Icma.az
close
up
RU
İnfarkta görə çağırılan təcili yardımın açarı itdi, xəstə öldü FOTO

İnfarkta görə çağırılan təcili yardımın açarı itdi, xəstə öldü FOTO

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

İnfarkt xəstəsi üçün çağırılan təcili yardımın açarı itdiyi üçün xəstə ölüb.

Ölkə.Az xəbər verir ki, qeyri-adi hal Türkiyənin Adana şəhərində yaşanıb.

Belə ki, Adananın Yüreğir rayonunda yaşayan Mehmet Kepir evdə olarkən pisləşdiyi üçün qohumları təcili yardıma zəng ediblər.

Hadisə yerinə gələn tibb qrupları xəstə M.Kepiri ürə masajı etdikdən sonra onu təcili yardım maşınına aparıblar.

Təcili yardım maşınının açarı xəstənin büküldüyü yorğanın içinə düşərək itib.

Həm səhiyyə işçiləri, həm xəstənin qohumları, həm də ətrafdakı vətəndaşlar yorğanı, ətrafdakı nəqliyyat vasitələrinin altına baxsalar da, açar tapılmayıb.

Hətta vətəndaşlar təcili yardımı bir az irəli itələyərək açarı axtarsalar da, faydası olmayıb.

Açarlar tapılmadıqda, hadisə yerinə ikinci təcili yardım maşını çağırılıb. Bütün müdaxilələrə baxmayaraq xəstəxanaya aparılan M.Kepir vəfat edib.

Ərinin səhlənkarlıqdan öldüyünü iddia edən mərhumun həyat yoldaşı Şengül Ayağ məsul şəxsləri şikayət edib.

“Həyat yoldaşım  oğlumu məktəbə aparmaq üçün oyanmışdı. Tualetə getmişdi. Birdən səs gəldi, hamımız qaçdıq. Anamın müdaxiləsi ilə həyata qaytardıq. Təcili yardım gəldi, yorğana bükdük. O anlarda təcili yardım işçilərindən biri aşağıda digər maşınlardan birinə yol vermək üçün nəqliyyat vasitəsinin yerini dəyişdi. Daha sonra həyat yoldaşımı 3-cü mərtəbədən aşağı endirdilər. Təxminən 40 dəqiqə təcili yardımın içərisində qaldı.Qonşular da daxil olmaqla hər kəs açarı axtardı. İkinci təcili yardım gəldi. İlk gələn təcili tibbi yardımın laqeydliyi ucbatından  həyat yoldaşımı itirdim”, - deyə qadın söyləyib.

Faktla bağlı araşdırma aparılır.

Billurə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 May 2026 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri