İndoneziyada göyərtəsində 243 nəfərin olduğu gəmi ilə əlaqə kəsilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 13 sentyabr, AZƏRTAC
İndoneziyada fırtına zamanı Yava dənizində üzən “Virgo Transport 8” gəmisi ilə əlaqə kəsilib. Gəmidə 243 nəfər olub.
AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi məlumat yayıb.
Əməliyyat koordinatoru Putu Sudayana bildirib ki, gəmi ən son Banjarmasindəki “SAR Basirih” körpüsündən təxminən 80 dəniz mili məsafədə olub.
Ekipajla əlaqə yerli vaxtla təxminən saat 2:00 radələrində hava şəraiti kəskin pisləşdikdən sonra kəsilib.
Dəniz qüvvələri, su polisi, liman və naviqasiya xidmətləri axtarış işlərinə cəlb edilib.
Bu mövzuda digər xəbərlər:İndoneziyada 241 sərnişini olan gəmi ilə əlaqə kəsilib, axtarışlara başlanılıb
13 Sentyabr 2026 09:44
İndoneziyada göyərtəsində 280 nəfərin olduğu bərə alovlanıb
20 İyul 2025 19:38
İndoneziyada 243 nəfəri daşıyan gəmi yoxa çıxdı
13 Sentyabr 2026 09:21
İndoneziyada İNSAN TƏLƏFATI: 303 nəfər ölüb, bölgə ilə əlaqə kəsilib VİDEO
29 Noyabr 2025 17:23
Kolumbiyada göyərtəsində 15 nəfər olan təyyarə ilə əlaqə kəsilib
29 Yanvar 2026 00:48
Baxış sayı:192
Bu xəbər 13 Sentyabr 2026 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















