burada çalışmalıyıq ki, müəllim üçün daha çox dərs saatı təmin edək. Əgər o dörd saata görə gəlirsə, bu  əziyyətə qatlaşırsa, cəfakeşliyini təqdim edirsə, biz də onu minimal 18 saatlıq dərslə təmin etməliyik. Nazir də onu vurğulamağa çalışır ki, o dörd saatı yox, biz 18 saatı verək müəllimə. Birbaşa dörd saat dərs deyən müəllim müəllim deyil, bu yanlış ifadədir. Mənim fikrimcə, nazir də bunu demək istəmirdi açıqcası, amma o, bunu birbaşa səsləndiribsə, yəqin ki, bunun açıqlaması ola bilər. Bəlkə də açıqlamasının izahını verib. Verməyibsə, birbaşa belə deyirsə də, çox yanlış ifadədir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Sentyabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri