İndoneziyada fillərlə döyüşmək üçün qoşunlar göndərilib
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
İndoneziya Sumatra adasındakı Vay Kambas Milli Parkı yaxınlığında yerli sakinləri vəhşi fil basqınlarından qorumaq üçün qoşunlar yerləşdirib.
Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.
İndoneziya ordusunun yerli komandanlığının rəhbəri Kristomey Sianturi bildirib ki, ərazidə insan-fil münaqişəsi onilliklərdir davam edir və bu münaqişə tez-tez kənd təsərrüfatı torpaqlarına, ictimai obyektlərə dəyən ziyana, bəzi hallarda isə insan tələfatına səbəb olur.
Qoşunların yerləşdirilməsi vətəndaşların qorunmasına yönəlmiş tədbirlərdən biridir. Milli parkın sərhədi boyunca 60-70 km uzunluğunda hasarın çəkilməsi də planlaşdırılır.
Qeyd edəki ki, Sumatra fillərinin nəsli kəsilməkdədir. İndoneziyada, xüsusən də Sumatrada yaşamaq uğrunda mübarizə onların yaşayış yerlərinin sürətlə itirilməsi ilə əlaqədardır. Palma yağı plantasiyaları üçün meşələrin qırılması filləri əkin sahələrinə məcbur edir və bu da yerli sakinlərlə münaqişələrə səbəb olur.
Maqsud
Baxış sayı:50
Bu xəbər 26 Yanvar 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















