Icma.az
close
up
RU
Mirzoyanın iki “əmma”sı

Mirzoyanın iki “əmma”sı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Erməni XİN rəhbəri yaxşı danışsa da, düz demir

Prezident İlham Əliyev dəfələrlə Zəngəzur dəhlizi kontekstində regional kommunikasiyaların açılmasının faydaları barədə söz açıb və geniş izahlar verib. Amma Ermənistan illərlə bununla razılaşmayıb. Əsas bu olub ki, ölkənin ərazi bütövlüyü və suverenliyi toxunulmazdır.

İndi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “TVP World” telekanalına müsahibəsində Azərbaycan dövlətinin regional kommunikasiyaların açılmasının faydalarına dair baxışını təkrarlayır və məsələni avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmanın əhəmiyyəti kimi vurğulayır. Ona görə diplomatın “Tramp marşrutu” kontekstində dilə gətirdiyi fikirləri müsbət qiymətləndiririk. Ancaq sualımız var: Erməni tərəfi nə üçün reallığı anlamaqda gecikib? Əlbəttə, təəccüblənmirik, çünki ölkə otuz ildən çoxdur gecikir. Son 7 ilin gecikməsi isə indiki iqtidarın “fərasətidir”. Elə Mirzoyanın “fərasətinin” də. Hərçənd, erməni iqtidarının Rusiya adlı başağrısından da xəbərdarıq…

Mirzoyanın müsahibəsində başqa məqamlar da var ki, onları prinsipcə mənfi hal kimi qələmə vermək istəməzdik. Amma bəzi məsələlərə diqqət yetirməliyik. Diqqət yetirməli və bildirməliyik ki, Ermənistan bir otuz il də gecikməsin. İstəyirik ki, rəsmi İrəvan tutduğu yoldan uzaq düşməsin. O yol ki, Mirzoyan onu bütövlükdə regiona fayda gətirəcək sülh yolu kimi qiymətləndirdi.

Əlqərəz, ilk “əmma” budur ki, A.Mirzoyan paraflanmış sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyümüz konstitusiya dəyişikliyi məsələsini ön şərt kimi qiymətləndirir. Nəticədə Azərbaycanın, bir növ, sülhdə maraqlı olmayan tərəf obrazı formalaşır. Elə təsəvvür yaranır ki, sanki rəsmi Bakı Ermənistanın əsas qanununun ölkənin işğalçı mahiyyət daşıyan İstiqlaliyyət Bəyannaməsinə istinadının aradan qalxması tələbini Vaşinqton paraflanmasından sonra irəli sürüb. Halbuki, bu, əvvəlki mərhələnin söhbətidir. Yeri gəlmişkən, Azərbaycanın digər şərti ATƏT-in özündə Qarabağ münaqişəsi məntiqini saxlayan Minsk qrupunun ləğvi idi ki, buna da erməni tərəfi zaman-zaman qarşı çıxırdı, amma ABŞ-da durumla razılaşdı. Rəsmi Bakı eyni pozitiv münasibəti konstitusiya dəyişikliyi məsələsində də gözləyir.

Mirzoyan isə müsahibəsində gözləntimizi heçə endirir və deyir ki, “biz bu gündəliyi bölüşmürük”. Üstəlik, onun daha sonra dedikləri də müəyyən qədər ön şərt təsiri bağışlayır. Erməni XİN rəhbəri sülh müqaviləsinin imzalanmasından əvvəl bəzi proseslərin getməsinin vacibliyindən danışır. Məsələn, o, tərəflərin bir-birilərinə daha tolerant yanaşmalarından və beynəlxalq platformalarda əməkdaşlıq perspektivlərinin müzakirəsindən danışır.

Əlbəttə, XİN rəhbərinin qeyd etdikləri tərəflər arasında fikir mübadiləsi predmeti ola bilər. Amma diplomat sırf sülh müqaviləsi kontekstində onların müzakirəsinin daha əvvəl aparılmalı olduğunu deməklə, mahiyyətdən yayınırmış kimi görünür. Mahiyyəti isə vurğuladıq.

Yaxşı, hər ehtimala Mirzoyan ilə razılaşaq və mövzunu onun dediklərinin müstəvisində görək. O zaman obyektiv və prinsipial sual yaranır: bir ölkənin konstitusiyasının söykəndiyi sənəddə Azərbaycana qarşı ərazi iddiası motivi varsa, tolerantlığı necə öyrənək, nə cür beynəlxalq əməkdaşlıq həyata keçirək?

Aydındır ki, addımı Ermənistan atmalıdır. Prezident İlham Əliyevin təbirincə desək, ev tapşırığını yerinə yetirməlidir. Hər halda, qəsbkarlıq edən, işğalı otuz ilədək sürdürən biz yox, Ermənistan olub. Üstəlik, 44 günlük müharibədən sonra rəsmi İrəvanın Qarabağ avantürasını saxlamaq istıqamətindəki gedişlərini də görmüşük. Deməli, Ermənistan addımını etimad qazanmaq üçün atmalıdır.

Bəli, indilik etimad qazanmağın ən başlıca yolu konstitusiya dəyişikliyidir. Bu, sülh müqaviləsinin fundamentallığı üçündür. Ölkəmiz sənəddə hansısa risk təmayülünün saxlanmasını istəmir. Nəzərə alaq ki, riskli, təminatsız sülh Cənubi Qafqazda böyük siyasi və iqtisadi maraqları olan beynəlxalq aləmə də lazım deyil. Güman edirik, durumu anlamaq çətinlik törətməməlidir. Amma…

Keçək Mirzoyanın müsahibəsindəki ikinci “əmma”ya. Sülhün artıq təmin olunduğunu deyən erməni XİN rəhbəri onun qorunması üçün hər iki tərəfdən daimi qayğı və gündəlik səylərin tələb oluduğunu vurğulamaqda haqlıdır. Nazirin, hətta, mövcud kontekstdə ölkələrin aqressiv ritorikasının prosesə heç bir şəkildə töhfə vermədiyini bildirməsində də hansısa problem görmürük. Hərçənd, Mirzoyan müqayisə apara bilər - Azərbaycanda Ermənistana qarşı aqressiv ritorika çoxdur, yoxsa Ermənistanda Azərbaycana qarşı?

Məsələ ondadır ki, Ermənistanda bütöv bir revanşist və şovinist kəsim var. O kəsim ki, rəsmi İrəvan zaman-zaman onun siyasi mükalimələrini, dolayısıyla, özünün xarici siyasət prioritetinə çevirib. Ən başlıcası, həmin radikal cinah indi də aktivliyini saxlayır və Paşinyan administrasiyası buna qarşılıq heç nə etmir və ya edə bilmir. Habelə, günü bu gün də Ermənistanda müxtəlif səviyyələrdə Azərbaycana qarşı ərazi iddiaları səslənir.

Digər tərəfdən, Mirzoyanın haqqında söz açdığı aqressiv ritorikanın qorunmasında bilavasitə onun təmsil olunduğu hakimiyyət komandasının rolu az deyil. Hər halda, 2018-ci ildə iqtidara gəlib bir il sonra Azərbaycan ərazisi Xankəndidə “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını səsləndirən baş nazir Nikol Paşinyan olmuşdu. Yəni aqressiv ritorikaya ən böyük “töhfəni” məhz hazırkı erməni iqtidarı vermişdi. Nəticədə qanlı müharibə olmuş, insan tələfatı və faciələr yaşanmışdı. Vacib məqam həm də budur: 2020-ci ilədək, müəyyən mənada, yumşalmış ziddiyyətlər savaşdan sonra yeni məcraya qədəm qoydu və özündə keçmişin ağrılarını da birləşdirdi. Ona görə Mirzoyanın şəxsində rəsmi İrəvan prinsipial məqamları əsas götürməlidir.

Ən böyük prinsipial məqam sülh müqaviləsinin imzalanmasıdır. Aqressiv ritorikanın aradan qalxmasını gözləmək vaxt itkisidir. Bu ritorika tərəflərin, yəni xalqların müştərək iş görəcəkləri, eyni iqtisadi məkanda və sistemdə təmsil olunacaqları, gəlir götürüb rifah içində yaşayacaqları təqdirdə yumşalacaq və tədricən sıradan çıxacaq. Sadəcə zaman lazımdır. Zaman lazım olsa da, amma vaxt yoxdur. Obrazlı desək, sülh dəmirini isti-isti döymək lazımdır ki, bərkiməsin.

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri