Icma.az
close
up
RU
Menu

Lökbatan yolunda qəza: Ölən var

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

KİV: İranda limanında partlayışın səbəbi raket yanacağı üçün maddə olub

Özgür Özəl: Mühafizəçilərin kameranı bağlaması məcburi bir vəzifədir

Lill , Oser və Marsel hesablarına 3 xal yazdırıblar

Mərkəzi Aran bölgəsinin uşaq və gəncləri Mingəçevirdə bir araya gəliblər

Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

Bakı Gəncə sürət qatarına biletlərin qiyməti bilindi CƏDVƏL VİDEO

9 vərdişdən imtina edin: qarındakı piy bir aya YOX OLACAQ

“Liverpul”a çempionluq üçün cəmi 1 xal lazımdı

Kənan Yıldız karyerasında ilk qırmızı vərəqə alıb

La Liqa: Espanyol evə xalsız qayıtdı

“Oyunçulara elə tapşırıq olmur ki, geri çəkilsinlər” Elmar Baxşıyev

ABŞ döyüş təyyarəsi təyyarədaşıyan gəmidən dənizə düşüb

İncəsənət inam izharıdır

İncəsənət inam izharıdır

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İŞIQLI ATALININ İNAM ATA İLƏ RUHSAL TƏMASI

Ürəyinizdə Ata Günəşi olsun! “Türküstan”ın sayğılı oxucularına İnam Ata (Asif Ata) ilə 30 il qabaqkı ruhsal təması (müsahibəni) qısa təqdim edirəm. Burada incəsənətin insani mahiyyəti açılır, habelə musiqiyə, rəssamlığa, heykəltəraşlığa, kinoya, xalçaçılığa, rəqsə Ata qiyməti bilinir. Ata burada ilk dəfə olaraq özünün yaratdığı bənzərsiz bəstələri - Harayları haqqında danışır. Gün o gün olsun ki, sənətşünaslarımız Atanın fikirlərini özümləşdirsinlər.

İşıqlı Atalı

***

İşıqlı Atalı: - Müqəddəs Ataya Ali səcdə!
İnam Ata: - Səcdən ucadır, oğlum!
İşıqlı Atalı: - Mütləqim, bu təmasım incəsənətlə bağlıdır. İlk sualım belədir: İncəsənət və İnam.
İnam Ata: - Ürəyinizdə Günəş olsun! İncəsənət haqqında çox deyilib, çox yazılıb. Ancaq incəsənətin İnamçılığı haqqında, İncəsənət və İnam münasibətləri haqqında az deyilib, az yazılıb. Əslində isə İncəsənət - İnam izharıdır. Dünyanın Əzəli, Əbədi, Sonsuz, Kamil Mənası var. Həyatın Əzəli, Əbədi, Sonsuz, Kamil Mənası var. İnsanın Əzəli, Əbədi, Sonsuz, Kamil Mənası var. Bu Məna fəlsəfə tərəfindən dərk olunur, bu Məna sənət tərəfindən vəsf olunur. İncəsənət Dünyanın, Həyatın, İnsanın Mənasına baş əyməkdir. Bu nöqteyi-nəzərdən sənətin mahiyyəti İnamçılıqdır. Heç bir canlı dünyada gerçəklikdən üstün olan, gerçəklikdən fərqlənən bir məna görmür. Bütün canlılar gerçəkliyə bərabərdir. Onların şüurlarının həddi də, duyğularının həddi də gerçəkliyə bərabərdir. Əgər bu sözü bir az da ictimailəşdirsək, şəraitə bərabərdir, mühitə bərabərdir. İnsan isə daim gerçəklikdən Mənaya yüksəlir. O Mənanı ifadə eləmək, çağırmaq istəyir. O Məna əsasında haray qopartmaq istəyir.

Belə bir ehtiras yaranır insanın qəlbində - Mənaya çatmaq ehtirası, Mənanı dərk etmək ehtirası

Əgər Dünyanın Əzəli, Əbədi, Sonsuz, Kamil Mənası olmasaydı, Həyatın Əzəli, Əbədi, Sonsuz, Kamil Mənası olmasaydı, İnsanın Əzəli, Əbədi, Sonsuz, Kamil Mənası olmasaydı və bu mənalar öz ifadəsini tapmasaydı, dünya çox sönük olardı. İnsanın xoşbəxtliyi ondadır ki, o, Mənanı gördü, duydu, ifadə elədi və sənət yarandı, fəlsəfə yarandı, elm yarandı.
İşıqlı Atalı: - Atamız deyir ki, musiqi ümid səsidir. İndi də istəyirəm Atamız musiqi və İnam məsələsi barədə danışsın. İnam Musiqisi haqqında: Musiqidə İnam nə deməkdir?
İnam Ata: - Musiqi səslər vasitəsilə ifadə olunan İnamdır.

MUSIQI SƏSLƏRIN MƏNAYA ÇEVRILMƏSIDIR

Musiqidə səs mənalanır, Məna ifadə eləyir. Musiqidə səslər vasitəsilə İnam izhar olunur. Bayaq o dediklərimə İnam, dünyanın özündən artıq olmasına inam, İnsanın özündən artıq olmasına inam, Həyatın özündən artıq olmasına inam. O İnam ehtirasa çevrilir, səs ehtiras ifadə eləyir, Ehtiras Mənalı olur, vəcdli ehtiras olur, İdraklı ehtiras olur. Səs İdraklaşır, Mənalaşır, ehtiraslaşır, vəcdləşir, vəhyləşir... Bethovenin “V simfoniya”sında İnsanla tale döyüşür. Və İnsanilik Taleyə qələbə çalır. İnsan taledən üstündür. Budur İnam. Bəs bizim Muğamlar nə deyir? Bizim Muğamlar İnsanın pillə-pillə, şöbə-şöbə öz mahiyyətinə, yəni məqsədinə, kamilliyinə çatması yoludur.
Musiqi ən həssas, ən dərin, ən ülvi, ən vəcdli, ən vəhyli İnam İzharçısıdır. Mən bu fikrimi müəyyən mənada Haraylarımda (Atanın özünün bəstələdiyi 7 musiqi, həm də onların aid olduğu janr - İ.A.) ifadə eləmişəm. Bu Haraylarda siz İnamçılığı Ocaq Atasının izharı kimi qəbul eləyin.

MƏN BUNDAN BAŞQA, BUNDAN BÖYÜK, BUNDAN ALI DÜNYADA HEÇ NƏ BILMIRƏM

Özümü də bəstəkar saymıram. Mən - Asif Ata Ocağının Atasıyam. Ocaq Atası kimi də musiqidə özümü, mahiyyətimi, Göylüyümü, məqsədimi, arzularımı, İnsanlaşma yolumu ifadə eləyirəm.
İşıqlı Atalı: - Çox gözəl, Mütləqim, növbəti sual belədir: Rəssamlıqda İnam.
İnam Ata: - Rəssamlıq rəng vasitəsiylə, xətt vasitəsiylə İnam izharıdır. Musiqi izharı səsdə verir, səs müqəddəsliyi vasitəsilə verir, içəridən verir, daxildən verir, vəcddən verir, vəhydən verir. Rəssamlıq onu rənglərdə verir, xəttdə verir. Ayrı-ayrı obrazların ifadəsində verir. Gerçəkliyin özündən çıxış eləyərək gerçəkliyin mənasına çatır, gerçəklikdən artığı deyir. İnam nədir?

İNAM – GERÇƏKLIYIN ÖZÜNDƏN ARTIQ OLAN MƏNASIDIR

Kim elə bilir ki, Pəfaelin “Sikistin Madonnası”nda yalnız olan hadisə verilir, o, başa düşmür “Sikistin Madonnası”nı. “Sikistin Madonnası”nda qadınlıq adlanan mahiyyət ifadə olunub. Qadınlığın, zərifliyin yaratdığı möhtəşəmlik ifadə olunub. Və bu möcüzə səviyyəsində ifadə edilib. “Sikistin Madonnası”nda sadəcə gerçəkliyin təsvirini axtarmaq heç nə başa düşməməkdir rəssamlıqda. Bəli, elə rəssamlar da var ki, gerçəklikdən üstün heç nə yarada bilmirlər. Onlar təsvirçidirlər. Heç zaman sənət təkcə təsvirçi olmayıb. Yaxud kim elə hesab eləyir ki, dahi Mikelancelonun “David”ində, yaxud onun başqa obrazlarında, məsələn, “Musa”sında yalnız tarixi obrazlar ifadə olunub, heç nə anlamır. Orada ümumiyyətlə, müdrikliyin mahiyyəti aşkarlanıb, hər ikisində müdrikliyin rəssamlıq vasitəsiylə mənalanmasıdır.

RƏSSAMLIQ ÖZÜ – MƏNALANDIRANDIR

Rəssam elə-belə çəkmir. Elə-belə gördüyünü görmür. İdrakın gözü ilə də görür. Məsələn, bəzən mənim rəssam pərəstişkarlarıma deyirəm, əvvəl gözünüzlə görün, gözünüzü yumun, idrakınızla görün, sonra çəkin o mənanı.
Yaxud kim elə hesab eləyir ki, Corconenin “Yatmış Venera”sında eləcə qadın cismaniliyi ifadə olunub, konkret bir qadının, yaxud bir obrazın, yaxud bir alleqoriyanın; o da yenə anlamır. Burada qadınlığa yerə-göyə sığmayan bir vəcd var. Bir mahnıdır bu! Bir mahnıdır qadın haqqında. Döyülən, söyülən, xüsusilə də bu Şərqdə heç olunan qadını hara qaldırmayıb böyük sənət?! Çünki sənət İnamçı olub, o cümlədən qadına İnamçı olub.
Yaxud bizim miniatürlərimiz. Sultan Məhəmmədin “Xəmsə”yə çəkdiyi əsərlərin hamısında Məna var. Hamısında İnam var.

ORADA KI, İNAM YOXDUR, ORADA SƏNƏT YOXDUR

Gerçəkliyi rədd etmək düzgün deyil rəssamlıqda. İkinci bir tərəfdən də, nədən çəkirsən-çək, gözəllik qalmalıdır. XX əsr rəssamlığını bəyənmirəm. Məni sarsıtmır böyük adlar: Pikasso, o birilər, böyük sayılanlar. Tutalım, Salvador Dalilər... Bunlar təzəçidirlər. Təzəçiliyin arxasında sənətin itirdiyi çox şey var. Orada gözəllik itir. Gözəllik olmayan yerdə rəssamlıq yoxdur. Nə qədər Mənaçı olursan-ol, gerçəkliyin özü olmalıdır rəssamlıqda. İdrakın gördüyü də olmalıdır. Gözün gördüyü də olmalıdır. Və gözəllik həddi aşmamalıdır. Təzə bir fəlsəfə yaratdılar, icad elədilər: Eybəcər gözəllik. Bu, böhrandır. Bəli, təzəlik, realizmdən ayrılmaq nöqteyi-nəzərindən XX əsr sənətində tərəqqi var. Amma bu tərəqqi əbədilik nöqteyi-nəzərindən, sənət nöqteyi-nəzərindən, gözəllik nöqteyi-nəzərindən, gerçəklik nöqteyi-nəzərindən sabahsızdır. Mən qəti buna əminəm ki, sabahkılar üz tutacaqlar miniatürə, üz tutacaqlar Leonardo da Vinçiyə, üz tutacaqlar əvvəlkilərə, əsl rəssamlara ki, onlar üçün məna heç də gerçəkliyi ləğv eləmək deyildi.

AZƏRBAYCAN RƏSSAMLIĞI ÖZ FÜZULİSİNİ VERMƏYİB

Azərbaycan rəssamlığının indiki məşhur adamları özlərini tapmayıblar. Onların əsərlərində əsil milli xüsusiyyət yoxdur. Çünki onlar Muğamdan istifadə eləyə bilməyiblər. Füzulinin şəklini çəkiblər, amma Füzuliləşməyiblər, Nəsimiləşməyiblər. Ona görə də onlar bizim musiqinin yanında, bizim ədəbiyyatın yanında sönükdürlər. Bütün hay-küylərinə, o adlarına baxmayaraq. Əgər yaxşı, dərindən tədqiq eləsən, bizim o məşhur rəssamlarımızı, onlar hələ özlərini milli rəssamlar saya bilməzlər. Onlar Qərbdə Qərbçidirlər. Bəli, onların texnikası, yaxşı cəhətləri var və təzəlik eləyirlər. Amma bu, Füzuliyə bərabər təzəlik deyil, Nəsimiyə bərabər təzəlik deyil, “Çahargah”a bərabər təzəlik deyil... Rəssamlıq təzədən məna üstə başlanmalıdır və rəsm miniatür sənətilə Füzulini birləşdirməlidir, Nəsimini birləşdirməlidir. Ədəbiyyatdan öyrənməlidir. Bizim gücümüz ədəbiyyatdadır. Ona görə də mənim rəssamım nisbətən Səttar Bəhlulzadədir. İki cəhət var S.Bəhlulzadədə: nağıllaşdırma gözəl şeydir. Nə yazır-yazsın, nə ifadə eləyir-eləsin, nə çəkirsə-çəksin, hansı çəməni çəkirsə-çəksin – ondan nağıl gəlir. Gözəl xüsusiyyətdir. Millilikdən doğan xüsusiyyətdir. Və ikinci, nədən yazır-yazsın, mahnıya çevrilir. Daxilən musiqidir Səttar Bəhlulzadə. Yüz dənə fikir deyirlər, yazırlar, bu iki fikri deyə bilmirlər. Niyə gəlmisiniz sənətə?!

İşıqlı Atalı: - İstərdim Atamız incəsənətin başqa sahələriylə qısa şəkildə də olsa - heykəltəraşlıqla, xalçaçılıqla, rəqslə, kino ilə bağlı fikirlərini desin.
İnam Ata: - Başlayaq xalçaçılıqdan. Mənim zənnimcə, xalçaçlıq əslində öz mahiyyəti etibarilə İnsanın böyük arzularını, istəklərini rəmzi şəklində ifadə edir. Hardasa o, sənətin gözəl yuxusudur. Mən belə hesab eləyirəm. Necə ki, yuxuda rəmzlər olur. Lakin o, hamısı işıqlı yuxulardır. Xalçaçılıq sənətin yuxuçuluğudur.
Heykəltəraşlıq vasitəsilə İnsana xas olan möhtəşəmlik, qeyri-adilik, daxili birlik ifadə olunur əsas etibarilə. Əgər biz antik sənətə müraciət eləsək, orada əsas o idi. Monumentallıq əslində mənaçılıqdır. Ümumiləşdirilmiş mahiyyət idi Fidi. O ki fəlsəfədə ümumi deyirlər, onu Peraksitel ifadə eləyirdi dahiyanə bir böyüklüklə. Roden əslində heykəltəraşlığın özünə özündən artıq olan cəhət verdi. Onun “Mütəfəkkir”i, “Balzak”ı... Bu iki əsərdə psixologizm, dərinlik var. Dəhşətli daxili dinamizm var ki, əvvəl heykəltəraşlıqda belə şey yox idi. Daş elə sadə söz deyə bilir ki Rodendə, onu əslində musiqi deyə bilirdi, səs deyirdi. Daş səs deyəni deyir artıq. Bu, Rodenin dahiliyidir.
Azərbaycan heykəltəraşlığı hələ ki, istədiyim səviyyədə deyil. Zənnimcə, onun gələcəyi var; mən bizim heykəltəraşlığın bir nöqsanını demək istəyirəm: bu, zahiri effektə çox uymaqdır. Sabirin heykəli çox gözəldir. Burada canlı bir insan, konkret hal var. O biri əsərlərdə də yaxşı cəhətlər var. Məsələn, Füzulinin heykəli. Ancaq ümumiyyətlə, bu pis mənada möhtəşəmlik, effekt, zahirə çox uyma mənim zənnimcə, bizim heykəltəraşlığın nöqsanlarıdır.
Memarlıqda insanın güzəranı, insanın yaşadığı məkan ümumiləşir, mənalaşır, göyləşir. Orada ki, bu yoxdur – orada sənət yoxdur. Burada mühəndislik var. Çox təəssüf ki, mühəndisliklə indi arxitektura bir-birinə bənzəyir.
Mənim zənnimcə, rəqqaslıq nöqteyi-nəzərindən də bizim sənətimiz hələ tam deyil, özünə çatmayıb.

BIZIM RƏQSLƏRIMIZ MAHIYYƏTCƏ, FƏLSƏFƏ OLMALIDIR. Rəqslərimiz hind rəqsləri kimi olmalıdır: hər hərəkətdə bir ruhani məna. Hələlik isə bizim rəqslərdə yalnız döyüşkənlik, ayrı-ayrı səhnələr güclüdür - onun da yaxşı cəhətləri var. Məsələn, “Tərəkəmə” rəqsində çox böyük psixologiya var.
İşıqlı Atalı: - Bəs kino, Mütləqim?
İnam Ata: - Kinonun dahiləri XX əsrdə aydındır. Böyük Fellini ki, onun əsərlərinin mahiyyəti birdir: İnsan dünyada azır, dünya İnsanı qoymur yaşamağa. Və tənhalıq fəlsəfəsi. Məşhur Danimarka kinosu. Bu ikisinin fəlsəfəsində, böyüklüyündə kino özünü tapıb. O ki qaldı Azərbaycan kinosuna, ayrı-ayrı əsərləri var, amma mahiyyət etibarilə müstəqil Azərbaycan kinosu yoxdur. Ümumiyyətlə, Şərq o şeyi ki, özü yaratmır, orada özünü ifadə eləyə bilmir.

İşıqlı Atalı: - Sabahın sənətçilərinə - rəssamlarına, musiqiçilərinə, yazarlarına Ata sözü.
İnam Ata: - Sənətinizi öyrənin, sənətinizi bilin. Yaxşı peşəkar olun. Bunsuz olmaz. Amma bundan artıq olun. İnamçı olun, İdrakçı olun, Mənəviyyatçı olun, İradəçi olun. Bilin ki, Dünya təkcə görünən Dünya deyil. Ondan böyükdür. Bilin ki, Həyat təkcə görünən Həyat deyil. Ondan böyükdür. İlhamınızı bu coşdursun. Bunu itirsəniz, texniki cəhətdən artacaqsınız, amma sənətkar olmayacaqsınız. Sənətkar olmaq üçün gərək İnama çatasan. Sənətkar olmaq üçün dünyanın mənasını izhar eləməlisən. Azdan-çoxdan filosof olmalısınız. Ağır işdir, hər kəsin işi deyil. O da fitrətdir. Sənətin cövhərinə, əzabına qatlaşın ki, Mənaya çata biləsiniz. Elə əsər yazın ki, qalsın. Ondan ötrü gərək Mənaçı olasan. Əgər Mənaçı olmasınız, İnamçı olmasanız, Ruhçu olmasanız, sizin sənətinizlə gerçəklik arasında fərq qalmayacaq. Sənət gerçəkliyi ötmədi, İnama çatmadı – o, sənət deyil. Bu, birinci.
İkinci. Kapitalizm gəlir. Pulçuluq gəlir. Dinçilik gəlir. Hünər lazımdır. O normal, sakit işləmək dövrü qurtardı. Hər addımda siz pulçu görəcəksiniz. Qobsek görəcəksiniz, hər addımda siz Qorio atanın fəlakətini görəcəksiniz. Təzələnmək lazımdır. Nə olubsa, azdır. Qədimlik dünyanın üstündədir, içində deyil.
İşıqlı Atalı: - Atamız var olsun!
İnam Ata: - Qaranlıqlar Yarılsın!

İNAM ATA ILƏ RUHANI TƏMASDA İŞIQLI ATALI IDI

25 Ümid günü, Od ayı, 17-ci il, Bakı (25 iyul, 1995-ci il)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Aprel 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lökbatan yolunda qəza: Ölən var

27 Aprel 2025 21:44see168

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

28 Aprel 2025 04:16see145

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

28 Aprel 2025 00:58see144

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

27 Aprel 2025 13:11see138

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

27 Aprel 2025 19:52see137

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

27 Aprel 2025 22:09see135

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

28 Aprel 2025 00:44see134

KİV: İranda limanında partlayışın səbəbi raket yanacağı üçün maddə olub

27 Aprel 2025 12:52see131

Özgür Özəl: Mühafizəçilərin kameranı bağlaması məcburi bir vəzifədir

28 Aprel 2025 01:19see130

Lill , Oser və Marsel hesablarına 3 xal yazdırıblar

28 Aprel 2025 01:39see129

Mərkəzi Aran bölgəsinin uşaq və gəncləri Mingəçevirdə bir araya gəliblər

28 Aprel 2025 00:40see127

Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama

28 Aprel 2025 00:56see127

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

27 Aprel 2025 23:55see127

Bakı Gəncə sürət qatarına biletlərin qiyməti bilindi CƏDVƏL VİDEO

28 Aprel 2025 00:05see125

9 vərdişdən imtina edin: qarındakı piy bir aya YOX OLACAQ

28 Aprel 2025 02:03see122

“Liverpul”a çempionluq üçün cəmi 1 xal lazımdı

27 Aprel 2025 23:18see119

Kənan Yıldız karyerasında ilk qırmızı vərəqə alıb

27 Aprel 2025 23:57see118

La Liqa: Espanyol evə xalsız qayıtdı

28 Aprel 2025 04:15see117

“Oyunçulara elə tapşırıq olmur ki, geri çəkilsinlər” Elmar Baxşıyev

27 Aprel 2025 21:44see116

ABŞ döyüş təyyarəsi təyyarədaşıyan gəmidən dənizə düşüb

29 Aprel 2025 00:02see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri