Icma.az
close
up
RU
İndi biz nə edək?.. FELYETON

İndi biz nə edək?.. FELYETON

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

-Həqiqətən, indi biz nə edək? Nə edəcəyik ki, papağımızı qoyaq qarşımıza fikirləşək.

-Nə fikirləşək?

-Nə fikirləşəcəyik ki? Ən vacib olanı.

-Niyə ən vacibi nədir ki?

-Ən vacibi uşaqlarımızın tərbiyəsidi.

-Mən də fikirləşirəm ki, nə deyəcəksən. Uşaqlarımızın tərbiyəsinə nə olub ki?

-Nə olub? Bilmirsən nə olub? O olub ki, indi elə uşaqlarımız var ki, məktəblərdə min bir hoqqadan çıxırlar. Dərsi pozur, müəllimi saymır, dil deyir, tərbiyəsizlik edirlər.

-Əstəğfürullah. Mənim uşağım əsla bunu etməz. Mənim nəzarətin daim onun üstündədir. Sən bu söhbəti qonşum Həsənin yanında aç.

-Həsən kişi, indi biz nə edək?

- Nəyi nə edək, a bala?

-Deyirəm bəlkə bu uşaqlarımıza bir az tərbiyə verək?

-Nə olub ki, uşaqlarımızın tərbiyəsinə? Heç onlardan tərbiyəli uşaq var? Get gör xalxın uşaqları nə oyundan çıxır. Odur ey, Hüseynin uşaqları. Deyir böyük oğlu o gün məktəbdə az qalırmış müəllimi döysün.

-Hüseyn əmi, indi biz nə edək?

-Nəyi nə edək, açıq danış görək!

-Bu uşaqlarımıza bir az tərbiyə vermək lazımdır. Məktəbədək yolda çantaları ilə futbol oynayırlar. Məktəbdə səs-küy yaradırlar. Bir-birilərinə kitab-dəftər çırpırlar. Tənəffüzdə məktəbin dəhlizləri dağılır. Müəllimlər giley edir. Dərsi pozurlar. Uşaqların elm və tərbiyə öyrənməsinə mane olurlar.

-Mənə niyə deyirsən bu sözləri? Məgər mənim övladlarım sənin dediklərinin birini edərsə, basıb gözlərini oymaram? Mənim tərbiyəm tərbiyədir ey... Sən ünvanı səhv salmısan, get mənim qonşum Valehə de bu sözləri. O gün oğlu dərsdə ayağını qaldırıb qoyubmuş partanın üstünə, müəllim də endirə bilməyib.

-Valeh əmi, indi biz nə edək?

-Suala bax, nəyi nə edək?

-Deyirəm bəlkə uşaqlarımıza azacıq tərbiyə verək. Deyəsən çox əzizləmişik bunları, məktəbdə özlərini tamamilə itirirlər. Nə etdiklərini bilmirlər.

-Mənim uşaqlarım... Mənim uşaqlarım haqda deyirsən bunları? Ayıb olsun sənə. Mənim övladlarımın tərbiyəsindən bütün məktəb danışır. Buna bax, get, birinci öz uşaqlarını tərbiyə elə. Bir də qonşun var ey, Nəsib, onunla danış bu barədə. Qızı müəllimlə dil-dil ötür. Bir sözün qarşısına beşini deyir.

-Nəsib qardaş, nə var, nə yox. Görəsən indi biz nə edək?

-Nə edəcəyik ki... Nə lazımdır, onu edək. Neçə ildir qonşuyuq, hansı işdən kənar qalmışıq ki? Sadəcə belə başa düşmürəm ey, nə istəyirsən?

-Nəsib qardaş, istəyim odur ki, uşaqlarımıza bir az tərbiyə verək. Məktəblərdə lazımsız hərəkət edirlər. Müəllimlərin canını boğazına yığırlar. Çəkil o yana, demək olmur, valideynlər hücum çəkir məktəbə, müəllimləri internetə çıxarır, ağızlarına gələni danışırlar. Belə olmaz axı, başqa uşaqların da dərsini pozur, tərbiyələrinə təsir edirlər.

-Dayan, dayan, bunları mənə niyə deyirsən? Bəyəm mənim uşaqlarım haqqında nə isə eşitmisən? Kimin uşağının tərbiyəsi yoxdur, getsin əziyyət çəksin, tərbiyəsini versin. Mənim uşaqlarımı bütün el-aləm tanıyır, hamı onların başına and içir. Bura bax, sənin xətrini bir qonşu kimi istəyirəm. Belə sözlər danışma, xətrinə dəyərəm. Uşaqlar görməmisən ey, odur, Cəfərin uşaqları, tərbiyə nədir, bilmirlər. Sən Cəfərə ver bu sualı.

-Cəfər əmi, indi biz nə edək?

-Nə etməliyik ki?

-Uşaqlarımızla məşğul olaq. Onlara vaxt ayıraq, deyirəm. Bu uşaqlar tamam ağ edirlər, vallah. A kişi, sizin dövrünüzdə uşaq müəllimlə bu cür davranardı heç? Hörmət vardı, sayğı vardı. Uşağın uşaq yeri vardı, müəllimin müəllim yeri vardı. İndi bəzi uşaqlar heç bilmirlər ki, nə hərəkət edir, nə danışırlar. Deyirəm, biz üzərimizə düşəni edək. Uşaqlarımıza tərbiyə verək. Onları başa salaq. Axı bizim mentalitetimiz, ənənələrimiz var. Bu uşaqların hərəkətləri bunların heç birinə sığmır axı...

-Gözləməzdim səndən. Çox incidim. Özgəsi olsaydın, salardım səni şillə-şapalağın altına. Deyərdim ki, sən kimsən ki, mənim uşaqlarım haqqında belə danışırsan, niyə tanımırsan onları? Peyğəmbər övladı kimi uşaqlardı. Dilləri yox, ağızları yox. Oxumaqdan heç başlarını qaldırırlar ki, bilələr də ki, şuluq nədir? Həqiqətən qəlbimə qəydin. Əsla gözləməzdim səndən. Yenə deyirəm, başqası olsaydı, indi çoxdan ağzımı açıb, gözümü yummuşdum. Heç kim mənim övladlarımı dilinə gətirib, onların haqqında söz söyləyə bilməz. Mən buna icazə vermərəm. Onları mən tərbiyə etmişəm. Mənə də oxşayırlar. Heç bir artıq hərəkətləri ola bilməz. Bunu sənə müəllimlər deyirlərsə, yalan danışırlar. Günah onların özlərindədir. Dayan, qoyacağam ayağımı o məktəbə. O müəllimlərin başına bir oyun açım ki, atalarının toyu yadlarına düşsün. Yəqin onlar yuxularını sayıqlayıblar sənə. Yox, mənim uşaqlarımı kimlərləsə qarışdırıblar. Nə yaxşı Cavadın, Mürsəlin, Pənahın uşaqlarını demirlər, mənimkiləri deyirlər? Lənət şeytana... Sən get onlara ver bu sualını, bildin, onlara...

***

Hə, anladım, həm də yaxşı anladım ki, məktəblərdə bəzi uşaqlar niyə at oynadırlar...

Lakin hələ də sualıma cavab tapa bilməmişəm: indi biz nə edək?

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyun 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri