Icma.az
close
up
RU
Avropadakı Azərbaycan imzası

Avropadakı Azərbaycan imzası

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimini böyük zövqlə izlədik. Hiss olunurdu ki, UEFA rəsmiləri püşkatma mərasiminin özünəməxsus və möhtəşəm keçməsi üçün əllərindən gələni ediblər. Düzdür, son yeniliklərdən sonra püşkatma mərasimi bir qədər avtomatlaşıb, ənənəvi "şarçəkmə mərasimi” öz əhəmiyyətini itirib. İndi əsas rolu kompüter tutur. Bu da başadüşüləndir. Çünki komanda sayı artıb, qrup mərhələsi ləğv olunub. Belədə kompüterin köməyi olmadan işin içindən çıxmaq çox çətin olar. 

UEFA prezidenti Aleksander Çeferinlə ötənlərin məşhur futbolçusu Zlatan İbrahimoviçin yer aldı videoçarx püşkatmanı izləyənlərin zövqünü oxşadı. Bununla da UEFA Çempionlar Liqasının əsas mərhələsində aparılan islahatların, baş verən dəyişikliklərin zamanın tələbi olmasına işarə vurdu. İnsafən, son dəyişikliklər bizə qarışıq görünsə də, rəqabətin artmasına yardımçı olub. Yeni sistemin sayəsində komandalar son tura qədər mübarizə aparmalı olur, "nəhənglər” vaxtından əvvəl özlərini rahat hiss edə bilmirlər. Eyni zamanda da komanda sayının artırılması bu futbol bayramından nəsibini alanların əhatə dairəsinin genişlənməsinə, elə bizim də daxil olduğumuz bəlli bir qrupun böyük futbol bayramının bir parçası olmasına xidmət edib. 

Bu dəfəki püşkatma mərasimini bizim üçün daha təmtəraqlı edən "Qarabağ”ın o mərhələyə yüksəlməsi, qitənin nəhəng klubları ilə eyni sırada dayanması idi. Qardaş Qazaxıstanın çempionu "Kayrat”ın da Liqa mərhələsinə qədər uzun bir yol qət etməsi, "Qarabağ”la birlikdə "nəhənglər” sırasında yer alması bizi sevindirən digər məqam oldu. Azərbaycan futbolunun səviyyəsi bəllidir. Söhbət təkcə milli səviyyəsindən getmir. Xərclənən milyonların qarşılığında heç klub futbolunda da uğur qazana bilmirik. "Qarabağ” bu mənada istisnadır. Digərləri UEFA Konfrans Liqasında belə mərhələ keçməyə, qrup mərhələsinə yüksəlməyə çətinlik çəkir. Bu da ondan irəli gəlir ki, klublarımız özünə düzgün strategiya seçmir, futboldan çox başqa şeylər barədə düşünürlər.

Bəli, yaxşı ki, "Qarabağ” digərlərindən fərqlənir. 7 illik fasilədən sonra yenidən qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksəlməyi bacarmışıq. İmzaların içində imzamımız olması, Çempionlar Liqasının əsas mərhələsindəki püşkatma mərasimində Qarabağ və Azərbaycan adlarının yanaşı çəkilməsi bizi qürurlandırır, fərəh hissi qəlbimizə hakim kəsilir. Püşkatmanın nəticələrindən narazı qalmaq, rəqiblərin adlarından narahat olmaq da lazım deyil. Bundan sonrası bizim üçün əsl futbol bayramıdır. Onu yaşamaq, hiss etmək və zövq almaq lazımdır. Çempionlar Liqasının əsas mərhələsini arzulamırdıqmı? İndi Qurban Qurbanov və onun yetirmələri, eləcə də "Qarabağ”ın öz işini sevən rəhbərliyi bizi bu arzumuza çatdırıb. Daha nədən narazıyıq? Çempionlar Liqasında rəqibimizin "Levski”, "Hayduk” olmayacağı onsuz da bəlli idi. Hazırkı "Qarabağ”ın ən azından "Kopenhagen”, "Ayaks”, "Ayntraxt” kimi rəqiblərlə mübarizə aparmaq gücündə olduğuna heç şübhəm yoxdu. Qarşıda transfer etmək, heyəti daha da gücləndirmək üçün zaman da var. "Qarabağ” rəhbərliyi və Qurban Qurbanov bu zamanı dəyərləndirib, yeni transferi reallaşdıra bilsə, daha yaxşısına da ümid edə bilərik...

...Çempionlar Liqasının püşkatması bitən kimi "CBC Sport” Azərbaycan Premyer Liqasının reklam çarxını izləyicilərə təqdim etdi. Ekranda "Araz Naxçıvan”ın, "İmişli”nin, "Karvan-Yevlax”ın loqoları görünməyə başladı. Necə deyərlər, borclarımız, dərdlərimiz yadımıza düşdü, Azərbaycan futbolunun əsl səviyyəsi gözümüzün önünə gəldi. Bizi o səviyyədən yüksəklərə qaldıran, Azərbaycan imzasını imzalar içində qoyan "Qarabağ”a ürəkdən minnətdarlıq etməyi özümə borc bildim...

Amal Abuşov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Avqust 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri