İnfantinonun taxtı təhlükədə FIFA prezidentliyinə onlar namizəddir
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniyanın nüfuzlu “Marca” nəşri FIFA prezidenti Canni İnfantinonu əvəz edə biləcək 5 əsas namizədin adını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, siyahıda futbol dünyasının ən tanınmış şəxsləri yer alıb:
Nasser Əl-Xəlaifi – PSJ-nin və Avropa Klublar Assosiasiyasının (ECA) başçısı;
Viktor Montalyani – FIFA-nın vitse-prezidenti, KONKAKAF-ın prezidenti;
Aleksander Çeferin – UEFA prezidenti;
Şeyx Salman bin İbrahim Əl-Xəlifə – Asiya Futbol Konfederasiyasının (AFC) prezidenti;
Patris Motsepe – Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti
Məlumata görə, FIFA Şurasının vitse-prezidenti olan Viktor Montalyani qurumun daxili işinə dərindən bələd olduğu üçün ən məntiqi və şanslı namizəd hesab olunur.
Qeyd edək ki, namizədliklərin qəbulu üçün son tarix 2026-cı il noyabrın 18-i müəyyən edilib. Namizədləri yalnız milli futbol assosiasiyaları irəli sürə bilər və hər bir iddiaçı ən azı 5 federasiyanın dəstəyini almalıdır.
Xatırladaq ki, FIFA prezidentinin seçkiləri 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 05 Avqust 2026 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















