“İMZA” üzvləri üçün “Liderlik” mövzusunda təlim seminar keçirildi
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
23 avqust 2025-ci il tarixində İnnovasiya Mərkəzi (AİM)-də “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin üzvləri üçün “Liderlik” mövzusunda təlim-seminar təşkil olunub. Tədbirin əsas məqsədi liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi, idarəetmə bacarıqlarının gücləndirilməsi və komanda ruhunun möhkəmləndirilməsi olub.
Təlimi peşəkar təlimçi Fəzilə Əsgərova aparıb. O, iştirakçılara liderliyin mahiyyəti, müasir dövrdə effektiv idarəetmə bacarıqları, motivasiya mexanizmləri və komanda işinin təşkili mövzularında həm şəxsi təcrübəsinə, həm də beynəlxalq praktikaya əsaslanan biliklər təqdim edib. Təlim zamanı iştirakçıların fəallığı və marağı mövzunun aktuallığını bir daha nümayiş etdirib.
Seminar interaktiv formatda keçirilib. İştirakçılara təqdim olunan düşünmə tapşırıqları onların analitik təfəkkürünü və qərarvermə bacarıqlarını sınamaq üçün xüsusi hazırlanıb. Onlar öz baxışlarını şifahi şəkildə təqdim edərək liderliyin cəmiyyət və təşkilati fəaliyyətlərdəki rolunu geniş şəkildə müzakirə ediblər.
Təlimin sonunda “İMZA” Birliyi tərəfindən təlimçiyə təşəkkürnamə və milli-mənəvi dəyərlərimizi təcəssüm etdirən kəlağayı təqdim edilib. Bu, həm təlimçiyə göstərilən minnətdarlığın ifadəsi, həm də milli kimliyimizin vacib simvolu kimi tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
“İMZA” İctimai Birliyi tədbirin təşkilinə verdiyi dəstəyə görə İnnovasiya Mərkəzi (AİM)-ə xüsusi təşəkkürünü bildirib. Birlik gələcəkdə də bu kimi maarifləndirici tədbirləri davam etdirərək iştirakçıların intellektual və sosial inkişafına dəstək verməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 23 Avqust 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















