Icma.az
close
up
RU
“İnam” verilişinin 10 yaşı tamam olur

“İnam” verilişinin 10 yaşı tamam olur

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Uzun illərdir efir məkanında canlı olaraq “Space” telekanalında yayımlanan Azərbaycanın milli və mənəvi dünyasının aynası olan “İnam” verilişinin 10 yaşı tamam olur. Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylinin müəllifi və aparıcısı olduğu “İnam” verilişi dövlətimizin dini mühitdə apardığı uğurlu tolerant maarifləndirmə işinə dəstəkdir. “İnam” Azərbaycan televiziyasında dini veriliş sahəsində önəmli bir nümunədir. Bu veriliş tək dini deyil, həm də mənəvi dəyərlərimizin, Azərbaycanda şəhidlik və qazilik müəssisəsinin cəmiyyətə, topluma aşılanmasına və gənclərimizin vətənpərvərlik ruhuna köklənməsinə xidmət edir. “İnam” verilişinin əsas məqsədi milli və mənəvi dəyərlərin doğru və düzgün şəkildə insanlara aşılanmasıdır.

Seyid Camal Əzimbəyli deyir ki, o,  Azərbaycan gənclərinin milli və mənəvi baxımdan yad düşüncələrin təsiri altına düşmələrini əngəlləmək istiqamətində bu yola çıxıb. Qloballaşan dünyada Azərbaycan dövlətinin milli maraqlarına xidmətin əhəmiyyətini insanlarımıza, xüsusilə də inanclı cavanlarımıza düzgün, elmi formada təbliğ etmək niyyəti ilə bu işə başlamışıq: “Bu veriliş tək dini deyil, həm də mənəvi dəyərlərimizin, Azərbaycanda şəhidlik və qazilik müəssisəsinin cəmiyyətə, topluma aşılanmasına və gənclərimizin vətənpərvərlik ruhuna köklənməsinə xidmət edir. Valideynlərin əksəriyyəti övladlarının "İnam" verilişinə baxdıqdan sonra şəhidliyə, vətənə cani-könüldən daha da bağlı olduqlarını söyləyirlər.

Odur ki, apardığımız mücadilədə az da olsa xidmətimizin olması sevindirici haldır. Düşünürəm ki, mənəvi dəyərlərimizlə bağlı proqramların çoxalması Azərbaycan dövlətçiliyinin və milli təhlükəsizliyinin mühafizəsi qədər vacibdir. Ölkəmizdə milli-dini dəyərlərin həqiqi təəssübkeşi cənab İlham Əliyev olduğuna inanaraq, biz bu layihəmizi uğurla həyata keçirməyi bacardıq. Ümumiyyətlə, "İnam" verilişinin görəcəyi böyük işlər hələ qarşıdadır. İnanıram ki, yeni rəhbərliklə "İnam" verilişini və onun auditoriyasını daha da böyüdə biləcəyik. Xalqın inamını qazanmış veriliş olaraq vətən, dövlət, din siyasətinin topluma aşılanması üçün daha böyük potensialımızı ortaya qoymağa çalışırıq. Ailəmlə, həyat yoldaşım, "İnam" verilişinin redaktoru Sevinc Əzimbəyli ilə bərabər, çiyin-çiyinə islami dəyərlərin qorunmasına və təbliği istiqamətində yorulmadan mücadiləmizi davam etdiririk. İslami maarifləndirməni, islamın gətirdiyi qaydaları, onun təməl prinsiplərini, vətənpərvərlik hisslərinin gənclərə doğru bir şəkildə aşılamaq əsas məqsədlərimdəndir. Ölkədə milli-mənəvi dəyərlərə köklənən verilişlərin olması, cəmiyyətin aydınlanması və maariflənməsi olduqca mühüm məsələdir. Biz bu yolda çəkdiyimiz əziyyətlərin bəhrəsini gördük. Mənəvi dəyərlərə, dövlətimə, millətimə, bayrağıma bağlılığım və təmənnasız olaraq vətən, dövlət adına mücadilənin önündə olmaq şansını Rəbbim mənə öz lütfündən nəsib etdi. Seyid Camal adının mühafizə olunmasında, ölkədə milli-mənəvi dəyərlərin qorunmasına, din-dövlət münasibətlərinin möhkəmlənməsinə görə özümü borclu hesab edirəm”.

"İnam" verilişinin Ramazan ayındakı yayımları adi günlərdəkindən fərqlənir. Belə ki, Ramazan ayında “İnam” verilişinə dəvət olunan tanınmış mənəviyyat adamları Ramazanın fəzilətləri, bu ayın rəhmət, şəfqət ayı olaraq insanlarımıza, xüsusilə gənclərimizə düzgün təbliğ edilməsi missiyasını öz üzərinə götürür. “İnam” komandası Ramazan ayının başlandığı gündən bu məsuliyyətli vəzifənin öhdəsindən layiqi ilə gəlir.

“İnam”ın bu layihəsində Azərbaycanın tanınmış siyasi, ictimai xadimləri, şair və yazıçıları, həkimləri, xanəndələri, ilahiyyatçıları Ramazan ayının fəzilətindən irəli gələrək düşüncələri ilə insanların mənəvi dünyasına işıq salır. Xüsusilə, Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərinin dəvət aldığı bu verilişlərdə ölkənin dini mühitinə mesajlar verilir, gənc nəslə kənar təsirlərdən uzaq olmaq, dini mühitdə fitnə-fəsada yer olmadığı bir daha dilə gətirilir. Yüzlərlə vətəndaş Ramazan ayında oxunan Quranların xətmini “İnam” verilişinə həvalə edir. Bu, Azərbaycanın dini mühitində bir ilk sayılır və  insanların verilişə olan inam və etimadıdır. İnsanlar oxuduqları Quran kəlamlarının məhz “İnam”ın işığında xətm olunmasını istəyirlər.

Qürurverici haldır ki, başqa ölkələrdə yaşayan həmvətənlərimiz, eləcə də müsəlman aləmi "İnam" verilişi vasitəsilə Azərbaycanda dinin doğrularının rahatlıqla izləyə bilirlər. "İnam" dövlət-din münasibətlərinin möhkəmlənməsində müstəsna rol oynayır. Dünyəvi dövlət olmasına baxmayaraq, dini dəyərlərin əsl himayəçisinin Azərbaycan dövləti, Prezident İlham Əliyevin olduğunu dünyaya göstərə bilir.

“İnam" verilişi daha bir uğura imza ataraq may ayından etibarən hər cümə günü saat 13:00-da “Space Radio” - 104 FM-də canlı olaraq iki saat dinləyicilərin xidmətində olur. 

İslam dininin doğrularını olduğu kimi xalqımıza yüksək peşəkarlıqla çatdıran “İnam” verilişi din və dövlət münasibətlərinin möhkəmlənməsi yolunda uğurlu maarifləndirmə işini təşkil edə bilib. Bu işin daha geniş auditoriyaya çatdırılması istiqamətində yaradılan şərait “İnam”ın dövlət-din münasibətlərinə verdiyi növbəti töhfədir.   

"525-ci qəzet"in kollektivi olaraq,  Azərbaycanın efir məkanında və mənəvi mühitində özünəməxsus yeri olan "İnam" verilişinin 10 yaşı olması münasibətilə layihənin müəllifi və aparıcısı Seyid Camal Əzimbəylini və kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Sevinc QARAYEVA
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Sentyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri