Icma.az
close
up
RU
İnanılmaz həqiqət ortaya çıxdı: 5,5 saata çıxarıldı, düz 18 santimetr

İnanılmaz həqiqət ortaya çıxdı: 5,5 saata çıxarıldı, düz 18 santimetr

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şırnakda xiyar parçası udduqdan sonra halsızlanan uşağın, üç il əvvəl nadir rastlanan xəstəlik səbəbilə müalicə olunduğu vaxt açılan damar yolunda qoyulan 18 santimetrlik kateterin bədənində unudulduğu üzə çıxıb.


Sherg.az xəbər verir ki, Şırnakda yaşayan Semra və Mehmet Ötün cütlüyünün oğlu Aram Devran Ötün  piknik zamanı xiyar parçası udduqdan sonra öskürək və qusma şikayətləri ilə xəstəxanaya aparılıb.

Burada edilən rentgen və MRT müayinələrində Aramın bədənində kateterin unudulduğu aşkarlanıb.



Uşaq Diyarbəkirdəki Qazi Yaşargil Təhsil və Araşdırma xəstəxanasının Qadın-Doğum və Uşaq Binasına köçürülüb. Burada keçirilən 5,5 saatlıq əməliyyat nəticəsində 18 santimetrlik kateter çıxarılıb.

Araşdırmalarda kateterin uşağın ürək qapaqlarına və ağciyərlərinə ziyan vurduğu müəyyən edilib.

Aramın valideynləri, övladlarının 2022-ci ilin sentyabrında milyonda bir rast gəlinən Stivens-Cohnson sindromu səbəbilə müalicə aldığı xəstəxana barəsində Diyarbəkir İdarə Məhkəməsinə iddia qaldırıblar.

Dicle Universiteti xəstəxanası da məsələ ilə bağlı inzibati araşdırma başlatıldığını açıqlayıb.


Ana Semra Ötün hadisə gününü belə xatırlayıb:

“Oğlum xiyar parçası uddu və axşama qədər dayanmadan öskürdü. Heç bir şəkildə dayanmadı, qusurdu. Mən şübhələnməyə başladım, çocuğum normal deyildi.”


Gecə saatlarında övladlarını xəstəxanaya apardıqlarını bildirən ana deyib:

“Həkim rentgeni göstərdi. Tel qalmışdı, çox pis bir şəkildə. Təcili yardım həkimi rentgeni göstərib bir tel parçasını bizə izah etdi. Sonra göndərişimizi dərhal Diyarbəkirə verdilər.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri