Icma.az
close
up
RU
İnfeksiyaları günlər əvvəl aşkar edən ağıllı sarğı: iCares

İnfeksiyaları günlər əvvəl aşkar edən ağıllı sarğı: iCares

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kaliforniya Texnologiya İnstitutu (Caltech) tərəfindən hazırlanmış yeni nəsil ağıllı sarğı, xroniki yaralardan gələn mayeni analiz edərək infeksiyanı günlər əvvəl müəyyən edə bilir.

Bakıvaxtı.az xəbər verir ki, bu "dəri laboratoriyası" yara sağalmasını sürətləndirmək və xəstəni davamlı izləmək üçün nəzərdə tutulub.

Wei Gao rəhbərliyindəki tədqiqat qrupu 2023-cü ildə heyvanlar üzərində apardıqları təcrübələrdə sarğının real vaxtda məlumat toplaya bildiyini və elektrik və ya tibbi müdaxilələrlə sağalmanı sürətləndirdiyini sübut etmişdi. Yeni inkişaf etdirilmiş iCares versiyası isə şəkərli diabet və damar tıxanıqlığı səbəbindən sağalması ləngiyən yaralara sahib 20 pasiyent üzərində sınaqdan keçirilib. Sarğı, yaranın ifraz etdiyi mayeni davamlı analiz edərək iltihab və infeksiya əlamətlərini erkən mərhələdə aşkar edib.

iCares sarğısı artıq nəmliyi uzaqlaşdıran, nümunələri analiz edən və xaricə daşıyan üç mikroaxın komponentindən ibarətdir. Nano səviyyədə təkmilləşdirilmiş sensorlarla təchiz olunan cihaz yalnız təzə mayeni analiz edir və bu da yüksək dəqiqliklə nəticələnir. Wei Gao bildirib: “Yalnız yeni maye nümunələrini analiz etməklə daha düzgün nəticələr əldə edirik. Bu, infeksiya əlamətlərini xəstədə simptomlar yaranmazdan 1–3 gün əvvəl müəyyən etməyə imkan verir”.

Tədqiqatçılar, eyni zamanda, yaranın növünü müəyyən edə və sağalma müddətini proqnozlaşdıra bilən maşın öyrənməsi alqoritmi də hazırlayıblar. Bu alqoritm təcrübəli həkimlərin nəticələri ilə oxşar dəqiqlik göstərib.

Ağıllı sarğının əsası elastik polimer səthdən ibarətdir və 3D printerlə aşağı maliyyətlə istehsal olunur. İstifadə olunub-atılan sensor hissəsi gigiyenik istifadə imkanı verir, siqnalları emal edib telefonlara ötürən elektronik kart isə təkrar istifadə edilə bilir.

Nuriyyə Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 May 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri