Icma.az
close
up
RU
İndi istedadlı gənclər xaricdə oxumağa üstünlük verir

İndi istedadlı gənclər xaricdə oxumağa üstünlük verir

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 Görünür, xaricdə təhsilin yaratdığı prestijli imic, dil biliyi, həm də geniş karyera imkanları gənclər üçün daha cəlbedicidir


Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Son illərdə Azərbaycan gənclərinin xaricdə təhsilə marağı nəzərəçarpacaq dərəcədə artıb. Bu meyl həm fərdi təşəbbüslərlə, həm də dövlət dəstəyi ilə həyata keçirilən proqramlarla daha da güclənir. 2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində yüzlərlə azərbaycanlı gənc dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə edib. Proqram iştirakçıları arasında “Stanford University”, “Massachusetts Institute of Technology”, “University of Oxford”, “Harvard University” kimi ali təhsil müəssisələrində oxuyacaq tələbələrin olması ölkəmizin intellektual potensialının qlobal miqyasda inkişafına xidmət edir.


Xatırladaq ki, 2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 356 magistratura və 19 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 160 nəfəri “universitetlər üzrə top 10”da yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bunlar sırasında "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, Berkeley", "ETH Zurich", "University of Oxford", "Harvard University", "Yale University" kimi nüfuzlu ali təhsil müəssisələri yer alır.


Təhsil eksperti, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri Əmrah Həsənli bu tendensiyanı şərh edərkən həm müsbət, həm də narahatedici məqamları diqqətə çatdırıb. Ekspertin sözlərinə görə, xaricdə təhsilə artan maraq qloballaşmanın, informasiya əlçatanlığının və beynəlxalq imkanların genişlənməsinin təbii nəticəsidir. Lakin bu axının arxasında bəzən təhsilə dair qeyri-real yanaşmalar dayanır: 


“Bu istiqamətdə atılan addımların bir qismi təhsil motivasiyasına deyil, sosial və psixoloji təzyiqlərə əsaslanır. Təəssüf ki, bəzən xaricdə təhsil məqsədyönlü plan yox, sadəcə bir çıxış yolu kimi seçilir. Bəzən valideynlərin “uşağım xaricdə oxusun” arzusu, ətraf mühitin gözləntiləri, bəzənsə sadəcə sosial mediada “müasir və uğurlu görünmək” ehtiyacı gəncləri düşünmədən qərar verməyə vadar edir. Bu zaman gənc öz maraqlarını, bacarıqlarını, gələcək karyera planlarını nəzərə almır. Oxuyacağı sahəni deyil, ölkəni seçir. İxtisası deyil, diplomu hədəfləyir. Halbuki xaricdə təhsil yalnız bir yerdə olmaq deyil, eyni zamanda ciddi intellektual, mədəni və psixoloji adaptasiya tələb edən bir həyat yoludur”.


Əmrah Həsənli xüsusilə attestatla qəbul məsələsinə toxunaraq bəzi gənclərdə bunun yanlış təhlükəsizlik hissi yaratdığını vurğulayıb:

“Diqqətçəkən bir digər reallıq – attestatla qəbulun yaratdığı yanlış təhlükəsizlik hissidir. Bəzi gənclər düşünür ki, imtahansız, sadəcə attestatla xarici universitetə qəbul olmaq uğurun göstəricisidir. Amma burada bir sual doğur: qəbul olmaq asan ola bilər, bəs davam etdirə biləcəksənmi? Təəssüf ki, bu yolla gedənlərin bir qismi ya təhsili yarımçıq saxlayır, ya da ölkədə tanınmayan diplomla geri qayıdır. Yəni əslində, bu “asan yol”, gələcəkdə daha çətin və çarəsiz seçimlərə yol açır”.


Ekspert qeyd edib ki, bəzi gənclər üçün xaricdə təhsil hərbi xidmətdən yayınmaq üçün bir vasitə kimi də istifadə olunur. Onun fikrincə, bu, cəmiyyətin və dövlətin birgə diqqət etməli olduğu ciddi məsələdir:

“Hərbi xidmətin mahiyyəti, onun vətəndaşlıq borcu kimi dərk olunmaması, gənclərin təhsildən bir “qalxan” kimi istifadə etməsinə səbəb olur. Burada dövlətin və cəmiyyətin də üzərinə ciddi məsuliyyət düşür: çünki gəncin hərbi xidmətə niyə bu qədər qorxu və narahatlıqla yanaşdığını anlamadan bu problem həll olunmayacaq. Təhsil sistemində və hərbi sistemdə gənclərlə bağlı yanaşmaları daha çevik və fərdiləşdirilmiş etmək lazımdır ki, bu, qaçış deyil, inkişaf vasitəsi kimi görülsün”. Ə.Həsənli bildirib ki, təhsil bir məqsəd deyil, vasitədir. Əgər o vasitə düzgün seçilmirsə, gənc hansı ölkədə, hansı diplomla oxumağından asılı olmayaraq, özünü itirə bilər: “Xaricdə təhsil hər kəs üçün deyil, hazır olan üçün faydalıdır. Hər kəsin yolu ali məktəb də deyil. Bəzən peşə təhsili, bəzən iş təcrübəsi, bəzən isə ölkə daxilində fərdi inkişaf imkanları daha real və uyğun olur. Amma bu seçimlər bilinmədikcə, “hər kəs gedir, mən də getməliyəm” düşüncəsi ilə atılan addımlar nəticə etibarilə ya yarımçıq qalır, ya da gəncin həyatında illər itkisi yaradır. Bu gün bizim gənclərə lazım olan istiqamətdir. Düzgün yönləndirmədir. Onun şəxsiyyətinə, bacarığına, potensialına uyğun planlamadır. Təhsili məqsədli edən əsas şey məqsədin özüdür. Bu məqsəd yoxdursa, istənilən xarici universitet sadəcə təxirə salınmış bir boşluğun ünvanına çevriləcək. Bizim məqsədimiz isə o boşluğu vaxtında və düzgün doldurmaq olmalıdır”.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı isə “Sherg.az”a açıqlamasında deyib ki, əvvəllər xaricdə təhsil almaq əsasən daxildə ali təhsil şansı məhdud olan, balı az abituriyentlər üçün çıxış yolu sayılırdı. 


İndi isə tam əks mənzərə yaranıb: 

“Bəzi hallarda yüksək nəticə göstərən gənclər hətta Dövlət İmtahan Mərkəzinin imtahanlarına qatılmadan birbaşa xaricdə universitetlərə üz tuturlar. Görünür, xaricdə təhsilin yaratdığı prestijli imic, dil biliyi, həm də geniş karyera imkanları gənclər üçün daha cəlbedicidir.

Amma burada sual yaranır: Xaricdə təhsil həmişə keyfiyyətlidirmi? Əslində, xaricdə təhsilin keyfiyyəti ölkədən ölkəyə, universitetdən universitetə fərqlənir. Gəncləri cəlb edən isə təkcə akademik bilik deyil. Yeni mədəniyyətlərlə tanışlıq, beynəlxalq mühit, kampus həyatı, şəxsi inkişaf imkanları və gələcəkdə daha geniş iş bazarına çıxış onları xaricə aparan əsas amillərdəndir. Bu mənada, xaricdə təhsil yalnız biliyin yox, həm də həyat təcrübəsinin bir parçası kimi dəyərləndirilməlidir. Bu vəziyyət Azərbaycan universitetləri qarşısında da yeni vəzifələr qoyur. Ali təhsil ocaqlarında təhsilin keyfiyyətinin artırılması, nəzəri biliklərlə yanaşı praktik vərdişlərin də gücləndirilməsi vacibdir. Eyni zamanda, kampus həyatını daha maraqlı, interaktiv və beynəlxalq standartlara uyğun etmək, sosial və intellektual mühiti zənginləşdirmək lazımdır. Yalnız bu halda gənclər ölkədə təhsil almaq üçün motivasiya tapacaqlar”.


F.Şahbazlının sözlərinə görə, burada diqqət çəkən elementlərdən biri də xaricdə təhsil xidmətləri göstərən şirkətlərin sayının keyfiyyət gözlənilmədən sürətlə artmasıdır:


 “Görünən odur ki, bu sahə hazırda "asan qazanc” biznesinə çevrilib. Təcrübəsiz, hətta öz ali təhsili belə olmayan şəxslərin gənclərə istiqamət verməsi, təhsildən çox kommersiya maraqlarının ön plana çıxması suallar doğurur: bu qurumlar gənclərə həqiqətən doğru yol göstərirmi, yoxsa yalnız xidmət adı altında, gənclərin gələcəyini təhlükə altına atmaqla biznes qururlar? Nəticə etibarilə, xaricdə təhsil imkan, trend və ya biznes ola bilər. Amma ən önəmlisi budur ki, gənclər doğru seçim etsinlər və onların bilik, bacarıq və karyera potensialı maksimum dərəcədə inkişaf etsin. Üstəlik də, gənclərimiz müasir çağırışlara, rəqabətə davamlı olsunlar, amma milli köklərindən, dəyərlərimizdən kənar qalmasınlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Avqust 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri