Icma.az
close
up
RU
Qalan kubok oyunlarını əcnəbi hakim idarə etsin! YAZI

Qalan kubok oyunlarını əcnəbi hakim idarə etsin! YAZI

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Futbol üzrə ölkə çempionatında qeydə alınan hakim ədalətsizliklərini dəfələrlə işıqlandırmışıq. Təəssüf ki, 2-ci liqadan 1-ci liqaya, premyer-liqadan ölkə kubokuna qədər keçirilən matçlarda bu yöndə xoşagəlməz hallara rast gəlirik.

Durumun aşağı liqalarda daha vahiməli olduğundan da xəbərdarıq. İndiyə qədər bu yarışlarda iştirak edən xeyli baş məşqçi və futbolçu qəzetimizə açıqlamasında ədalətsiz hakim qərarları üzündən xallar itirdiyini bildirib. Sadəcə, hələ həmin çempionatlara ciddi maraq olmadığından böyük haqsızlıqlar belə lazımi səviyyədə üzə çıxmayıb. Hər halda, gördüklərimiz ümidləri öldürməyə bəs edir, nəinki görmədiklərimiz.
Gördüklərimiz demişkən, uzağa getməyə ehtiyac yoxdu. Ölkə kubokunun yarımfinalı çərçivəsində keçirilən "Araz-Naxçıvan" - "Qarabağ" və "Neftçi" - "Sabah" oyunlarında başverənləri xatırlamaq yetərlidi. Əvvəlcə Mərdəkanda keçirilən oyun haqda...
Elçin Məsiyevin "köhlən atlar"ın qapısına təyin etdiyi penalti Qurban Qurbanovu özündən o qədər çıxardı ki, əlindəki planşeti təpiklə vurub parça-parça etdi. Halbuki qərar düppədüz idi. Bəs təcrübəli mütəxəssisi özündən çıxaran nə idi? Bir çox ehtimal üzərində dayanmaq olar. O dəqiqdi ki, artıq xeyli baş məşqçinin hakimlərə etibarı qalmayıb. Düzgün qərarlara belə şübhəylə yanaşılır, loru dildə desək, bu addımların pərdə arxasında nəsə axtarılır. İş orasındadı ki, Elçin Məsiyev Qurban bəyin məlum davranışına görə ona qırmızı vərəqə verməli, mütəxəssis cavab matçını tribunadan izləyənlər sırasında olmalıydı. Bu, şəxsi fikir deyil. Sadəcə, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) "Oyun qaydaları" kitabının 4-cü qaydasının 4-cü bəndində qeyd olanan məcəllədi. Amma ədalət təmsilçisinin buna "ürəyi çatmadı"!
Hələ matçın AFFA nümayəndəsi Erkin Hüseynovu demirik. AFFA İntizam Komitəsinin sədri də gözlərinin önündə yaşanan qayda pozuntusuna görə Qurban Qurbanovun cəzalandırılması üçün hansısa addım atmadı. İndi isə "Neftçi" - "Sabah" matçı haqda...
Masazır təmsilçisinin haqqı yeyildi. Özü də FİFA referisi statusu daşıyan, Azərbaycanın iş başında olan ən təcrübəli hakimi Əliyar Ağayev tərəfindən. VAR hakimi Rauf Allahverdiyev də səsini çıxarmadı. Bəlkə də "Sabah" "Neftçi Arena"dan 3:1 hesablı qələbəylə ayrılacaqdı. Bəs matçın taleyini "ağ-qaralar"ın bir top üstünlüyü həll etdə, kim cavab verəcək? Təbii ki, heç kim! Həmçinin "Qarabağ" - "Araz-Naxçıvan" cütünün cavab matçında hakim səhvi yaşansa, nə olacaq? Haqlı qərara görə xoşagəlməz reaksiya ilə yadda qalan Qurban Qurbanov hansısa haqsızlığı və ya səhvi necə qəbul edəcək? Bu sualların cavablarını çox düşünməyə ehtiyac yoxdu.
Hər şey göz önündədi, əziz AFFA. Bu üzdən düşünmək yox, hərəkətə keçmək lazımdı. Təbii ki, qısa vaxtda dəqiq desək, cavab oyunlarının baş tutacağı tarixə - aprelin 23-nə qədər hakimliyin səviyyəsini ərşə qaldırmaq mümkün deyil. Əksinə, hadisələrin axarı pisə doğru gedir. Fərqindəyik. Buna görə, nəinki təkcə cavab oyunlarında, final matçında da əcnəbi hakimlər iş başında olmalıdı. Təbii ki, könül hakimlər briqadasının bütünlüklə əcnəbi olmasını istər. Amma heç olmasa, VAR-da əyləşənləri ölkə xaricindən dəvət edin. Yoxsa, cavab oyunlarından sonra baş qaldıracaq söz-söhbətlərin qarşısını almaq mümkün olmayacaq. Fəlakəti önləmək lazımdı. Zirvənin yeganə adı Əliyar Ağayev belə ciddi səhv edirsə, başqa yolunuz yoxdu.
Rüsvayçılıq təkrarlansa, Frank De Blekerin etirafları da işə yaramayacaq. Yox, yenə əncəbi hakimlərdən asılı halda qalmağa davam etdiyinizə görə, Frank De Blekerə ödənilən məbləğin haqq-hesab ediləcəyindən çəkinirsizsə, o başqa məsələ!
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Aprel 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri