İnfarktdan qorunmağən ən asan yolu: Amma bir əmma sı var
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Hamam və sauna həvəskarları üçün şad xəbər var. Terapevt Anna Qayduk bildirib ki, müntəzəm olaraq saunadan istifadə etmək ürək-damar sistemi üçün əvəzsiz faydalıdır.
Hurriyyet.az xəbər verir ki, mütəxəssis bu proseduru orqanizm üçün mülayim fiziki aktivliklə müqayisə edib. Yüksək temperaturun təsiri ilə ürək döyüntüləri sürətlənir, qan dövranı yaxşılaşır və bütün daxili orqanlar oksigenlə daha yaxşı təmin olunur.
Həkimin sözlərinə görə, bu vərdiş damarları "möhkəmləndirir": "Sauna həvəskarlarında infarkt və insult riski daha aşağı olur. İsti buxarla "məşq edən" damarlar elastikləşir və hipoksiyaya (oksigen çatışmazlığına) qarşı daha dözümlü olur".
Lakin terapevt ciddi xəbərdarlıq da edib. Artıq ürək-damar xəstəliyi olanlar (arterial hipertenziya, infarkt keçirmiş şəxslər və s.) üçün hamam və sauna vəziyyəti daha da pisləşdirə bilər. Bu səbəbdən həkimlə məsləhətləşmək mütləqdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 03 Aprel 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















