UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) isveçrəli Canni İnfantinonun namizəd olduğu təqdirdə, FİFA prezidentliyinə seçkilərdə onun namizədliyini dəstəkləməyəcək.
APA xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
FİFA prezidentinin seçkilərinin 2027-ci ilin martında Rabatda keçirilməsi planlaşdırılır.
“FİFA-nın hazırkı prezidenti yenidən namizəd olmaq qərarına gəlsə, UEFA tərəfdaş konfederasiyalarla birlikdə üzv assosiasiyalara dürüstlük, hesabatlılıq, inkişaf və real institusional dəyişiklik prinsiplərinə sadiq olan layiqli alternativ təklif etmək üçün səylərini birləşdirəcək”, – deyə açıqlamada bildirilib.
Hazırkı FİFA prezidenti İnfantino təşkilatın əsas kişi və qadın yarışlarına nəzarət edəcək şirkət yaratmaq istəyib. Onun fikrincə, “FIFA Forward Enterprise” şirkətinin yaradılması FİFA-ya üzv assosiasiyaların gəlirlərini artıracaq və dünya futbolunun inkişafına töhfə verəcək.
FİFA bu sxemin 4,2 milyard dollar gəlir gətirə biləcəyini açıqlamışdı. Təşəbbüs futbol funksionerləri, federasiyalar və digər təşkilatlar tərəfindən geniş şəkildə tənqid və qınanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 27 Avqust 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















