Icma.az
close
up
RU
Menu

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

İnsan sağlamliğina verilən dəyər

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

“İnfarktların 40 faizi xəbərsiz gəlir

“İnfarktların 40 faizi xəbərsiz gəlir

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bugün ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında birinci yerdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il 18 milyondan çox insan bu səbəbdən həyatını itirir və bu ölümlərin təxminən 80%-i vaxtında və düzgün yanaşma ilə qarşısı alına bilən hallardır".

Ölkə.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, daha diqqət çəkici olan məqamlardan biri isə infarkt keçirən xəstələrin təxminən 40%-nin əvvəlcədən heç bir xəbərdaredici simptom hiss etməməsidir:

"Bu fakt ürək sağlamlığına məsuliyyətli və elmi yanaşmanın nə qədər vacib olduğunu bir daha göstərir. Sevindirici haldır ki, ölkəmizdə tibbin digər sahələri ilə müqayisədə ən sürətli və ən sistemli inkişaf edən istiqamətlərdən biri məhz kardiologiya və ürək-damar cərrahiyyəsidir. Son illərdə texnoloji imkanların genişlənməsi, müasir diaqnostika və müalicə metodlarının tətbiqi, beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi bu sahədə çox ciddi nailiyyətlərə yol açıb.

Lakin inkişafla yanaşı, müəyyən etik və peşəkar suallar da ortaya çıxır. Bəzən klinik protokollara, Avropa və dünya tibbi göstərişlərinə tam uyğun olmayan hallarda belə invaziv müdaxilələrə və ya cərrahi əməliyyatlara tələskən qərarlar verildiyinin şahidi oluruq. Bəzən isə bu qərarlar xəstəyə qorxu dili ilə çatdırılır, “təcilidir”, “buradan çıxmayın”, “bir neçə saat içində problem yarana bilər” kimi ifadələrlə xəstənin psixoloji vəziyyəti təsir altına düşür. Bunu da daha çox təciliyəti olmayan, rahat, müdaxilə riski çox az olan, klinik protokola görə bəzən sadəcə dərman müalicəsinin yetərli olacağı xəstələrdə edirik.

Halbuki klinik olaraq kəskin vəziyyət yoxdursa (aktiv infarkt, hemodinamik qeyri-sabitlik və ya həyati risk müşahidə olunmursa), yalnız görüntü və laborator nəticələrə əsaslanaraq təcili müdaxilə qərarı qəbul etdirmək tibbi etikaya uyğun yanaşma deyil. Bunun tam əksinə, bəzən klinik olaraq yüksək riskli, qeyri-stabil və təcili müdaxilə ehtiyacı olan xəstələrdə isə mümkün maliyyə yükü və risklər nəzərə alınaraq, tibbi göstəriş olmasına baxmayaraq müdaxilənin gecikdirilməsi və ya başqa mərkəzlərə yönləndirilməsi kimi yanaşmalarla da qarşılaşırıq. Xüsusən, yeni yaranmış mərkəzlərdə bu tendensiya daha çox müşahidə olunur. Tibbi qərarlar qorxu ilə deyil, izah və maarifləndirmə ilə verilməlidir".

R.Mahmudov təəssüflə qeyd edib ki, bəzən belə halların arxasında rəqabət faktoru da dayanır:

"Hətta bəzi hallarda həkimlər özləri də etiraf edirlər ki, “əgər mən etməsəm, xəstə başqa mərkəzdə bu müdaxiləni etdirəcək və mən pis vəya bacarıqsız həkim kimi görünəcəyəm.”

Əmin olun, bu yanaşma qısamüddətli perspektivdə xəstə “qazanmaq” kimi görünsə də, uzunmüddətli baxışda cəmiyyətin səhiyyə sisteminə olan güvənini darmadağın edir. Bir çox hallarda erkən mərhələdə və ya tibbi zərurəti tam əsaslandırılmamış stentləmə və cərrahi müdaxilələrin artması kimi vəziyyətlər yaranır. Bizlər bu reallıqları ört-basdır etməklə deyil, açıq şəkildə müzakirə edərək və elmi yanaşma ilə həll yolları taparaq irəliləməliyik.

Unutmamalıyıq ki, bir xəstənin başqa mərkəzə getməsi itki deyil. Əgər biz tibb elminin, klinik protokolların, vicdan və etik prinsiplərin çərçivəsində doğru qərar versək, bu uzunmüddətli perspektivdə minlərlə və on minlərlə insanın bizə olan inamının güclənməsi deməkdir.

Tibbin mahiyyəti qorxutmaq deyil, başa salmaqdır. Təcili qərar verməyə məcbur etmək deyil, xəstəni məlumatlandıraraq doğru zamanda doğru müdaxiləni seçməkdir. Bu peşənin müqəddəsliyi də məhz buradan başlayır.

Bu səbəbdən bütün həmkarlarıma və xüsusilə gənc rezident həkimlərə müraciət edərək demək istəyirəm ki, tibbi bacarıqlar yalnız klinik protokollar və etik davranışlarla harmoniyada tətbiq olunduqda daha dəyərli, daha etibarlı və daha müqəddəs olur. Xəstənin güvəni isə bizim ən böyük professional sərvətimizdir".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Yanvar 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see281

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see268

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see262

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see259

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see253

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see251

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see245

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see238

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see238

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see226

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see225

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see219

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see215

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see207

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see207

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see188

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see186

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see177

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see173

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri