Icma.az
close
up
RU
İndiki parlamentdə Ramiz Mehdiyevə yaxın olmayan deputat yoxdur Sərdar Cəlaloğlu

İndiki parlamentdə Ramiz Mehdiyevə yaxın olmayan deputat yoxdur Sərdar Cəlaloğlu

Icma.az bildirir, Sherg.az portalına istinadən.

“Mümkün qədər yaxın zamanda növbədənkənar parlament seçkiləri keçirilməli və Milli Məclis tam tərkibdə yenilənməlidir”



Azərbaycanda siyasi gündəm yenidən parlamentin fəaliyyəti ətrafında gərginləşib. Son dövrlər ictimaiyyətdə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müzakirələr artır.  İrəli sürülən təkliflər Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevə yaxın deputatların parlamentdə təmsil olunması və bunun qanunverici orqanın fəaliyyətinə mümkün təsiri ilə bağlıdır.

Siyasi analitiklər hesab edirlər ki, qanunverici orqanın legitimliyi və fəaliyyətinin effektivliyi təkcə seçki nəticələrindən deyil, həm də parlamentdə təmsil olunan şəxslərin siyasi bağlılıqlarından, şəffaflıq səviyyəsindən və qərar qəbuletmə proseslərindən asılıdır. Əgər parlamentin deputatları müəyyən siyasi qüvvələrin maraqlarını ön plana çıxarırsa, bu, qanunverici proseslərin obyektivliyinə və ölkədə demokratik prinsiplərin qorunmasına sual işarəsi yarada bilər.

Belə bir fon vətəndaşlarda parlamentin fəaliyyətinə inamın azalmasına və növbədənkənar seçkilər çağırışlarının genişlənməsinə səbəb olur. Eyni zamanda, bu məsələlər siyasi sistemin dinamikası, hakimiyyətin balanslaşdırılması və ölkədə demokratik institutların gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham edilməsi, onun ev dustaqlığına məhkum edilməsi və şəxsi saytının bloklanması ölkə daxilində və xaricində geniş əks-səda doğurub. 

Qeyd edilib ki, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb. Bəzi iddialara görə, xaricdə "söyüş müxalifəti" adlanan dəstəni bu komanda maliyyələşdirib və onlara yüksək vəzifəli şəxslərlə bağlı "ifşaedici" məlumatlar təqdim edib. Ehtimallar arasında Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqə və dövlət sirrinin satılması da var. 


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Sherg.az-a açıqlamasında deyib ki, indiki Milli Məclis ölkə ictimaiyyətinin, seçki iştirakçılarının, beynəlxalq təşkilatların qəbul edə biləcəyi bir qanunverici orqan funksiyasını yerinə yetirmir: 

“Bunu hamımız bilirik. Kim necə istəyir, o cür də yozsun! İndiki parlamentdə Ramiz Mehdiyevə yaxın olmayan deputat yoxdur. Hansısa bir deputatın Mehdiyevlə şəxsən  razılaşması olmasa  belə, onun parlamentdə mandat qazanması Ramiz Mehdiyevin qiymətləndirmələri və maraqları çərçivəsində olub. Qərar verilib ki, bu adamın Parlamentdə mandat qazanması onun maraqlarına xidmət edə  bilər.

Ona görə də, mümkün qədər yaxın zamanda növbədənkənar parlament seçkiləri keçirilməli və Milli Məclis tam tərkibdə yenilənməlidir.

 Əslinə qalsa, ölkədə real islahatların qarşısını alan əsas faktor məhz indiki parlamentdir, çünki parlamentin bir çox üzvləri dövlətin və cəmiyyətin geniş maraqlarını nəzərə almaq əvəzinə, müəyyən siyasi dairələrin xeyrinə fəaliyyət göstərirlər. Bu isə qanunverici prosesi selektiv və qeyri-obyektiv edir, demokratik institutların inkişafını əngəlləyir.

 Bütün dünyada  parlamentarilər ölkədə islahatlara dəstək olur, bizdə isə əksinədir. Parlament buraxılmalı və həm ölkə ictimaiyyətinin, həm seçki iştirakçılarının, həm də beynəlxalq təşkilatların qəbul etdiyi, parlament funksiyasını yerinə yetirə biləcək bir Milli Məclis qurulmalıdır. Sözsüz ki, bu da birinci şəxsin iradəsindən asılıdır. Prezident istəsə, bu gün də ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar verə bilər. Hər halda prosesin gedişatını gözləmək lazımdır". 

S. Cəlaloğlunun sözlərinə görə, yalnız yeni, həm ictimaiyyət, həm seçki iştirakçıları, həm də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilə biləcək tərkibli parlament ölkədə islahatların həyata keçirilməsinə və demokratik prinsiplərin güclənməsinə xidmət edə bilər. Əks halda, indiki vəziyyət parlamentin səmərəliliyinə ciddi sual işarəsi qoyur və ölkədə siyasi islahatlara mane olan bir institusional problemlər mənbəyi olaraq qalır.

Şəymən Bayramova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Oktyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri