Icma.az
close
up
RU
İndi satılan qarpızları yemək təhlükəlidir? Açıqlama

İndi satılan qarpızları yemək təhlükəlidir? Açıqlama

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Yay mövsümünün sevilən meyvələrindən olan qarpız artıq bazarlarda və marketlərdə geniş şəkildə satışa çıxarılıb. Lakin mövsümün hələ tam qızışmadığı vaxtda satışa təqdim olunan qarpızların təhlükəsizliyi, onların hansı şəraitdə yetişdirilməsi və haradan gətirilməsi istehlakçıları maraqlandıran əsas məsələlərdəndir. Bəs hazırda satışda olan qarpızları yemək nə dərəcədə təhlükəsizdir? Erkən yetişdirilən bu məhsullar yerli istehsaldır, yoxsa xaricdən idxal olunur?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, ilboyu Azərbaycan bazarında qarpız satılır:
"Hazırda satışa çıxarılan qarpızların əksəriyyəti yerli şəraitdə, istixanalarda yetişdirilən məhsullardır. Azad İstehlakçılar Birliyi illər boyu qarpızların tərkibindəki nitratların miqdarını müəyyən etmək üçün mütəmadi monitorinqlər aparıb. Qeyd edək ki, bu sahədə vəziyyət xeyli dəyişib və hazırda qarpızlarda nitratın miqdarı, əsasən, normadan artıq olmur. Bunun səbəbləri sırasında Qida Təhlükəsizliyi Agentliyinin apardığı işlər, həmçinin nitrat tərkibli gübrələrin bahalaşması dayanır.

Lakin nəzərə almaq lazımdır ki, yonca əkilmiş sahələrdə becərilən qarpızlar torpaqdan daha çox nitrat çəkə bilir. İstər istixanada, istərsə də açıq sahədə yetişdirilən qarpızlara gübrə verilibsə və ya onlar yonca yerində əkilibsə, tərkibində müəyyən miqdarda nitrat ola bilər. Nitratlı və nitratsız qarpızı fərqləndirmək üçün bəzi əlamətlər mövcuddur. Nitratlı qarpızlar adətən iri olur, içi çəhrayı rəngə çalır, daha şirin dad verir, kəsildikdə asanlıqla çatlamır və daxilində qalın zolaqlar görünür. Nitratsız qarpızlar isə daha çox al qırmızı rəngdə olur, çəkisi adətən 5-6 kiloqramı keçmir, kəsildikdə çatlayır və içərisindəki zolaqlar nazik olur".
Ekspert deyib ki, digər tərəfdən, əvvəllər geniş yayılmış, iri tumlu qədim qarpız növlərinə indi nadir hallarda rast gəlinir:

"Bu sahə ilə məşğul olanlara tövsiyə edirəm ki, həmin yerli qarpız növlərinin becərilməsinə yenidən üstünlük versinlər. Hazırda daha çox “amerikanka” adlanan növlər əkilir. Bu qarpızlar dözümlü olur, gec xarab olur və bazar tələblərinə daha uyğun hesab edilir. Ümumilikdə, qarpız yemək olar, lakin normaya riayət etmək vacibdir. Bir kiloqram qarpızda 60 milliqrama qədər nitratın olması icazə verilən hədd sayılır. İnsan orqanizmində zəhərlənmə riski isə təxminən 360 milliqram nitrat qəbul edildikdə yaranır. Yəni tərkibində icazə verilən həddə nitrat olan qarpızdan bir dəfəyə çox böyük miqdarda istifadə edildikdə zəhərlənmə ehtimalı yarana bilər. Buna görə də qarpızı ölçülü şəkildə yemək tövsiyə olunur. Həmçinin onu uzun müddət soyuducuda saxlamaq əvəzinə, aldıqdan sonra kəsib qısa müddətdə istehlak etmək daha məqsədəuyğundur", - deyə o qeyd edib.
Beləliklə, bazarlarda erkən satışa çıxarılan qarpızları qida rasionuna daxil edərkən vətəndaşların maksimum dərəcədə diqqətli və ölçülü davranması şərtdir. Kimyəvi qatqıların miqdarı minimuma ensə də, məhsulun birdən-birə həddindən artıq çox istehlak edilməsi bədəndə qəfil zəhərlənmə dalğası yarada bilər. İstehlak mədəniyyətinə riayət etmək və kəsilmiş qarpızı soyuducuda günlərlə saxlamaqdan qaçmaq sağlamlığı qorumağın yeganə yoludur. Alıcılar al qırmızı rəngli, nazik zolaqlı və optimal çəkili məhsullara üstünlük verməklə mövsüm fəsadlarından özlərini sığortalaya bilərlər.
Əfsanə Kamal 
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 İyun 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri