Icma.az
close
up
RU
“İnanmıram ki, 0:10 bir də təkrarlansın” Şahin Diniyev

“İnanmıram ki, 0:10 bir də təkrarlansın” Şahin Diniyev

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Hər kəsə aydın olan bir oyundur. İstər səviyyə baxımından, istərsə də futbolçuların keyfiyyətinə görə bizi üstələyirlər. Belə oyuna proqnoz vermək də olmur”.

Bu sözləri QOL.az-a açıqlamasında futbol mütəxəssisi Şahin Diniyev deyib.

O, millimizin DÇ-2026-nın seçmə mərhələsində bu gün səfərdə Fransa ilə keçiriləcək oyunu haqda danışıb. Qeyd edib ki, bu cür rəqiblə görüşlərdə nəticə yox, mübarizə aparmaq haqda düşünmək lazımdır:

“Bizim millimizdir, pozitiv olmaq, müsbət məqam tapıb ondan danışmaq istəyirəm. Gəlin etiraf edək ki, biz mübarizə aparmaqdan danışmalıyıq, nəticədən yox. Bir faiz şansımız varsa, ona əsasən danışmalıyam. Fransa millisinin bəzi aparıcı oyunçuları olmayacaq. Müdafiədə etibarlı çıxış etsək, ilk dəqiqələrdən qol buraxmasaq, bu, tədricən rəqibi narahat edə bilər. Ancaq bilirik ki, millimizi çox çətin oyun gözləyir. Düşünürəm ki, keyfiyyət baxımından yox, sadəcə meydandançanın hər qarışı uğrunda savaşmaq və özünü fəda etmək baxımından nəsə edə bilərik”.

Ş.Diniyev Avro-1996-nın seçmə mərhələsində millimizin səfərdə Fransaya 0:10 hesabı ilə məğlub olduğu matçın iştirakçılarındandır. Diniyev 1995-ci ilin sentyabrında Oserdə qeydə alınan nəticənin həyəcanının bu görüşdə də onda olduğunu bildirib:   “Desəm o qorxu yoxdur, yalan olar. Təbii ki, qorxu var. Millimizin səviyyəsi yüksəlsəydi, deyərdik ki, artıq hər şey geridə qaldı, bir daha o cür məğlubiyyət olmaz. Ancaq yenə də inanmıram və istəmirəm ki, o cür hesab qeydə alınsın. Bomba bir yerə bir dəfə düşər. Matçın ilk dəqiqələrində nələr baş verməsindən çox şey asılı olacaq. İlk 10-15 dəqiqə ərzində komandamız təzyiqlərə dözsə, müdafiədə sıx və etibarlı oynasa, elə acınacaqlı hesab qeydə alınmayacaq. Əsas ilk dəqiqələrə dözmək lazımdır. Millimiz 15 dəqiqə ərzində qol buraxmasa, özünəinam yaranacaq. Bir də 60-cı dəqiqədən sonra millimiz yorulmasa, nəyəsə ümid etmək olar. Demirəm qalib gələk, heç-heçə edək, ancaq məğlubiyyət olsa belə, uğurlu mübarizə aparaq və çətin qarşılaşmada şərəflə çıxış edək”.

Qeyd edək ki,  Parisdəki  “Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri