Icma.az
close
up
RU
Uşaqlarda kəskin bağırsaq infeksiyaları (KBİ)

Uşaqlarda kəskin bağırsaq infeksiyaları (KBİ)

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Uşaqlarda təsadüf edilən infeksion xəstəliklər arasında kəskin bağırsaq infeksiyaları dördüncü yeri tutur. Azyaşlı uşaqlarda baş verən daha təhlükəli hesab edilir.

KBİ onlarda yalnız mədə-bağırsaq sistemi üzvlərini deyil, həm də ürək, baş beyini, ağciyərlərin zədələnməsinə səbəb ola bilər.

Bu zaman tibbi yardım vaxtında və düzgün təşkil edilməlidir. Əks halda xəstəlik hətta ölümlə də nəticələnə bilər. Məhz buna görə də valideynlər öz uşaqlarına qarşı çox diqqətli olmalı, KBİ-nın ilkin əlamətlərini görən kimi, tez bir zamanda uşağı qastroenteroloqa göstərmək lazımdır. Əgər KBİ ilə yoluxmuş uşağın vəziyyəti ağır olarsa, onda qıcolmalar, huşun pozulması və s. bu kimi təhlükəli hallar təsadüf edilərsə, dərhal “təcili yardım” briqadasını çağırmaq lazımdır.

Bəs uşaqda KBİ olmasını necə bilmək olar? İlk növbədə uşaqda yüksək hərarət (bəzi hallarda temperatur 400C-dən də artıq olur), süstlük, halsızlıq, baş ağrısı, qarında ağrı, qusma, duru nəcis ifrazı (bəzən nəcisdə qan zolaqları və sarı-yaşıl selik də olur) əmələ gəlir.

KBİ-nın törədicilərinə müxtəlif virus və bakteriyalar aiddir (dizenteriya çöpləri, salmonella eşerixiyalar, stafilokoklar, klebsiellalar, protey, göy-irin çöpləri, xolera vibrionu, rotaviruslar, enteroviruslar və s.).

KBİ ilə yoluxma, adətən, 3 yolla baş verir:

- qidalanma yolu ilə - infeksiyalaşmış məhsullarla qidalanan zaman;

- su yolu ilə - açıq su hövzələrində çimərkən su udulması, çirklənmiş sudan məişət xidmətləri üçün istifadə edilməsi (qab-qacaq, meyvə-tərəvəz yumaq);

- məişət-kontaktı yolu ilə (çirkli əllər vasitəsilə).

KBİ zamanı uşağın həkim tərəfindən müayinə olunanadək valideynlərin düzgün davranmasından çox şey asılıdır. İlk növbədə hərarət 380C-dən artıq qalxdığı halda onu aşağı salmağa çalışmaq lazımdır. Bunun üçün uşağı soyundurub bədən hərarətinə uygun su ilə isladılmış yaş dəsmalla silmək olar. Bunun xeyri olmazsa, həkimlə məsləhətləşdikdən sonra uşağa, yaşa uyğun dozada, qızdırma əleyhinə dərman vermək olar. Bu dərmanların arasında təbii tərkibli preparatlara üstünlük vermək daha məksədə uyğun olardı.

Xəstəliyin başlanğıcı qida zəhərlənməsinə bənzəyirsə, uşağın keyfiyyətsiz yemək yediyinə əminsinizsə və xəstəliyin ilk əlamətlərinin meydana çıxması ilə son yemək qəbulu arasından bir neçə saat keçmişdirsə, onun bağırsağını imalə ilə təmizləmək lazımdır. Sifonlu (iri) imaləyə qaynanmış, bir qədər xörək duzu qatılmış ilıq su doldurulur və yaşdan asılı olaraq 300 ml-1,5 l həcmdə olan bu maye uşağın düz bağırsağına yeridilir. İmalənin ucluğu kiçik olmalı, qabaqcadan bir neçə dəqiqə qaynadılmalı və bağırsağa yeridilməzdən əvvəl uşaq kremi və ya vazelinlə sürtülməlidir.

Əgər keyfiyyətsiz qida qəbul olunduqdan sonra 1-2 saat keçibsə mədənin yuyulması yaxşı təsir göstərir. Uşağa qaynadılmış, bir az çay sodası qatılmış ilıq su içizdirmək, sonra isə dilin kökünə təmiz qaşıq və ya təmiz barmaqla basaraq qusma refleksi yaratmaq lazımdır (1 yaşına qədər olan uşaqlarda qusma refleksi yaratmaq olmaz!).

Əgər KBİ səbəbini bilmirsinizsə, həkim gələnə qədər uşağa enterosorbent (xüsusi dərman preparatları və ya adi aktivləşdirilmiş kömür) verin. Bu preparatlar uşaq orqanizmindən xəstəlik törədicilərini xaric edir. Dərman və onun verilməsi dozası barədə həkimlə məsləhətləşin. Heç bir halda müalicəni öz bildiyiniz kimi aparmayın! Xəstəliyin gedişi və müalicəsi yalnız həkim nəzarəti altında aparılmalıdır!

Uşaqda tez-tez və duru nəcis ifrazı (ishal) və dəfələrlə təkrarlanan qusmalar baş verərsə, bu onun orqanizminin susuzlaşmasına gətirib çıxarır. Susuzlaşma xüsusilə körpə uşaqlar üçün çox gorxuludur.

KBİ zamanı valideynlər uşağın sidik ifrazına (sidiyə neçə dəfə və hansı miqdarda getməsinə) fikir verməlidirlər. Susuzlaşma zamanı sidik ifrazının həcmi və tezliyi kəskin şəkildə azalır, bəzən isə tamamilə yox olur. Əlbəttə ki, valideynlər uşaq orqanizminin kəskin susuzlaşmasına yol verməmək üçün maksimal dərəcədə səy göstərməlidirlər.

Valideynlər onu da bilməlidirlər ki, KBİ zamanı uşağa nə qədər çox miqdarda maye versələr də, susuzlaşmanı dayandıra bilməyəcəklər! KBİ zamanı iltihablaşmış olan bağırsaq özünün suyu mənimsəmə qabiliyyətini itirmiş olur. Susuzlaşmanın ilkin əlamətləri aşkar edilən kimi (halsızlıq, dəri örtükləri quru, sidik ifrazı azalmış) uşağa orqanizmdə mayenin bərpa edilməsinə kömək edən xüsusi duz məhlulları içizdirmək lazımdır. Bu məhlullar (məsələn, regidron) əczəxanalarda satılır. Toz şəklində olan dərman paketinin üzərində məhlulun hazırlanma qaydası da göstərilir. Evdə olan dərman qutusunda hər zaman mütləq 1 paket regidron (və ya digəri) saxlamalısınız.

Orqanizmdə mayenin bərpa edilməsi üçün (dehidratasiya) lazım olan məhlulu ev şəraitində belə hazırlamaq olar: 1 çay qaşığı (üst səthi ilə bərabər) xörək duzu, 4 çay qaşığı səkər tozu, 1,5 çay qaşığı çay sodası qarışdırılır, uzərinə 1l su əlavə edilir, 2-3 dəq. qaynadıldıqdan sonra soyudulur.

Belə mayeləri (alınan və ya evdə hazırlanan) uşaqda tez-tez və duru nəcis ifrazı (ishal) və dəfələrlə təkrarlanan qusmalar baş verərsə ona hər 3-5 dəqiqədən bir 2-3 çay qaşığı içizdirilir. Bir qədər böyük yaşlı uşaqlara hər 3-5 dəqiqədən bir 1-2 xörək qaşığı və ya 1-2 gurtum içmək kifayətdir. Məhlulu dozadan artıq içizdirmək olmaz! Bu, qusmaya da səbəb ola bilər. Bu barədə həkim göstərişlərinə mütləq əməl etmək lazımdır!

Yadda saxlayın kı, uşaqda fasiləsiz qusma zamanı, eləcə də kəskin susuzlaşma dövründə duz məhlulu istifadə etmirlər! Belə uşaqlara pozulmuş olan su balansını bərpa etmək üçün, yalnız xəstəxana şəraitində xüsusi damardaxili mayelər köçürülməsi tələb olunur.

KBİ-nın müalicəsi zamanı pəhriz əsas yerlərdən birini tutur. Xəstəliyin 1-2-ci günlərində (nəcis ifrazı tez-tez olanda) uşağa suda bişmiş düyü sıyığı, bişmiş alma püresi, buğda bişmiş yerkökü, balqabaq əzməsi, banan, həmçinin yağsız turş süd məhsulları (kefir, yoqurt, süzmə, dovğa) vermək olar. Sadalananlardan başqa, istənilən digər yeməklər uşaqda nəcis ifrazını artıraraq onun vəziyyətini daha da ağırlaşdıra bilər.

Xəstəliyin 3-cü günündən etibarən uşağın vəziyyəti yaxşılaşarsa, rasiona buğda bişmiş ət kotletləri, küftəciklər əlavə edilə bilər; 3-4-cü gündən başlayaraq uşağa tərəvəz şorbası, yağsız, qatı olmayan ət bulyonu da (toyuq bulyonu qətiyyən olmaz!) vermək olar.

KBİ zamanı uşağa süd, qaymaq, kələm, çuğundur, xiyar, ağ turp, qırmızı turp, ispanaq, üzüm, gavalı, ərik, paxlalar (noxud, lobya və s.), göbələk, qoz, maya xəmirindən hazırlanmış çörək məmulatları, duza qoyulmuş, hisə verilmiş məhsullar, qazlı içkilər, yağlı mal və toyuq əti, qatı ət və balıq bulyonları vermək olmaz!

Uşağın kifayət qədər maye (çay, düyü həlimi, kisel) qəbul etlməsinə nəzarət etmək vacib hesab edilir. Kisellər (xüsusən qara qarağatdan hazırlanmış) və nar qabığı dəmləməsindən istifadə edilməsi də yaxşı effekt verir.

Qusmanın kəsilməsi, nəcis ifrazı tezliyinin azalması, sidik ifrazının artması, uşağın ümumi vəziyyətinin yaxşılaşması müalicənin effektli aparılmasına dəlalət edir.

Dəqiq pəhriz rejimi yalnız müalicə dövründə deyil, uşağın vəziyyəti yaxşılaşdıqdan sonra da müəyyən müddət ərzində davam etdirilməlidir.

KBİ keçirmiş uşaq uzun müddət qastroenteroloqun nəzarəti altında saxlanmalı, gələcəkdə xroniki mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməsinin qarşısını almaq üçün, pozulmuş bağırsaq mikroflorasının bərpa olunması üzrə xüsusi müalicə kursu keçməlidir.

KBİ-nın profilaktikası mütləq şəkildə sadə gigiyena qaydalarına riayət etməkdən və uşağın qidalanmasına daimi nəzarətdən ibarətdir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:359
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri