Icma.az
close
up
RU
“İndi əxlaqı olmayan insanlara üstünlük verilir” Psixoloqdan heyrətamiz sözlər...

“İndi əxlaqı olmayan insanlara üstünlük verilir” Psixoloqdan heyrətamiz sözlər...

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər ölkəmizdəki gənclərin evliliyə marağı kəskin şəkildə azalıb. İstər subay qızlarımız, istərsə də oğlanlar demək olar ki, ailə qurmaqdan boyun qaçırır. 

Gənclərimizin yaşı artdıqca bu məsələ onlardan daha da uzaqlaşır. Adətən belə məqamlarda sosial səbəbləri ön plana çəkənlər olur. Ancaq belə problemlərin təməlində psixoloji faktorlar daha çox təsiredici olur. Bəs gənclərin ailə qurmaqdan çəkinməsi və ya bu prosesi gecikdirməsində münasibətlərə olan güvən məsələsinin nə dərəcədə rolu var?

Ölkə.az xəbər verir ki, “Yeni Sabah”a danışan Psixoloq Vüsalə Rüstəm gənclərin evlilik fobiyasının əsl səbəblərinə belə aydınlıq gətirib:

“Gənclərin gənc yaşda nigaha girməməsinin bir neçə səbəbi vardır. Sosial problemlər, cəmiyyətdə baş verən sürətli təbəqələşmə, mənəvi dəyərlərin aşınması, güvən hissinin olmaması və s. 

Ailə dövlətin sütunu hesab olunan dəyərlərdən ən əsasıdır. Yaxın keçmişdə sosial vəziyyət demək olar ki, eyni idi. İnsanlar evləndikdən sonra hansısa zavod və fabrikdə işləyərək və ya əkiz övladları olduqdan sonra evlə təmin olunurdular. Mühit elə qurulmuşdu ki, çox az insanın nəyəsə ehtiyacı ola bilərdi. İnsanlar maddiyyata bağlı olmadan mənəvi saf həyatlarını yaşayır, qarşısına çıxan insanın səmimiliyinə, sözünə etibar edərək onunla evlənirdirdilər. 

Bu o demək deyildi ki, hər kəs yaxşı insan idi. Kapitalizmə qoyduğumuz qədəmlərlə insanlarımız sıxışan kimi daxilində gizlənən neqativləri üzə çıxarmağa başladı. Aydınlıq üçün deyim ki, hər kəsin daxilində mənfi və müsbət xüsusiyyətləri vardır. Düşdüyü şəraitə uyğun insan o xüsusiyyətləri üzə çıxarır. Şəxsiyyəti tam olmayan insanlar isə düşdüyü çətinlik qarşısında aciz qalır, mənfi yollara və həyata meyllənir. 

Madiyyatın əsas olduğu dönəmlərdə insani keyfiyyətlər arxa plana keçir, kobud dillə desək hər şey pula alınıb, satılır. Heç kim qonşusunun sadə həyat keçirən, kasıb savadlı, ağıllı həkim qızı ilə evlənmək istəmir. Hər kəs varlı həyat arzulayır, varlı amma əxlaqı olmayan insanlara üstünlük verilir. Bu zaman ən pisi baş verir. Boşanmalar çoxalır, cəmiyyət travmalı, tək uşaqlarla dolu olur. Güvən sarsılır, neqativ hekayələr çoxalır, boşanıb aliment istəyən qadınlar evlənmək yaşına çatan gənc oğlanların qorxulu yuxusunu çevrilir. İnamın itməsi, çox insanın normal həyat tərzi yaşamaması nigaha girən gəncləri qorxutmağa başlayır”.

Psixoloq vurğulayıb ki, insan qorxduğu zaman bütün proseslər ləngiyir:

“Saf sevgi və qarşılıqlı hörmət əsnasında qurulan ailələr azalır. Hər kəsi maddiyyat düşündürür. Maddiyyatı əldə etmiş bir kişi isə mənəvi zəngin qadın tapa bilmir. Pulun madiyyatın  hakim olduğu bütün dönəmlər insani duyğular - sevgi, hörmət, dostluq yox olur, onu yalançı münasibətlər əvəzləyir. Sonda nə baş verir? Cəmiyyət tənhalaşmış və ünsiyyət qurmaqdan qorxan kişi və qadınlardan ibarət olur. Bu isə cəmiyyətdə aqressiya yaradır. Sevgisiz və ailəsiz insan kobudlaşır, mərhəmət hissini itirir, depressiv olur. Ailə dəyərlərinin yox olması, zədələnməsi gələcək üçün ürəkaçan hadisələr vəd etmir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Fevral 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri