Icma.az
close
up
RU
İnadına əcnəbi məşqçi YAZI

İnadına əcnəbi məşqçi YAZI

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sabah”ın yeni baş məşqçisinin adına aydınlıq gəldi. Xeyirli-uğurlu olsun! Rusiyalı Vasili Berezutskinin boşaltdığı posta litvalı mütəxəssis Valdas Dambrauskas əyləşdirildi.

Litvalı çalışdırıcı bu mənada zirək tərpənib, “Sabah”la sözləşməni üç il müddətinə bağlayıb. Bilir ki, “Sabah” rəhbərliyinin ipinin üzərinə odun yığmaq olmaz. Bir də gördün fikirlərini dəyişdilər, 3-4 aydan sonra onu da yola salmaq fikrinə düşdülər. Bir dünyanın işini bilmək olmaz, bir də “Sabah”ın rəhbərliyinin. Ona görə də Dambrauskas və onu “Sabah”la əlaqələndirən şəxslər reallığı düzgün qiymətləndiriblər.
Valdas Dambrauskasın keçmiş karyerasını vərəqləyəndə də görürük ki, üzü üzlər görmüş mütəxəssisdi. Qısa müddətdə xeyli klubda çalışmağa imkan tapıb. “Jalgiris”də üç il davam gətirə bilib. Amma bu da 11 il əvvələ təsadüf edib. Bir vaxtlar “Sabah”ın avrokuboklarda rəqibi olmuş RFŞ-in də yolu Dambrauskasla kəsişib. Amma bu iki komandanın real gücünü qiymətləndirəndə görürük ki, heç biri ciddi hədəfləri olan, böyük uğur qazanmış komanda sayıla bilməz.
Litva klubları bu gün Azərbaycanın hansı təmsilçisinə avrokuboklarda rəqib olsa, azarkeşlər bayram edər, turu keçilmiş sayarıq. Elə RFŞ ilə oyunlar da “Sabah”ın yaxın keçmişində əhəmiyyətli yer tutur. Murad Musayevin çalışdırdığı komandamız hər iki oyunda rəqibini məğlub etmiş, turu keçən tərəf olmuşdu.
Valdas Dambrauskasın çalışdırdığı klubların siyahısına baxanda nisbətən ciddilərlə son illərdə yollarının kəsişdiyini görürük. Söhbət “Hayduk”, “Ludoqorets” kimi adlardan gedir. Maraqlıdı ki, “Sabah”ın yeni baş məşqçisi bu komandaların heç birində uzun müddət duruş gətirə bilməyib. İşin içində olmadığımız üçün səbəblərin nə olmasından xəbərsizik. Ola bilsin, problem baş məşqçidə olmayıb, yaxud da ayrılıq qərarı Dambrauskasın uğursuz nəticələrindən sonra verilməyib. Rəhbərliklə baş məşqçi arasında heyət seçimi, yaxud da transferlərlə bağlı fikir ayrılıqlarının olması da mümkündü. Yəni belə hallar bizim futbolumuzda da tez-tez baş verir. Ona görə də birmənalı şəkildə fikir bildirməyə çətinlik çəkirəm. Amma fakt faktlığında qalır. Bizim səbəbləri bilməməyimiz belə həmin faktı dəyişmir ki, Valdas Dambrauskas qarşısına ciddi hədəflər qoyulan, strateji plan üzrə çalışan mütəxəssis deyil. Qısa desəm, litvalı mütəxəssis bir yerdə qərar tutmaqda çətinlik çəkir.
İndi durub “Sabah”ın rəhbərliyinə sorğu ünvanlayaq ki, Dambrauskası hansı keyfiyyətlərinə görə seçmisiz, onunla görüşdə məhz hansı xüsusiyyəti sizi cəlb edib ki, seçimi litvalının üzərində saxlamısız?! Heç şübhə etmirəm ki, bu suala səmimi və doğru cavab ala bilməyəcəyik. Maqsud Adıgözəlov müxtəlif manevrlər edəcək, ümumi sözlər söyləyəcək. Ona görə də vaxtımızı belə boş şeylərə sərf etməyək. Dəqiq olan bir məqam var ki, “Sabah”ın rəhbərliyi israrla azərbaycanlı məşqçilərdən üz çevirib, onlara etimad göstərmir. Rəhmətlik Arif Quliyev demişkən, “iti görüm, qurdu görüm, azərbaycanlı məşqçi görməyim”.
Onların yerli mütəxəssislərə münasibətdə belə davranış sərgiləməsinə təəssüflənirəm. Başa düşə bilmirəm ki, bu qədər ardıcıl şəkildə əcnəbilərə şans verib, onlara etimad göstərəndən və ciddi uğur qazanmayandan sonra nə üçün bircə dəfə də yerlilərə həmin şansdan vermək istəmirlər? Nə deyək, özləri bilsinlər. Bu inadkarlığın nə qədər davam edəcəyini demək də çətindi. Allah peşmançılıq verməsin.
AMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 İyun 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri