Icma.az
close
up
RU
Türkiyəyə qış geri qayıtdı Qar, fırtına...

Türkiyəyə qış geri qayıtdı Qar, fırtına...

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bahar fəslinin təsirini göstərdiyi bir vaxtda Türkiyənin müxtəlif bölgələrində, o cümlədən İstanbulda gözlənilməz soyuq hava dalğası müşahidə olunur.

BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, meteoroloqlar 7-13 aprel tarixləri arasında hava temperaturunun kəskin düşəcəyini bildirib. İstanbulda qarla qarışıq yağış və fırtına gözlənilir, Edirnədə isə artıq qar yağıb.

İstanbul Böyükşəhər Bələdiyyəsinin Afət Koordinasiya Mərkəzi (AKOM) bu gün səhər saat 08:00-dan etibarən Avropa Yakasında, günorta saatlarından isə Boğaz və Anadolu Yakasında güclü yağış və fırtına gözlənildiyini açıqlayıb. Temperaturun 5 dərəcənin altına enəcəyi və bəzi bölgələrdə qarla qarışıq yağış müşahidə olunacağı bildirilib.

İstanbul Valiliyindən edilən açıqlamada isə Türkiyənin 7 apreldən başlayaraq yeni bir soyuq və yağışlı hava kütləsinin təsiri altına düşəcəyi vurğulanıb. Havanın həftə ərzində 5-9 dərəcə azalaraq mövsüm normallarının altına enəcəyi qeyd edilib.

Meteorologiya Baş İdarəsi Aydın, Balıkesir, Bursa, Çanaqqala, Edirnə, İstanbul, İzmir, Kırklareli, Manisa və Tekirdağ üçün sarı kodla güclü yağış xəbərdarlığı edib.

Ankara Valiliyi də havaların normadan 5-10 dərəcə aşağı enəcəyini və 12 aprelə qədər mənfi 2 dərəcə olacağını açıqlayıb. Şəhərin yüksək ərazilərində qar yağışı gözlənilir.

Edirnədə isə gecə yarısından sonra başlayan yağış, Keşan bölgəsində qara çevrilib. Şəhərin bəzi yerləri ağ örtü ilə əhatə olunub.

7 aprel üçün bəzi şəhərlərdə gözlənilən minimal temperatur:

İstanbul: 2°C

Ankara: -2°C

İzmir: 5°C

Antalya: 8°C

Erzurum: -6°C

Konya: -2°C

Malatya: -1°C

Diyarbakır: 3°C

Meteoroloqlar və rəsmilər vətəndaşları buzlanma, şaxta və qar səbəbilə mümkün risklərə qarşı diqqətli olmağa çağırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Aprel 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri