Icma.az
close
up
RU
İndi bu müəllimi necə müdafiə edək?

İndi bu müəllimi necə müdafiə edək?

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Elə istəyərdim ki, iki gündür səs yazısı sosial şəbəkələri dolaşan məktəb direktorunu - müəllimi müdafiə edim. Axı müəllimə hər zaman borcluyuq. Bu gün əldə etdiyimiz hər bir uğur, çox vaxt onların bizə öyrətdiklərinin nəticəsi olur. Amma etiraf edək: zaman dəyişib, müəllimlərin dünyaya və problemlərə yanaşması da.

Rüşvət almaq, vəzifədən sui-istifadə edib kimdənsə pul tələb etmək - istənilən cəmiyyətdə pis hərəkətdir. Hüququn aliliyi prinsipinin işlədiyi yerlərdə belə əməllər ciddi şəkildə cəzalandırılır. Elə cəzalandırılır ki, bunu görən qonşu, qohum, tanış da nəticə çıxarır, eyni səhvi təkrarlamır. Amma bizdə hələ də yazılmamış qanunlar yazılı qanunlardan daha müqəddəs sayılır. Onları pozmağa cəsarət etmirik, çünki bəzən ləyaqətlə yaşamaqdan daha çox “uyğunlaşmaqla” yaşamağa üstünlük veririk.

Rüşvət almaq da, vermək də insanı gözükölgəli edir. Şagirdindən pul alan müəllimə hansı uşaq ürəklə hörmət edər ki? Elə dəyərlər var ki, onları pula dəyişmək olmaz. Bir dəfə dəyişdinmi, artıq geri dönüş yoxdur - özünə maddi qiymət qoymuş olursan. Halbuki mənəvi dəyərlərin nə qiyməti var, nə də əvəzi. Dünyada pula satılan şeylər var, bir də heç vaxt satılmamalı olanlar.

Öz-özümə suallar verirəm: görəsən, hansı məktəb direktoru valideynlərdən pul tələb etmir ki? 

Bəs toplanan o pullar hara gedir, kimlərin cibinə axır? 

Bu yığımlar aylıqdır, rüblükdür, yoxsa illik bir sistemə çevrilib?

Bir də düşünürəm: müəllimlərin maaşı bu qədər aşağı olmasaydı, – məsələn, iki-üç qat artırılsaydı – təhsil müəssisələrində bu cür pul söhbətləri yığışa bilərdimi?

Əslində bu sualları da, bax bu yerə qədər yazdıqlarımı da boş-boş şeylər hesab etmək mümkündür. Məsələn, deyə bilərsiniz ki, guya başqa bütün sahələrdə güllük-gülüstanlıqdırmı? Haqlısınız! Hələ yenə də ən abırlısı təhsil müəssisələridir. 15-20 manatla məsələlər həll olunur. Biz balaca məsələlərə diqqət yetirməyə həvəskarıq. Ona görə yox ki, bu balaca məsələlər daha vacibdir. Balaca məsələlər sadəcə təhlükəsizdir. Ona görə də belə məsələlərdən yazıb-yazıb fil düzəldirik. Saytların kriminal bölmələrindəki xəbərlərə göz yetirin. Hər gün bir neçə keçmiş məmurun məhkəmə işi haqda reportajlar yayımlanır. Orada korrupsiya, rüşvətin məbləği təhsil müəssisələrindəki rüşvət dediyimiz məbləğin min qatı olur. Amma nədənsə bunların heç birindən vaxtında – yəni o məmur vəzifədə olanda xəbər tutmuruq, məlumat yaymırıq. Guya vaxtında xəbər tutsaq, nə olacaqdı ki?

Deməyim odur ki, elə bir dünya yoxdur ki, bir sahədə korrupsiya tüğyan etsin, digər sahələr isə mələk yuvasına çevrilsin. Bu elə bir bəladır ki, əgər varsa, hər yanda var. Yoxdursa, nə xoş halımıza, amma bu artıq nağıllar aləmidir.

Hə... Bir də o yazılmamış, amma hamının bildiyi bir qayda var axı: başqalarından pul tələb edənlərin özündən də kimsə nələrsə tələb edir. Zəncir belə işləyir. Hayla gəlir, huyla gedir. Olan da, həmişəki kimi, arada ehtiyatsızlıq edənlərə olur – qurbanlar dəyişir, sistem qalır.

Elnur Məmmədli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 May 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri