Icma.az
close
up
RU
Şəxsən Ramiz Mehdiyev imkan verməyib parlamentə düşəm Sərdar Cəlaloğlu

Şəxsən Ramiz Mehdiyev imkan verməyib parlamentə düşəm Sərdar Cəlaloğlu

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yerli xəbər saytlarının məlumatına əsasən, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işinin məhkəməyə göndərilməsi barədə məlumat verilib. Belə ki, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Prezident katibliyinin rəisi olmuş politoloq Eldar Namazov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və “Bakı Stil Company” zavodunun sahibi Rasim Məmmədov istintaq çərçivəsində şahid qismində dindirilib.
Demokrat.az-ın əməkdaşı məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə əlaqə saxlayıb.
Sərdar Cəlaloğlunun sözlərinə görə, bu, yanlış məlumatdır:
“O vaxt Ramiz Mehdiyev məsələsi çıxanda Əli Kərimlinin tərəfdarları bizə hücum etdilər. Vüqar bəyin tutulmasını Ramiz Mehdiyevlə əlaqələndirdilər. Mən 15 il ondan qabaq Ramiz Mehdiyevin Şah İsmayılla bağlı məqaləsinə rəy yazmışdım. Həmin məqaləni başladılar hallandırmağa ki, guya bu, bizim Ramiz Mehdiyevlə əlaqəmiz deməkdir.
Mən də Əli Kərimlinin Ramiz Mehdiyevlə əlaqələri haqqında, onun Milli Şura və onun fəaliyyəti ilə bağlı öz fikirlərimi bildirdim. Bu fikirlər də neçə il bundan qabaq Milli Şura yarananda qəzetlərdə dediyim, televiziyada söylədiyim fikirlərdir.
Onda məni Dövlət Təhlükəsizliyi Xidmətinə çağırdılar, dedilər ki, belə fikirləriniz var, bunları necə əsaslandırırsınız? Mən ümumi şəkildə Azərbaycan mətbuatında tam məlumatlar əsasında dedim ki, bax, belə bir məlumat çıxdı mətbuatda, sonra belə bir məlumat çıxdı. Yəni, dəqiq, təkzibolunmaz məlumatlar əsasında fikirlərimi bildirdim.
Ümumiyyətlə, Ramiz Mehdiyevlə bağlı mən heç bir yerdə, hər hansı bir şəkildə nə ifadə vermişəm, nə şahid ifadəsi vermişəm, nə də məlumat vermişəm. Çünki mənim bu məsələdən xəbərim də yoxdur.
Mən bu gün də inanmıram ki, Ramiz Mehdiyev o gücdə olaydı ki, dövlət çevrilişi hazırlaya. O cümlədən rüşvət almaq və rüşvət alıb qeyri-qanuni şəkildə başqasının əmlakını mənimsəmək. Onlara görə mühakimə oluna bilər.
Sədr əlavə edib ki, onun da adının bu məsələdə hallandırılması tam əsassızdır:
“Mən Ramiz Mehdiyevlə bağlı heç yerdə bir kəlmə belə nə məndən soruşulub, nə də mən ifadə vermişəm, nə də izahat vermişəm. Bunu yayımlayanlar çıxsın, qoysun ortalığa ki, doğrudan da belədir. Məhkəməyə gedəcək də. Əgər elə olsa, məni də çağırarlar məhkəməyə. Axı ayıbdır.
Mənim Ramiz Mehdiyevlə bağlı fikrimi soruşan olmayıb, mənim Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı məlumat vermək imkanım da yoxdur. Çünki Ramiz Mehdiyevin öz dairəsi var, onunla yaxın olan müxalifətçilər də var, deputatlar da var, nazirlər də var. Onlar ifadəyə çağırılmayıb, onlar izahat verməyib, mən isə Ramiz Mehdiyevin düşməni olmuşam. Ramiz Mehdiyevin vaxtında həbs olunmuşam. Neçə dəfə seçilmişəm, şəxsən Ramiz Mehdiyev imkan verməyib parlamentə düşəm. Və Ramiz Mehdiyevin əleyhinə, onun hakimiyyətdə olduğu vaxtla bağlı 500 səhifəlik kitab yazmışam. İndi gəlib mənim adımı bu məsələdə hallandırırlar. Mən sadəcə Əli Kərimlinin tərəfdarlarının mənə hücumu ilə bağlı çağırıldım, mən də fikirlərimi bildirdim”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Sentyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri