Icma.az
close
up
RU
İncəsənət nümayəndələri nəyə əsasən ailə məsləhətləri verirlər?

İncəsənət nümayəndələri nəyə əsasən ailə məsləhətləri verirlər?

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Oğlan və qızın ailə qurmazdan əvvəl bir-birini tanıması təbii və zəruri prosesdir. Onların xasiyyətlərinə, düşüncə tərzinə və həyat baxışlarına yaxından bələd olmaları gələcək ailə həyatının uğurlu olması üçün vacib hesab edilir. Psixoloji baxımdan bu tanışlıq dövrünün müəyyən çərçivədə olması daha məqsədəuyğundur və təxminən 5 ay müddət kifayət hesab edilir. Bu müddət ərzində tərəflər bir-birini daha dərindən tanıyaraq evlilik barədə daha düzgün qərar verə bilərlər. Bu proses yalnız məsuliyyətli münasibət çərçivəsində olmalı, sadəcə keçici münasibət və ya flört xarakteri daşımamalıdır”.


Bunu ilahiyyatçı, hacı Mircəfər Əyyubov Demokrat.az-a açıqlamasında deyib. 
O qeyd edib ki, İslam baxımından da tərəflərin bir-birini tanıması müəyyən qaydalar daxilində mümkündür:
“Qızın yaxın ailə üzvlərinin iştirakı ilə görüşlərin keçirilməsi və ya oğlanın öz qadın qohumları vasitəsilə qız haqqında daha geniş məlumat əldə etməsi kimi hallar şəriət çərçivəsində qəbul edilə bilər. Burada əsas şərt qızın hörmət və təhlükəsizliyinin qorunmasıdır. Lakin bu imkanların yanlış şəkildə şərh edilərək sərbəst münasibətlərin legitimləşdirilməsi düzgün hesab edilmir. Belə mövzuların ictimai müzakirəsində hər kəsin öz səlahiyyət sahəsi nəzərə alınmalıdır”. 
O deyib ki, ailə, din və münasibətlər kimi mövzular üzrə əsas rəy verənlər mütəxəssislər psixoloqlar, sosioloqlar və dini bilik sahibləri olmalıdır:
“İncəsənət nümayəndələrinin bu mövzularda fikir bildirməsi isə bəzən düzgün anlaşılmayan müzakirələrə səbəb ola bilər. İncəsənət nümayəndələri başımız, gözümüz üstə, öz yerlərində, öz mövqeləri möhtərəmdir, amma durub ailə məsləhətləri vermələri nəyə əsasəndir? Ümumiyyətlə, belə insanlardan müsahibə alanlar niyə onların peşəsinə aid olmayan mövzular barədə müsahibə alırlar ki, bu problem üzə çıxsın? Hər kəsin öz işi var. Bundan başqa, sosial şəbəkələrin gənclərin tərbiyə və düşüncə sisteminə təsiri də xüsusi olaraq qeyd edilir. Bu təsirlər bəzən ailə institutuna mənfi nəticələr yaradır və gənclərin düzgün istiqamətlənməsini çətinləşdirir. Qərb ölkələrində tətbiq olunan ailə psixoloqu və ya ailə məsləhətçisi modelinə də toxunulur. Təklif edilir ki, hər ailənin və ya bir neçə ailənin ortaq məsləhətçisi olsun. Bu şəxs gənclərə düzgün istiqamət verməklə yanaşı, onların bir-birini daha sağlam şəkildə tanımasına, yanlış seçimlərin və sonradan yaranan boşanmaların qarşısının alınmasına kömək edə bilər”.
Qeyd edək ki, ailə dəyərləri və gənclərin evliliyə yanaşması ilə bağlı səsləndirilən fikirlər yenidən ictimai müzakirələrə səbəb olub. Xalq artisti Xalidə Quliyevanın gənclərin ailə qurmadan əvvəl bir müddət birlikdə yaşaması ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə və cəmiyyətdə birmənalı qarşılanmayıb. Sənətkar hesab edir ki, gənc oğlan və qız ailə qurmazdan əvvəl bir-birini daha yaxından tanımalı, müəyyən müddət eyni həyatı paylaşmalıdır. Onun sözlərinə görə, bu, gələcəkdə qurulacaq ailənin daha sağlam və davamlı olmasına kömək edə bilər.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 İyun 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri