Icma.az
close
up
RU
İmzası möhür vurmuş adam

İmzası möhür vurmuş adam

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Folklorşünas alim, əməkdar mədəniyyət xadimi Elxan Məmmədlinin haqq dünyasına qovuşmasından qırx gün ötür. 

Adətən bu möhürün dəqiq təyinatı olur, - insanlıqda, dostluqda, həmkarlıqda, yol yoldaşlığında, sənətdə, ədəbiyyatda, folklorda və s. və ilaxır. Mənim üçün və əminəm ki, onu tanıyan hər kəs üçün bunu müəyyənləşdirməyə ehtiyac qalmaz, çünki folklorşünas alim, əməkdar mədəniyyət xadimi Elxan Məmmədli hərtərəfli inkişaf etmiş şəxsiyyət idi. Ədəbiyyatsevər, efirdə və mavi ekranda xalq yaradıcılığı ilə bağlı verilişləri izləyən birisi kimi  imzası və səsi, eyni zamanda sinəsi dolu boxçası ilə, sərbəst və mənalı diskussiyaları ilə çoxdan diqqətimi cəlb etmişdi. AMEA Folklor İnstitutunda işə qəbul olarkən adının və həm də yaşının böyüklüyündən çəkindiyim bir vaxtda, mehribancasına “Qardaşoğlu, təbrik edirəm, nə kömək lazım olsa, çəkinmə ha!” deyərək əlimi sıxması sonradan daha da yaxınlaşmağımıza ilk addım oldu. Sonradan ədəbi-bədii məclislərdə məni qanadı altına alması (şövqlə təqdim edərək yanaşı stolda yer verməsi, dostlarla tanış etməsi və s.) və davamlı tədbirlərdə iştirakımız bu insanı nə qədər genişürəkli, kinsiz-küdurətsiz, dostcanlı və sədaqətli olması, son tikəsini bölüşməyə çalışması kimi xüsusiyyətləri ilə tanıtdı və sevdirdi mənə! Bütün məclislərdə sayılıb-seçilərdi. Dost məclisinə uzaq rayonlara da birgə gedərdik. Elxan Məmmədli adı həmişə uca tutular, kiçikli-böyüklü, cavanlı-qocalı hamı üçün əziz və doğma idi, bu münasibətlərdən zövq alardı, üzü gülümsər, çatılmış qaşlarının altından alışan baxışları sevinclə dolardı.

Mənə elə gəlir ki, Elxan Məmmədlini folklorşünas kimi, şair olaraq məndən yaxşı tanıyanlar daha çoxdur, haqqında məqalələr, xatirələr yazılıb, yaradıcılığı geniş və ətraflı təhlillər predmetidir. Bu işin öz xiridarları var.

Mən Elxan Məmmədlinin son illərdə, 75-79 yaş arasında necə həyat eşqi ilə qaynadığının, insanlara sevgi, qayğı bəxş etmək həvəsində olduğunun, köməksizə əl tutmaq istədiyinin, dost məclisində odlu-alovlu çıxışlarının, sinədən rəvanlıqla bayatı, qoşma, gəraylı, təcnis deməsinin canlı şahidi, belə görüşlərin ən yaxın iştirakçısı olmuşam. Çünki o məndə ədəbiyyata, folklora, şeirə həvəsi duymuşdu və buna çox sevinirdi.

44 günlük Zəfərimizlə bağlı kitabım çapa hazırlanarkən bütün şeirləri oxuyandan sonra isə heç nə demədən rəy yazmışdı və məni bu qayğıdan azad etmişdi. “Zəfər bizə yaraşır” adının kitaba qoyulması da Elxan Məmmədlinin təklifi ilə oldu. Hələki sonuncu kitabımın redaktoru və ön sözün müəllifinin bu unudulmaz insanın olması mənim üçün böyük qürurverici və təsəllidir.

Elxan müəllim mənim gözümdə təkcə yumşaq və mülayim rəftarı ilə qalmayıb. O, sənətə və ədəbiyyata, xüsusən folklora münasibətdə çox sərt və barışmaz mövqe tutmağı da bacarırdı. Yadımdadır, məclislərin birində kimsə bir rəvayətin hansısa başqa bir bölgəyə aid olduğu barədə “bilgilərini” sərgiləmək istədi, mənasız və qırıq-qırıq danışması Elxan Məmmədlini hövsələdən çıxardı: “Ə, bacıoğlu, bir dəqiqə dayan e, folklorda mənəm-mənəmlik keçmir, folklorda baş və yaddaş, bir də bax, bu ürək lazımdır” – deyib (Elxan müəllimi yaxından tanıyanlarda yəqin ki, onun şəhadət barmağının hərəkətləri barədə müəyyən təsəvvür yarandı) həmin rəvayəti tam təfsilatı ilə danışdı, arxasınca da məclisə uyğun gözəl bir gəraylı ilə çıxışını yekunlaşdırdı.

Bu insan üçün rayon, bölgə fərqi yox idi. Mənə elə gəlir ki, o bütün insanlara yaradıcılığın, folklorun, şeiriyyətin gözü ilə baxırdı. Ancaq bütün baxışlarının məğzində və mənasında insanlıq, humanistlik, vicdan, şərəf, ləyaqət dururdu... Yerin behişt olsun, USTAD!       

Mahir Cavadlı,

AMEA Folklor Institutu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Aprel 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri