Icma.az
close
up
RU
Ağasəlim Mircavadov: “İstədiyimiz “Neftçi” hələ ki, yoxdur”

Ağasəlim Mircavadov: “İstədiyimiz “Neftçi” hələ ki, yoxdur”

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Son tur da göstərdi ki, hazırda çempionatımızda nəinki birinci yer, iki, üç, hətta dördüncü yer uğrunda gərgin mübarizə gedir”.

Bunu İdman.biz-ə futbol məşqçisi Ağasəlim Mircavadov deyib.

O, dünən yekun vurulan Azərbaycan Premyer Liqasında XXIII turu dəyərləndirib. Mütəxəssis bildirib ki, ən yaddaqalan oyun “Neftçi” - “Qarabağ” qarşılaşması olub: “Bu matç göstərdi ki, Ağdam təmsilçisi hələ də çempionatın ən güclüsüdür. Ümumilikdə, oyun keyfiyyətli alındı, əsl derbi kimi keçdi. “Neftçi” oyuna yaxşı başladı, təxminən ilk 15-20 dəqiqəni “Qarabağ” oynamağa imkan vermədi. Görünür, Kevin Medinanın qırmızı vərəqə almasından sonra arxayınlaşdılar. Halbuki adətən azlıqda qalan komanda birləşir və ikiqat mübarizə aparır. “Qarabağ”ın oyunçuları keyfiyyətlidir və ən əsası orta xətti çox güclüdür. Orta xətt oyunu apara bilir, onları topsuz qoysan, bu başqa məsələ. Biri var, komanda rəqibi oynamağa qoymasın, ancaq özü oynasın. Biri də var, nə rəqibə imkan versin, nə də özü yaxşı oyun nümayiş etdirsin. “Neftçi” bu istiqamətdə çox işlər görməlidir. İstənilən halda, “ağ qaralar” bu oyunda kifayət qədər yaxşı mübarizə apardı. Ancaq istədiyimiz “Neftçi” hələ ki, yoxdur”.

Mircavadovun sözlərinə görə, turun digər oyunları da kifayət qədər maraqlı alınıb: “Turnir cədvəlində komandaların xallar bir-birindən çox da fərqlənmir. Bir xal uğrunda belə gərgin mübarizə gedir. Axır vaxtlar “Araz Naxçıvan”ın oyunu xoşuma gəlir. Ancaq sırf son turdan danışırıqsa, “Zirə” hamısını üstələyir. Komandanın oyun keyfiyyətində ciddi artım görünür və hiss olunur ki, rəhbərlik düzgün yoldadır. Turnir cədvəlində son yerlərdə qərarlaşan “Kəpəz” və “Səbail”in də hazırki durumunun yaxşı olmadığını deyə bilmərəm. Məsələn, “Səbail” “Sabah”la çox yaxşı oynadı. Hətta sonda qol vəziyyətindən istifadə edə bilsəydilər, oyunu aparacaqdılar. “Kəpəz” də “Şamaxı”ya qarşı yaxşı oyun nümayiş etdirdi. Bir sözlə, son tur kifayət qədər gərgin keçdi”.

Qeyd edək ki, 23 turdan sonra Premyer Liqada “Qarabağ” 56 xalla birinci, “Səbail” isə 17 xala sonuncu yerdə qərarlaşıb.

Aytac Sahəd
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Fevral 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri