İnfeksionist: Qrip peyvəndi məcburi deyil, amma tövsiyə olunur
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hamilə və xroniki xəstəlikləri olanlar peyvəndi gecikdirməməlidir
Ölkəmizdə mövsümi qrip əleyhinə vaksinasiya davam edir. Xatırladaq ki, vaksinasiyaya oktyabrın 8-dən etibarən başlanılıb. Bu barədə səhiyyə naziri Teymur Musayevin müvafiq əmri var. Bildirilir ki, ölkəyə qrip əleyhinə Fransanın “Sanofi Pasteur” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib. Xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 yaşından yuxarı şəxslərin qripə qarşı peyvənd olunması məsləhətdir. Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.
Eyni zamanda belə məlumatlar da yayılır ki, qrip əleyhinə peyvənd məcburi xarakter daşıyacaq. Koronavirus pandemiyası zamanında olduğu kimi, bütün əhalidən peyvəndlənmək tələb olunacaq. Peyvənd vurdurmamış şəxslərin hərəkət azadlığı məhdudlaşdırılacaq.
Həkim-infeksionist Mərdan Əliyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, qrip əleyhinə peyvənd yalnız tövsiyə olunur. Bu da insanların sağlamlığı, qripə yoluxduqda xəstəliyi daha yüngül keçirə bilmələri məqsədi daşıyır:


