İmza üçün Türkiyəyə gəlmək üzrə olan məşhur hücumçu geri qayıtdı
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qalatasaray" "Milan"ın hücumçusu Alvaro Morata ilə anlaşsa da, transferdə problemlər yaranıb.
Metbuat.az xəbər verir ki, İtaliya klubu Moratanın yerinə mərkəz hücumçusu almadan onun klubdan ayrılmasına icazə verməyəcəklərini bildirib. Moratanın Türkiyəyə gəlmək üzrə olduğu deyilsə də, “Milan” futbolçunun qalmasını tələb edib. "Qalatasaray" Moratanı icarə əsasında heyətinə qatmaq üçün danışıqları davam etdirərkən, ispaniyalı hücumçu "Milan"la məşqlərə çıxıb. Ulduz hücumçunun "Qalatasaray"a keçidinin çətinləşdiyi bildirilib.
Qeyd edək ki, Alvaro Morata bu mövsüm A Seriyasında 16 matçda 5 dəfə fərqlənib. Futbolçu Çempionlar Liqasında 7 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə komandasına töhfə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 31 Yanvar 2025 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















