Millimizin üzvləri üçün seminar keçirilib
Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində dünya çempionatı ərəfəsində yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvləri üçün seminar keçirilib.
Apasport.az xəbər verir ki, seminara Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri, Hakimlər Komitəsinin sədri Natiq Bağırov rəhbərlik edib. Məşğələdə yığmanın məşqçilər korpusunun üzvləri də iştirak ediblər.
Seminarın əsas məqsədi idmançıları cüdoda tətbiq olunan son yeniliklər barədə məlumatlandırmaq, yarış zamanı qarşılaşa biləcəkləri müxtəlif epizodlar üzrə hakimlik meyarlarını izah etmək olub. Natiq Bağırov qaydalardakı yeniliklər, onların praktiki tətbiqi və ayrı-ayrı vəziyyətlərin qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verib.
Məşğələ zamanı müxtəlif yarış epizodları təhlil olunub, idmançı və məşqçiləri maraqlandıran suallar cavablandırılıb.
Daha 5 çəkidə mükafatçılar bəlli olub U-17 Cüdo Liqasının son turu keçiriləcək – 670 idmançı tatamiyə çıxacaq Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb Avropa Cüdo Ümidləri Turniri: İlk qaliblər bəlli oldu Rüstəm Orucov: “Belə təşkilatçılığa nadir hallarda rast gəlinir”
Baxış sayı:92
Bu xəbər 07 Avqust 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















