İndoneziyada 241 sərnişini olan gəmi ilə əlaqə kəsilib, axtarışlara başlanılıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
İndoneziyada göyərtəsində 241 sərnişinin olduğu sərnişin gəmisi ilə əlaqə kəsilib, axtarışlara başlanılıb
APA xəbər verir ki, İndoneziyanın Şərqi Yava əyalətində yerləşən və ölkənin ikinci ən böyük şəhəri olan Surabayadan Cənubi Kalimantan əyalətinin yerləşdiyi Şərqi Yavadan Borneo adasına əyalətinə hərəkət edən və göyərtəsində ən azı 240 nəfər olan sərnişin gəmisi ilə əlaqə kəsildikdən sonra xilasedicilər axtarış əməliyyatına başlayıblar.
Cənubi Kalimantan əyalətinin paytaxtı Banjarmasində yerləşən Axtarış və Xilasetmə İdarəsi bildirib ki, Surabayadan Banjarmasin şəhərinə gedən “Virgo Transport 8” gəmisi ilə əlaqənin kəsilməsi barədə məlumat daxil olub.
İlkin məlumata görə, gəminin son məlum mövqeyi Banjarmasindəki körpüdən təxminən 148 kilometr (92 mil) aralıda, Yava dənizində olub. Gəminin manifestində onun göyərtəsində 241 sərnişinin olduğu göstərilir.
Hazırda ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.
Banjarmasindəki xilasetmə agentliyinin əməliyyatlar üzrə rəhbəri Arianto Ardi gəmi ilə əlaqənin kəsildiyini təsdiqləyib və xilasedicilərin əraziyə göndərildiyini bildirib. Trisakti ərazisində əməliyyat qərargahı yaradılıb.
İlkin məlumata görə, gəminin operatoru gəminin əlverişsiz hava şəraiti ilə qarşılaşdığı barədə məlumat aldıqdan sonra hadisə barədə məlumat verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 13 Sentyabr 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















