İndoneziyada güclü zəlzələ baş verib, dağıntılar var
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
İndoneziyanın Benkulu əyalətinin sahillərində 6.3 bal gücündə güclü zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Vibes" nəşri məlumat yayıb.
Təbii fəlakət bölgənin inzibati mərkəzi Kota Benkulu şəhərində evlərə zərər vurub, dağıntılar qeydə alınıb.
İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin sözçüsü Əbdül Muhari zəlzələ ocağının 10 kilometr dərinlikdə yerləşdiyini bildirib.
"Zəlzələ sakinlər arasında çaxnaşma yaradıb, onların çoxu evlərini tərk edib. Biz vətəndaşları yenidən yeraltı təkanların baş verəcəyi təqdirdə sakit olmağa və rəsmi məlumatlara əməl etməyə çağırırıq", - deyə agentliyin sözçüsü əlavə edib.
Bu mövzuda digər xəbərlər:İndoneziyada güclü zəlzələ
03 Aprel 2025 08:30
İndoneziyada güclü ZƏLZƏLƏ
26 Fevral 2025 08:13
Baxış sayı:104
Bu xəbər 23 May 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















