Icma.az
close
up
RU
İncidim ki, atan yaşındayam, üstümə niyə qışqırırsan?

İncidim ki, atan yaşındayam, üstümə niyə qışqırırsan?

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Vətəndaş A” serialına görə çox sevinirəm. İşimdən yox, ümumiyyətlə, ekran əsərindən böyük zövq alıram. Deyim ki, bu uğur gözlənilməz oldu?! Xeyr! Əməlli-başlı iş prossesi gedirdi. Serialın rejissoru Elvin Rüstəmzadə aktyorlarla iş aparırdı, o bizdən tamam başqa şeylər tələb edirdi. Hətta məşqlərdən birində ondan incidim ki, atan yaşında kişiyəm, sən mənim üstümə niyə qışqırırsan? Oturduq, fikirləşdik. Başa düşdüm ki, o nə istəyir. Sonra gördüm ki, bu adam aktyorları həqiqətən də çox istəyir”.

Ölkə.Az xəbər verir ki, bunu Medianews.az-a açıqlamasında Xalq artisti Şamil Süleymanlı deyib.

O qeyd edib ki, əgər bir rejissor aktyoru çox istəmirsə, orada heç bir yaradıcılıqdan söhbət gedə bilməz: “Mən Elvini öz oğlum kimi çox istəyirəm. O da elə bizi çox istəyir. Əgər bir rejissor aktyoru çox istəmirsə, orada heç bir yaradıcılıqdan söhbət gedə bilməz. Nə etsən də alınmaz. Hələ ki, mənim ürəyimdən tikan çıxardan bircə bu serialdır. Ekran işi Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilib. Görün o Cəfər Cabbarlını necə müasirləşdirib?! Klassik əsərlərin müasirləşdirilməsini çox vaxt qəbul edə bilmirəm. Görün ssenarist Asiman Ağa Rövşən orada yaxşı mənada nə oyun çıxarıb! O bizim gənc, perspektivli aktyorumuzdur. Onun atası da gözəl, istedadlı yazıçı idi. Tərbiyə həmişə var. Ona görə də o gözəl yazıb. Mən əynimə nimdaş geyinib küçələrdə gəzməyi xoşlayıram. Çörək almağa gedəndə də gərək saçını darayasan, əyninə qəşəng şeylər geyinəsən. Axı aktyorsan! Məndə belə şey heç vaxt olmayıb. Şəpiyimi sürütdəyə-sürütdəyə gedib çörəyi alıb gəlmişəm. Mən indiyə qədər bilməmişəm ki, mənə baxırlar ya yox?! Amma son bu ekran əsərindən sonra yolda gedə bilmirəm. Avtomobilləri saxlayıb soruşurlar ki, bu serialın axırı necə olacaq?! Mənim o mənfi roluma görə o qədər söyüşlər söyürlər ki.. Mən indi başa düşmüşəm ki, aktyorlar mənfi rolu niyə xoşlamır? Söyüşdür, ee... (gülür)”

Şamil Süleymanlı bildirib ki, ona yenə film təklifləri gəlib: “Bu yaxınlarda Əlixan Rəcəbovun “Səriyyə” adlı filminin təqdimatı baş tutdu. Təqdimata gedə bilmədim. O gündən bəri özümü o qədər pis hiss edirəm ki... “Səriyyə” filmində oğlanın atası roluna çəkilmişəm. Hələ ki, ataları oynayıram. Babaya bir az qalıb. Bir dəvət də almışam, buna hələ ki hazırlaşıram. Bir yeni iş də yeni illə bağlıdır. Mədəniyyət Nazirliyinin sifarişi ilə gənc rejissor bir yeni layihəyə edəcək, bir aya çəkilişlər başlayacaq. Əsas mənim üçün bu işdir”.

Şamil Süleymanlı doğma yurdu Şuşadan da danışıb və arzusunu dilə gətirib: “Bəxtim onda gətirib ki, hara gediriksə, Şuşaya girən kimi bizim evin yanından keçirik. Avtobuslar dayanan kimi, birinci növbədə zəmbilimi yerə qoymamış qaçıb evimizə baxıram. Mənimlə birlikdə dostlar da gedirlər. Maraqlısı burasındadır ki, ad günümdə mənə ən böyük hədiyyəni Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyev verdi. Şəhərimiz bizdədir ee! Bunu unutmaq lazım deyil. Birinci dəfə Şuşaya gedəndə elə bildim ki, balacalaşıb. İndi bilirsiniz nə boydadır Şuşa? Şuşada gecə-gündüz iş gedir. Hoteldə qalanda səhərə qədər səs-küy əlindən yatmaq olmur. Şuşada gecə sən rahat gəzə bilərsən. Böyük projektorların altında iş gedir, şəhəri yenidən tikirlər. Hər dəfə gedəndə adam çaşıb qalır. Siyahıya da alınmışıq. İnanın ki, hələ də eyforiyadayam! Hər dəfə ora gedəndə elə bilirəm ki, başqa ölkədəyəm. Başqa bir dünyadayam. Cıdır düzünün qabağında kim evini fikirləşə bilər ki, oğlum?! Səhv etmirəmsə işğal vaxtı Polad Bülbüloğlu və Fərhad Bədəlbəyli böyük bir ziyalı qrupu ilə Şuşaya getmişdilər. Cıdır düzünə getmək istəyəndə ermənilər onları buraxmamışdılar. Elə bil Şuşa bunların dədələrinindir! Bu hadisə Fərhad Bədəlbəyliyə pis təsir etmişdi. İndi Cıdır düzünə gedirsən, düşünürsən ki, Şuşa ayrı gözəldir, Cıdır düzü ayrı. 17 məhəllə var. Şuşa başqa bir dünyadır. Ən böyük arzum Şuşada filmə çəkilməkdir. Orada bir filmə çəkilsəydim missiyamı yerinə yetirmiş olardım”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Dekabr 2024 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri