İnfantino yeni ideyanı açıqladı DÇ da 64 komanda
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
FİFA prezidenti Canni İnfantino dünya çempionatının iştirakçılarının sayının yenidən artırıla biləcəyini açıqlayıb.
Apasport.az xəbər verir ki, qurum rəhbəri gələcəkdə mundialın 64 komandanın iştirakı ilə keçirilə biləcəyini istisna etməyib.
İnfantino bildirib ki, bu məsələ DÇ-2026 başa çatdıqdan sonra FİFA-nın müvafiq komitələrində müzakirəyə çıxarılacaq. O, dünya çempionatının təkcə Avropa və Cənubi Amerika üçün deyil, bütün dünya üçün nəzərdə tutulduğunu vurğulayıb.
“Dünya çempionatında iştirak etmək arzusu bütün ölkələrdə olmalıdır. Hazırkı turnir göstərdi ki, bütün qitələrdə milli komandaların səviyyəsi yüksəlir”, – deyə FİFA prezidenti bildirib.
Qeyd edək ki, dünya çempionatının iştirakçı sayı 2026-cı ildən etibarən 32-dən 48-ə yüksəldilib. DÇ-2026-nın finalı iyulun 19-da keçiriləcək. Məhz bundan sonra 64 komandalı formatın mümkün tətbiqi ilə bağlı müzakirələr aparılacaq.
Mbappe mundial tarixinin ən yaxşısıdır - Fransa liderindən rekord göstərici Avrokuboklarda ən uğurlu həftə Fransa 24 ildən sonra Braziliyanın uğurunu təkrarladı - Mbappe və Dembele fərqləndi Zubirdən yubiley qolu: AZƏRBAYCAN “300”Ə ÇATDI “Qarabağ”dan növbəti qazanc
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 12 İyul 2026 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















