Icma.az
close
up
RU
Meyvələrlə yayılan yeni virus: Qrip deyil, daha təhlükəlidir! İnfeksionist açıqladı

Meyvələrlə yayılan yeni virus: Qrip deyil, daha təhlükəlidir! İnfeksionist açıqladı

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çində meyvə ilə qidalanan yarasalarda insan həyatı üçün təhlükəli iki yeni virus aşkarlanıb. Alimlər bu virusların Nipah və Hendra kimi ölümcül patogenlərə bənzədiyini bildirirlər. Belə viruslar meyvələr vasitəsilə insanlara keçə bilər və ağır infeksiyalara səbəb ola bilər. Bu cür halların Azərbaycanda da potensial riski olub-olmadığı sual doğurur.

Yenisabah.az xəbər ilə bağlı infeksionist Ləman Qalimova ilə əlaqə saxlayıb və məsələyə aydınlıq gətirib.

“Nipah və Hendra virusları yarasalardan insanlara keçir. Təbii ki, yarasaların tullantıları  ilə çirklənmiş qidaları, məsələn, meyvələri yedikdə, bu cür viruslara yoluxmaq olar. Virusun insandan-insana keçməsi nadir halda olan bir şeydir. Virus yoluxmuş insanın bədən mayesi ilə digər şəxslərə keçə bilər. O da çox nadir hallarda qarşılaşdığımız hadisədir. Amma yenə də insanlar özləri-özlərini qorumalıdırlar. 

Düzdür, bizim Çindəki kimi yarasalarla çox kontaktımız yoxdur. Ona görə də olma ehtimalı çox azdır. Yenə də özümüzü qorumaq üçün istifadə etdiyimiz bütün məhsulları yumalı və gigiyena qaydalarına riayət etməliyik. Əgər insan bu viruslara yoluxarsa, onda qripəbənzər simptonlar, ürəkbulanma, qusma, halsızlıq, şüur pozuntusu və koma halına qədər gətirib çıxara bilər. Ona görə də, bu cür simptomlarla qarşılaşdıqda, mütləq həkimə müraciət etmək lazımdır. Bütün bu halları qan analizləri ilə müəyyən etmək olur”.

İnfeksionistin sözlərinə görə, bu cür hallar adi qrip virusunda da olduğu üçün vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Qan analizləri verərək, virusa yoluxub, yoluxmadığınızı öyrənə bilərsiniz. 

Aydan Hacıbalazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 İyun 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri