Icma.az
close
up
RU
“Məşqlərdən birində rejissordan incidim ki, atan yaşındayam, üstümə niyə qışqırırsan?” Xalq artistindən AÇIQLAMA

“Məşqlərdən birində rejissordan incidim ki, atan yaşındayam, üstümə niyə qışqırırsan?” Xalq artistindən AÇIQLAMA

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“Vətəndaş A” serialına görə çox sevinirəm. İşimdən yox, ümumiyyətlə ekran əsərindən böyük zövq alıram. Deyim ki, bu uğur gözlənilməz oldu?! Xeyr! Əməlli-başlı iş prossesi gedirdi. Serialın rejissoru Elvin Rüstəmzadə aktyorlarla iş aparırdı, o bizdən tamam başqa şeylər tələb edirdi. Hətta məşqlərdən birində ondan incidim ki, atan yaşında kişiyəm, sən mənim üstümə niyə qışqırırsan? Oturduq, fikirləşdik. Başa düşdüm ki, o nə istəyir. Sonra gördüm ki, bu adam aktyorları həqiqətən də çox istəyir”.

Bunu Medianews.az-a açıqlamasında Xalq artisti Şamil Süleymanlı deyib.

O qeyd edib ki, əgər bir rejissor aktyoru çox istəmirsə, orada heç bir yaradıcılıqdan söhbət gedə bilməz: “Mən Elvini öz oğlum kimi çox istəyirəm. O da elə bizi çox istəyir. Əgər bir rejissor aktyoru çox istəmirsə, orada heç bir yaradıcılıqdan söhbət gedə bilməz. Nə etsən də alınmaz. Hələ ki, mənim ürəyimdən tikan çıxardan bircə bu serialdır. Ekran işi Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilib. Görün o Cəfər Cabbarlını necə müasirləşdirib?! Klassik əsərlərin müasirləşdirilməsini çox vaxt qəbul edə bilmirəm. Görün ssenarist Asiman Ağa Rövşən orada yaxşı mənada nə oyun çıxarıb! O bizim gənc, perspektivli aktyorumuzdur. Onun atası da gözəl, istedadlı yazıçı idi. Tərbiyə həmişə var. Ona görə də o gözəl yazıb. Mən əynimə nimdaş geyinib küçələrdə gəzməyi xoşlayıram. Çörək almağa gedəndə də gərək saçını darayasan, əyninə qəşəng şeylər geyinəsən. Axı aktyorsan! Məndə belə şey heç vaxt olmayıb. Şəpiyimi sürütdəyə-sürütdəyə gedib çörəyi alıb gəlmişəm. Mən indiyə qədər bilməmişəm ki, mənə baxırlar ya yox?! Amma son bu ekran əsərindən sonra yolda gedə bilmirəm. Avtomobilləri saxlayıb soruşurlar ki, bu serialın axırı necə olacaq?! Mənim o mənfi roluma görə o qədər söyüşlər söyürlər ki.. Mən indi başa düşmüşəm ki, aktyorlar mənfi rolu niyə xoşlamır? Söyüşdür ee.. (gülür)”.

Şamil Süleymanlı bildirib ki, ona yenə film təklifləri gəlib: “Bu yaxınlarda Əlixan Rəcəbovun “Səriyyə” adlı filminin təqdimatı baş tutdu. Təqdimata gedə bilmədim. O gündən bəri özümü o qədər pis hiss edirəm ki.. “Səriyyə” filmində oğlanın atası roluna çəkilmişəm. Hələ ki, ataları oynayıram. Babaya bir az qalıb. Bir dəvət də almışam, buna hələ ki, hazırlaşıram. Bir yeni iş də yeni illə bağlıdır. Mədəniyyət Nazirliyinin sifarişi ilə gənc rejissor bir yeni layihəyə edəcək, bir aya çəkilişlər başlayacaq. Əsas mənim üçün bu işdir”.

Şamil Süleymanlı doğma yurdu Şuşadan da danışıb və arzusunu dilə gətirib: “Bəxtim onda gətirib ki, hara gediriksə Şuşaya girən kimi bizim evin yanından keçirik. Avtobuslar dayanan kimi, birinci növbədə zəmbilimi yerə qoymamış qaçıb evimizə baxıram. Mənimlə birlikdə dostlar da gedirlər. Maraqlısı burasındadır ki, ad günümdə mənə ən böyük hədiyyəni Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyev verdi. Şəhərimiz bizdədir ee! Bunu unutmaq lazım deyil. Birinci dəfə Şuşaya gedəndə elə bildim ki, balacalaşıb. İndi bilirsiniz nə boydadır Şuşa? Şuşada gecə-gündüz iş gedir. Hoteldə qalanda səhərə qədər səs-küy əlindən yatmaq olmur. Şuşada gecə sən rahat gəzə bilərsən. Böyük projektorların altında iş gedir, şəhəri yenidən tikirlər. Hər dəfə gedəndə adam çaşıb qalır. Siyahıya da alınmışıq. İnanın ki, hələ də eyforiyadayam! Hər dəfə ora gedəndə elə bilirəm ki, başqa ölkədəyəm. Başqa bir dünyadayam. Cıdır düzünün qabağında kim evini fikirləşə bilər ki, oğlum?! Səhv etmirəmsə işğal vaxtı Polad Bülbüloğlu və Fərhad Bədəlbəyli böyük bir ziyalı qrupu ilə Şuşaya getmişdilər. Cıdır düzünə getmək istəyəndə ermənilər onları buraxmamışdılar. Elə bil Şuşa bunların dədələrinindir! Bu hadisə Fərhad Bədəlbəyliyə pis təsir etmişdi. İndi Cıdır düzünə gedirsən, düşünürsən ki, Şuşa ayrı gözəldir, Cıdır düzü ayrı. 17 məhəllə var. Şuşa başqa bir dünyadır. Ən böyük arzum Şuşada filmə çəkilməkdir. Orada bir filmə çəkilsəydim missiyamı yerinə yetirmiş olardım”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see328

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see266

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see240

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see205

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see177

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see147

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see135

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see129

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see129

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see127

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see127

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see127

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see126

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see124

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see124

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see123

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri