Icma.az
close
up
RU
İndoneziyalı siyasi məsləhətçi: D 8 Media Forumu Azərbaycan üçün əməkdaşlıq baxımından önəmli addımdır

İndoneziyalı siyasi məsləhətçi: D 8 Media Forumu Azərbaycan üçün əməkdaşlıq baxımından önəmli addımdır

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 12 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

D-8 Media Forumunun keçirilməsi həm İndoneziya, həm də Azərbaycan üçün gələcək əməkdaşlıq baxımından çox önəmli addımdır. Bu, D-8 üzv ölkələri üçün bir başlanğıc olsa da, ikitərəfli, regional və ya çoxtərəfli çərçivədə əməkdaşlıq etmək hər zaman vacibdir. Xüsusən də D-8 məkanında bütün üzv ölkələr üçün əhəmiyyət kəsb edən məsələlərdə birgə fəaliyyət böyük əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində İndoneziyanın Xarici İşlər Nazirliyinin çoxtərəfli məsələlər üzrə Baş siyasi məsləhətçisi Agustaviano Sofjan deyib.

O qeyd edib ki, İndoneziya gələn il D-8-ə sədrlik edəcək. “Biz bu dövrdə bütün üzv dövlətlərlə daha sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik. Çünki süni intellekt tərəfindən yaradılan dezinformasiya yalnız bir ölkənin deyil, bütün dövlətlərin qarşılaşdığı qlobal problemdir. Texnologiyanın sürətli inkişafı, xüsusilə süni intellektin imkanları həm D-8 ölkələri, həm də digər dövlətlər üçün çağırışlar yaradır. Məhz buna görə də Azərbaycanın bu forumun təşəbbüskarı olması çox təqdirəlayiqdir. Azərbaycan D-8-in yeni üzvü olsa da, bu təşəbbüsdə son dərəcə fəal mövqe nümayiş etdirir. Biz bundan son dərəcə məmnunuq.

Nümayəndə heyətimiz, eləcə də bizimlə birlikdə forumda iştirak edən jurnalistlər və media təmsilçiləri burada məhz əməkdaşlığı genişləndirmək, jurnalist birlikləri ilə təcrübə mübadiləsi aparmaq üçün iştirak edir. Dezinformasiya, yanlış məlumatlanma və süni intellekt tərəfindən yaradılan saxta məzmunla mübarizə məsələləri daim gündəmdədir. Bu sahədə qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlıq D-8 üzv ölkələri üçün çox vacibdir. Biz inanırıq ki, birgə öyrənmə və əməkdaşlıq yolu ilə bu çağırışların öhdəsindən daha effektiv şəkildə gələ bilərik”, - deyə indoneziyalı Baş siyasi məsləhətçi vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri