Icma.az
close
up
RU
Təcili Tibbi Yardım maşınları çağırılan ünvanlara niyə gecikir?

Təcili Tibbi Yardım maşınları çağırılan ünvanlara niyə gecikir?

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Son günlər ölkədə yayılan xəstəliklər, viruslar Təcili Tibbi Yardım xidmətinin də iş yükünü artırıb. Bu da onların gedəcəkləri ünvanlara gecikməsinə yol açır. 
Adının çəkilməsini istəməyən bir vətəndaşımız da elə xidmətin gecikməsilə bağlı yaşadığı problemi Missiya.Az-a müraciət edərək bildirib.
Belə ki, dünən gecə saatlarında şikayətçinin anasının ürəyində ciddi ağrılar olub. O da Təcili Tibbi Yardıma zəng edib. Narahatlıq içində neçə dəfə zəng etsə də, həmin xidmət çağırılan ünvana çox gecikib. Vətəndaş da narazılıq edir ki, bu gecikmə anasının vəziyyətini daha da pisləşdirə bilərdi. Hələ bu azmış kimi, ürək xəstəsinə kardioloq göndərmək əvəzinə, terapevt həkim yönləndirilib.
Biz də məsələni araşdırmaq məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.
Qurumdan verilən açıqlamaya görə, 103 Çağrı mərkəzinə daxil olan müraciətlər təcili və təxirəsalınmaz olaraq çeşidlənir.
"Təcili hallar: ağır travmalar, yaralanmalar, qanaxmalar, doğuş ya düşük təhlükəsi, yanğın, suda boğulma, yad cism, qusma, elektrik cərəyanının vurulması və s. 
Təxirəsalınmaz hallar: temperatur, təzyiq, böyrək sancısı, baş bağrısı, xroniki xəstəliklər və s. aiddir. Qeyd edək ki, təxirəsalınmaz çağırışlar 1 saat ərzində icra oluna bilər. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 21 yanvar saat 23:51-də Nizami rayonu, Nəsimi küçəsi ev 32M , mənzil 46 ünvanından 68 yaşlı şəxs üçün çağırış daxil olub. Nizami rayonu üzrə təcili tibbi briqadası saat 01:33-də çağırış ünvanına çatıb. Qeyd edək ki, şəxsin müraciətinin qeydə alındığı zaman təcili tibbi yardıma daxil olan çağırışların intensiv vaxtında olub. Ünvana çatan təcili tibbi yardım həkimi tərəfindən xəstə müayinə olunub və onda təzyiqin qalxması (150/100 mm c.s) müəyyən edilib. Yerində tibbi xidmət göstərilib. Bundan əlavə, pasiyentdə nevroloji problemlərin də olduğu bildirilib və nevropatoloqa müraciət etmələri tövsiyə olunub. Onu da qeyd edək ki, Təcili Tibbi Yardım xidmətində ixtisas bölgüsü mövcud deyil. 103 Çağrı mərkəzinə müraciət daxil olduqda çağırışa uyğun olaraq, ünvana səyyar briqada yönləndirilir. Xəstənin vəziyyətinin ağırlıq dərəcəsinə görə lazım olarsa, həmin ünvana səyyar briqada tərəfindən reanimasion (ARB) briqada çağrılır" - məlumatda vurğulanıb. 


Zərintac Mayisqızı 

Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://missiya.az
archiveBu xəbər 22 Yanvar 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri