Icma.az
close
up
RU
“İnanmıram ki, 10:0 antirekordu yenilənsin” Ağasəlim Mircavadov

“İnanmıram ki, 10:0 antirekordu yenilənsin” Ağasəlim Mircavadov

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Yığmamız Fernando Santuşun rəhbərliyi altında növbəti məğlubiyyətini yaşadı.

Bu dəfə İslandiyaya 0:5 uduzduq. Qarşıda isə Ukrayna və Fransa ilə oyunlar var. Ukraynaya qarşı necə oynayacaəıq? Fransa ilə oyunda 0:10-luq antirekord yenilənməz ki? Bu sualları Ağasəlim Mircavadova ünvanladıq:

“De Byazi gedəndən sonra Santuş bir tsikl oynatdı. Biz düşünürdük ki, Azərbaycan futbolunu tanımır. Ad-sanlı məşqçidi. Məncə, oyundan-oyuna daha zəif çıxış etdik. Limit ləğv olunmamış elə futbolçuları dəvət edirdi ki, adama qəribə gəlirdi. Standart heyəti var idi. Milliyə gənc futbolçuları çağırmaq lazımdı, amma onlar layiq olmalıdı. Təəssüf ki, əvvəlki nəsil daha yaxşı oynayırdı. Müdafiədə və yarımmüdafiədə ciddi problem var. Hücum? Hücum orta xətdən asılıdı. Yarımmüdafiə hücum üçün vəziyyət yaratmır. Belə heyət düzgün deyildi. Biz oyun başlayan kimi müdafiədə oturduq. Ya rəqib sıxmalıdı ki, müdafiədə qalasan, ya da taktiki baxımdan belə edib, əks-hücuma çıxasan. Bizdə bu da yoxdu axı. İtalyan məşqçi beşli müdafiə oynadırdı, Santuş da niyəsə belə etdi. İkinci hissədə dörd müdafiəçiyə keçirdi. Limitin ləğv olunması uşaqlara pis təsir edir. Heyətə baxanda elə futbolçular var ki, üç turdan birində oynayıb. Nə etmək lazımdı? Bu da ayrı mövzudu. Santuş klub məşqçilərini yığıb, onlara deməliydi ki, “mən belə oynayacam”. Bəlkə də danışıb, amma xəbərim yoxdu. Bu olmalıydı. İnanmıram ki, 10:0 antirekordu yenilənsin. O vaxt başqa idi. Fransa ən güclü 4-5 millidən biridi. Amma onlara qarşı da oynamaq olar. Xarakter lazımdı. Bizim futbolçularda psixoloji problem var. İnam da lazımdı, o da yoxdu”.


MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Sentyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri